Gözəl qızım, iki yaşı mübarək olsun...

Gözəl qızım, iki yaşı mübarək olsun...
Qadınlar.Co
10.09.2017 99
Canım Aysu qızım... olacağını
öyrəndiyim gün heç sevinməmişdim... Məni səhf başa düşmə gözəl şirin
balam...  Çünki olacağını öyrəndiyim vaxt Arzu bacın hələ iki aylıq
idi... ikinci bəbişimin bu tezliklə olacağına heç hazır deyildim...
Nəinki hazır olmaq heç ağlımın ucundan da keçmirdi... amma artıq sən
həyatımıza gəlməyə hazırlaşmışdın... Həmin gün indiki kimi ağlımdadı...
atana sənin olacağını söyləyəndə mənə tək bir kəlimə dedi ,,birdən mənə
deməmiş nəsə edərsən... bax elə o andan atanın səni çox istədiyini
gördüm... amma mən boşluğa düşmüşdüm...səni istəmədiyimdən deyil gözəl
qızım, atamdan yəni babandan utanırdım...

 

 Gözəl qızım, iki yaşı mübarək olsun...




Bacın hələ
balaca idi deyə bütün gün başım ona qarışırdı, səni çox düşünə
bilmirdim... amma sən tez tez o balaca varlığını tərpənməyinlə mənə hiss
elətdirirdin.... 9 ay , bətnimdə olduğun hər gecə əlimi üzərinə qoyub
Allahıma dua edirdim... dua edirdim ki, mənə sağlam, əli ayağı düz bir
bəbiş versin... 

Bir dəfə xalanla
getdik UZİyə, ananın sənə baxdığını hiss eləmişdin sanki... əsnəyirdin,
o xırda gilas gözlərini açıb yumurdun... o an yaşadığımın o duyğunu,
keçirdiyim o gözəl hissləri heç bir kəlimə ilə izah edə bilmirəm...
aradan illər ötsə də, sənin o şirin halın heç bir zaman yadımdan
çıxmayacaq...

Günlərimiz çox
tez keçdi... sən artıq bezmişdin.... həyatımıza gəlmək, Arzunu bacı
etmək, atana və mənə ikinci dəfə ata ana olmaq sevincini yaşatmaqdan
ötrü tələsirdin... Allahım səni də, ananı da çox istəyir... çünki  iş
elə gətirmişdi ki, bacının doğuşunda olduğu kimi sənin də doğuşunda
nənəngil, yəni ananın anası təsadüfən gəlmişdilər bizə....hələ kiçiksən
gözəl qızım. inşallah böyüyüb bu anları yaşayanda biləcəksən ki, dar
köynəkdə olan bir qız üçün anasının, bacısının  isti nəfəsini duymaq,
varlığını hiss etmək nə deməkdir...
ananı da Uca Rəbbimiz bu çətin anımızda tək qoymadı...

 

 Gözəl qızım, iki yaşı mübarək olsun...

 

 Mənim şirin şəkər gül balam... olacağını öyrəndiyim gün sevinə bilmədiyim Aysu qızım... bu gün düz iki yaşın tamam olur... ana deyib üstümə yüyürürsən, o kiçik əllərinlə məni qucaqlayıb bal
dadan dodaqlarınla məni öpürsən... bu gün sən mənə bir ananın yaşaya
biləcəyi ən böyük xoşbəxtliyi yaşadırsan... xoşbəxt ol hər zaman gözəl
balam... sənə Allahımdan hər şeydən əvvəl gözəl bəxt tale arzulayıram...
bəxtin taleyin gözəl olandan sonra dünyadakı bütün gözəlliklər sənin
olacaq.... ruzili, sevgi dolu, səadət dolu bir həyat yolu keçməyini
diləyirəm... Allahım bütün anaların balalarını qorusun , içində də səni
və bacını...

Öürəm səni şirin balam... doğum günün mübarək... yaxşı ki, Tanrı səni mənə verib...

 

Gözəl qızım, iki yaşı mübarək olsun...

 

Gözəl qızım, bu
xəbəri sənə  Büllur xalan hazırlayacaqdı.. amma elə oldu ki, işləri
çıxdı, hazırlaya bilmədi... amma sənə gözəl arzularını yazıb...

Gözəl qızım, iki yaşı mübarək olsun...

 

 "Şirinim
Aysu,səni 2 yaşının tamam olması münasibətilə təbrik edir,yeni yaşında
sənə can sağlığı arzu edirəm :mucux: . Diləyirəm ki,gözəlim,ailənin
sevinci,fəxri olasan,gələcəkdə bütün arzu-istəklərinə
çatasan,birdənəm,hər zaman ailənin başını uca edəsən,vətənimizə
layiq,xeyirli bir övlad kimi yetişib,örnək olasan....inanıram buna,şirin
qız...bir daha təbrik edirəm,neçə belə gözəl illəri
sevdiklərinlə,ailənlə qeyd etməyin diləyilə :urek: ,kiçik xalan
my_angel  :op:

 

Gözəl qızım, iki yaşı mübarək olsun...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!