Azərbaycan dilində informasiya qıtlığı. Biz niyə passivik? - Müzakirə

Azərbaycan dilində informasiya qıtlığı. Biz niyə passivik? - Müzakirə
Qadınlar.Co
10.09.2017 8
Uzun müddətdir ki, məni narahat edən bir şeyi sizinlə də paylaşmaq istədim. Səbəbini bilmirəm,  amma son zamanlar bu məsələ daha çox gözümə batmağa başlayıb. Söhbət doğma dilimizdə olan informasiyaların demək olar ki,  olmamasından gedir. Yəni,   azərbaycan dilində informasiya qıtlığı!

Nəsə ağlıma gəlir, açıram Google-ı və avtomatik olaraq ya türk,  ya da ingilis dilində axtarış verirəm. Son vaxtlar bu məsələ türklər demiş "kanıma dokunmaya başladı". Öz dilimizdə nəyisə axtaranda demək olar ki, heç vaxt istədiyim nəticəni ala bilmirəm. Özümüzünkilər də bloq açanda, ya da sərbəst hekayələr filan paylaşanda öz dilimizdə yox, türkcə yazırlar.

Bu nə tendensiyadı belə?

Hara gedirik?

Bir milləti, xalqı yaşadan, unudulmağa qoymayan onun dili, informasiya mənbəyidir. Bəs biz bu informasiyasızlıqla necə olacağıq?

Bəlkə bu məsələ ilə bağlı nəsə ideyası olan var?

Varsa, buyursun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!