Bir uşağın yarım qalmış günlüyü..ABORT((

Bir uşağın yarım qalmış günlüyü..ABORT((
Qadınlar.Co
10.09.2017 70
5 Oktyabr: Bu gün var edildim. Buradayam. Varım. Müdhiş bir duyğu bu. Var olduğumu hele anam ve atam bilmir.
Bir alma tumundan bele kiçiyem. Amma ne de olsa, men menem. Varım ya! Bu mene bes eder. Hele bedenim qeyri müeyyendi, üzüm yox amma, varlığımı ve menliyimi hiss ede bilirem. Bir qız olacağam ve baharda çiçekleri seveceyem.

19 Oktyabr: Bir az böyüdüm. Terpenmem mümkün deyil. Anam hele ferqinde deyil amma onun qanıyla beslenirem. Üreyini gezib gelen isti qan mene gelir. Meni sevecek bir üreyin terpenmelerini indiden hiss ede bilirem. Anam meni çox sevecek. Anam üçün gözel bir sürpriz olacağam.

23 Oktyabr: Heç göre bilmediyim bir el ağızımı formalandırmağa başladı. Dodaqlarımda onun dokunuşunu hiss edirem. Bu "el"in toxunduğu yerler dodağım damağım olur. Düşünün bir il sonra bu elin toxunduğu yerde tebessümler açacaq, güleceyem. Dodağımdan ve dilimden sözler tökülecek. Herhalda evvel "Ana!" deyeceyem. Ana eşidirsenmi . meni? Seninle danışacağam. Sene güleceyem. Kimilerine göre daha var deyilmişim… Nece olar? Varım ve gülücükler teqdim edecek dodaqlarım da olmaq üzre ya… Hem sonra bir çörek qırıntısı ne qeder kiçik olursa olsun yene çörekdir. Ele deyilmi anacığım? Ah bir danışa bilsem!

27 Oktyabr: Bu gün çox xoşbextem. İçimde şirin bir terpenme başladı. Artıq bir üreyim var. Üreyim atmağa başladı. Heyatım boyunca bele atıb dayanacaq. Sevgilerle dolduracağam üreyimi. Eynile anamınkı kimi… Anam bedeninde iki üreyin birden atmağa başladığını bilseydi ne qeder sevinerdi! eşidirsenmi ana?

2 Noyabr: Her gün bir az daha böyüyürem. Qollarım ve ayaqlarım da formalanmağa başladı. Hele bir böyüsün qollarım bax nece qucaqlayacağam seni anacan. Bu ayaqlarım da tamamlansın da, birlikde çiçekli bağçamızda gezerik. Belke birlikde mektebe gedecik.

12 Noyabr: Ah beli… Bunlar, bunlar ne qeder sevimli ve kiçik şeyler. Aman ALLAHım barmaqlarım da çıxmağa başladı. Bunlarla çiçek yığacağam, anamın elini tutacağam, qelem tutacağam. Belke de gözel bir şeir yazacağam. Anacan, oradasanmı? Ellerimi ellerinin arasına qoymaq üçün sebirsizlenirem.

20 Noyabr: Oh, nehayet.. Anam hekime getdi. Burada olduğumu öyrendi. Yaşasın! hekim xala xüsusi bir cihazla gördü meni. Ultrason deyirlermiş. Şekilimi bele çekdi. Sevinmirsenmi anacan? 1 İle qalmaz qollarının arasında olacağam…

25 Noyabr: Artıq atam da burada olduğumu bilir. Lakin hele qız olduğumun ferqinde deyildirler. Onlara sürpriz edeceyem.

10dekabr: Bu gün yüzüm tamamlandı. Artıq iki gözel gözüm, bir kiçik burnum, dodaqlarım ve yanağım var… Anama benzeyirem yeqin…

13 dekabr: Artıq etrafıma baxa bilirem. Etrafım çox qaranlıq amma olsun. Yene de xoşbextem. Yaşayıram ve varım. Qısa bir müddet sonra gün işığını göre bileceyem, rengleri ve çiçekleri tanıyacağam. Yuxumda gördüm. Dünyada gökkuşağı deye bir şey varmış. Onunla çox maraqlanıram. Anacan, atacan sizin yüzünüzü de göreceyem. Tanış olacağıq. Xoşbext olacağıq. Gülüşeceyik.

24 dekabr: Qulaqlarım daha yaxşı eşidir artıq. Anacan, senin üreyinin seslerini eşidirem. Menim üreyimin atışlarını da sen eşide bilirsenmi? Hetta sesini bele tanıya bilirem. Sesin ne qeder şirin… Heç eşitmediyim bir şey bu… Gözel ve sağlam bir qız olacağam. Qollarında yatacağam, yüzüne baxacağam, o şirin sesini dinleyeceyem. Menim üçün ninni de söyleyeceksenmi anacan? Sen de menim üçün darixirsan mütleq… Meni iyleyeceksen. Çox seveceksen, deyilmi? 

28 dekabr: Ana burada bir şeyler olur.hekim bacı niye bedbext baxır bele… Sen ağrı çekir kimisen. Ürek seslerin deyişdi… Susdun. Menimle niye danışmırsan ana? Ana… Ana… Anacan… Üzümde soyuq bir şey hiss edirem. Ana, üzümü parçalayırlar… Ana bir şeyler et… Ana… Qolumu çekirler ana… Canım yanır ana… Ana… Ayaqlarımı parçalayır bu şey ana… Meni sene bağlayan damarı qopardılar ana… Ana üreyimi parçalayırlar… Ana… Ana… Ana… Ana…

Abortunuz tamamlandı xanım..Keçmiş olsun !
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!