Azərbaycanın İlk Mobil Operatorundan yeni təklif

Azərbaycanın İlk Mobil Operatorundan yeni təklif
Qadınlar.Co
10.09.2017 10
Azərbaycanın İlk Mobil Operatorundan yeni təklif:  "Bakcell” bu gün xərclədiyinizin hamısını növbəti gün sizə qaytarmaqla yanaşı GəlirliCIN tarifində zənglərin qiymətini 25% endirir



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bu gündən etibarən GəlirliCIN tarifində olan abunəçiləri üçün "Hər gün möcüzə” adlı yeni kampaniyaya start verir. Kampaniyanın mexanizmi abunəçilərə gün ərzində xərclədikləri bütün məbləği növbəti gün bonus şəklində balanslarına geri qaytarmağa imkan verir.

Bu kampaniyadan GəlirliCIN tarifidə olan bütün mövcud, eləcə də yeni qoşulan abunəçilər yararlana bilərlər. Hazırda GəlirliCIN tarifində olan bütün abunəçilər bu təklifə miqrasiya olunaraq dərhal daha ucuz qiymətlər və daha iri bonuslardan faydalana biləcək, istənilən istiqamətdə ölkədaxili zəng, SMS, MMS və mobil internet üçün xərclədikləri məbləği 100% olmaq şərtilə növbəti gün bonus şəklində geri alacaqlar. Bu kampaniya çərçivəsində əldə olunan bonus balansını abunəçilər istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması və eyni zamanda mobil internet üçün istifadə edə bilərlər. Bonus internet paketini almaq üçün istifadə oluna bilməz.

Bakcell şirkəti eyni zamanda GəlirliCIN tarifində 25%-lik endirim tətbiq edərək ölkədaxili danışıqların bir dəqiqəsi üçün qiyməti 8 qəpikdən 6 qəpiyə endirib.

Gündəlik bonus alındığı günün sonuna qədər istifadə olunmalıdır. Bonusun istifadə olunmamış qalığı növbəti günə keçirilmir.

Qeyd edək ki, GəlirliCIN tarifində olan bütün abunəçilər yeni və daha sərfəli olan bu kampaniyaya avtomatik şəkildə miqrasiya olunacaqlar. Digər tariflərdə olan abunəçilər isə "GəlirliCIN”ə qoşularaq bu kampaniyadan faydalana bilərlər.



GəlirliCIN tarifinə qoşulmaq üçün *138*3#YES kodunu yığmaq yetərlidir. Tarif barədə ətraflı məlumatı www.bakcell.com saytından və ya *555#YES kodunu yığaraq GəlirliCIN tarifini seçməklə əldə etmək olar. Tarifə qoşulduqdan sonra gündəlik bonus balansını yoxlamaq üçün "3” rəqəmini SMS vasitəsilə 5504 qısa nömrəsinə yollamaq lazımdır.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!