Hansı nağılın qəhrəmanısınız? - guler19 (6)

Hansı nağılın qəhrəmanısınız? - guler19 (6)
Qadınlar.Co
10.09.2017 12
Salam saytımızın səmimi mehriban şirin şəkər qızları mən öz hekayəmi deyil anamla atamın sevgi hekayəsin yazacam.İlk əvvəl onu deyim ki, layihən çox maraqlı və gözəl layihədir uğurlu olsun. İnsanı nağıllar aləminə aparır. Deməli belə Biri var imiş biri yox imiş Bir gözəl qızla oğlan varmış bunlar bir birlərini hədsiz dərəcədə çox sevərlərmiş. İkisidə çox gözəl insanlardı o qədər gözəl o qədər bir birlərinə yaraşan insanlardılarki hətta üzlərinədə vurmuşdu o gözəllik. Amma hər həqiqi sevgi asant deyil. Hər xoşbəxt evliliyin arxasında çox acılar göz yaşları durur. İrəlidə onlarıda bular gözləyirdi. Oğlanın əsgərlik vaxtı çatır. Qızla aralıdan da olsa vidalaşaraq qız qalasına gedir. Ora A+A=Əbədi sevgim yazıb gedir. Və illər keçir əsgərliyini sağ salamat başa vurur qayıdır o qız qalasının yayına. Gözlərinə inana bilmir. Yazdığı yazı dün yazılmışdı kimi ordaydı. Gözəl evlilik xəyalları quraraq evə gəlir Və anasından elçi getməyin istəyir. Qız evi çox varlı olur oğlanın isə ürəyindəki sevgisindən başqa heç nəyi yox idi. Əlbətdəki bu səbəbdən qızı vermirlər. Oğlan qızla qaçmaq planları qurur. Ama qız qəbul etmək istəmir valideynlərinə görə. Qız oğlanı sevsədə diliylə ona yox demək onu çox pis edir oğlanda bunu başa düşüb qızı qaçırdır. Qızın qardaşı bunu eşidən kimi oğlanın nə qohumu varsa tüfənglə gedir bütün evləri alt üst edir ama tapmır və qəbul edirmiş kimi evə gəlir və bacısını ömür boyu danışdırmayacağına onu ata ana üzünə ata ana evinə həsrət qoyacağına söz verir və edirdə. Qızla oğlan ara sakitləşəndən sora toy edir. Və qızın qaynanası çox yava bir insan olur oğlunu çox qısqanır. Oğlan həmişə yoldaşının tərəfin saxlayır onun arxasında durur və hər gün onu çox sevdiyini deyir. Oğlanın anası getdikcən gəlininə qarşı daha pis olur Oğlanın anasına gücü çatmır. Və özünə içkiylə təskinlik verir. Kasıbçılıqda bir yandan. Qız bilmir neyləsin. Yoldaşını nə qədər başa salsada xeyri olmur. 6 ay da uşağı olmur. Qızın qardaşı çox sevinir.Həmişə istəyirdiki bacısı bədbəxt olsun. Ama hər şeyi görən RƏBBİM var axı. 6 aydan sonra qızın özü kimi gözəl göyçək bir qızı 1 ildən sonra isə özləri kimi bir yaraşıqlı oğlan övladı olur. Çox əzab əziyətlə bir gözü tox bir gözü ac onları böyütməyə başlayırlar Oğlan özünə iş tapır. Qız hər gün getdikcə evləri üçün çox darıxır. Qardaşı bir yerə gedən kimi xəlvəti gedib ata anasın görür və gözlərinə inanmır valideynləri çox qocalmışdı o ankı qarşılaşmanı özünüz təsəvvür edin. Qardaşının arvadı gələn kimi hər şeyi yoldaşına danışır və yenə qiyamət qopur. Qızın yenə ayağı kəsilir və gedə bilmir. Ata ana həsrəti ilə hər gün ürəyi yanır.Kasıbçılıqda bir yandan və axırda bezib özünə iş tapır. Bu iş nəticəsində öz boğazından kəsib hər şeyi evə balalarına alır. Evi bəzəyir evi çox gözəl bir ev edir.Yoldaşınıda bilmir necə düzgün yola çəkə axırda fikirləşir nə Namaz qılmağa başlayır. ALLAH ona ürəyi nə istəyirsə verir heç bir korluqları olmur. Oğlan da bunu görüb içkiyi atır. Namaz qılmasada həmişə yoldaşına dəstək olur. Qız Quran öyrənir oruc tutur namaz qılır. ALLAH onun dualarını eşidir və qaynanasıda getdikcək biraz insafa gelir. Övladlarıda getdikcən böyüyür tərbiyəli düzgün gözəl uşaqlar olurlar. Bacı qardaş hərdən didişsələrdə bir birlərini çox istəyirlər. İllər beləcə keçir və qızın valideynləri vəfat edir. Qız valideynlərindən doymasada bilmir neyləsin.Qızın qardaşının başına bir iş gələn kimi nə ilə qarşılaşdığını bilmədən həmişə özünü irəli atır qardaşına can yandırır. Qardaşında getdikcən ürəyi yumşalır bacısına qarşı. Və yenədə illər keçir Bir gün ananın qızına elçi gəlirlər və qızı vermək istəyəndə qızın qardaşıda həyə gəlir. Qız gözlərinə inana bilmir. və çox sevinir. və beləcə buzlar əriyir.hər şey mehribançılıq və xoşbəxtçiliklə qurtarır. Bir birlərini sevən iki insan axırda əzablı yollardan sevgiylə hörmətlə keçməyi bacarır. İndi çox xoşbəxdilər və ALLAHa hər gün şükr edirlər. Onların sevgi hekayələri hələdə dillərdədi hələdə danışılır. Həqiqi sevgi doğurdanda var. və onlar sevgiləri ilə hər bir çətinliyə qalib gəlməyi bacardılar və xoşbəxt oldular. Buda SON.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!