Qadınlar.Bizli Catwoman666 bir günlük admin olarsa...

Qadınlar.Bizli Catwoman666 bir günlük admin olarsa...
Qadınlar.Co
10.09.2017 5
Salam Qadınlar.Bizin şirin-şəkər,,gözəl-göyçək xanımları...

Bu gün yep-yeni layihəmlə bomba kimi qarşınızdayam.  :11:  Düşündüm...düşündüm...düşündüm..düşündüm..(bıy bu qədər düşünməmişdim axı :hahahah: )  və belə bir layihə hazırlamaq qərarına gəldim. "Qadınlar.Bizli user(lər) bir günlük admin olarsa..." istedimki,, qızlarımızı bir anlıqda olsa xəyallar dünyasına aparım  :122:

Bu günkü Admin(ka)mız  :23:  Catwoman666 nikidir...



Salam olsun, Qadınlar.biz saytının daimi istifadəçilərinə  Layihəsində mənə də yer verdiyi üçün ALESSANDRA nikinə dərin təşəkkürümü bildirirəm  Keçək layihənin əsas mövzusuna...

Mən admin(ka) olarsam (xəyalımda  ), saytın altı üstünə gələr  (zarafat).
Saytın dizaynında sadecə bir-iki dəyişiklik edərəm. Ümumulikdə saytın
indiki dizaynı xoşuma gəlir. Admin olarsam, Baş adminin sağ qolu kimi
fəaliyyət göstərərəm. Yəni, baş admin (VC bəy) nəsə bir iş tapşırsa ki,
filan işi yerinə yetir, filan şeyə nəzarət elə və s. hamısını edərəm.
Sonra hər gün ço..xlu xəbərlər yollayaram. Xəbərlər redaktə edərəm
(redaktor olmaq arzumdu  ).
Saytda özünü apara bilməyənlərə ən 1-ci xəbərdarlıq edərəm. Gördüm ki,
2-ci dəfə də qaydaları pozur, onda qovaram saytdan. Mənim insanların
nazını çəkməəyə halım yoxdur)) Əsəbi insanam. Əsəblərimlə oynamaq
istəyənə qəşəng toy tutaram  Userlərlə də çox mehriban olmaram (üz görüb özlərini itirməsinlər deyə). Amma özünü apara bilən hər kəsə hörmətim sonsuzdur.



Sayt üçün hər şey edərəm. Bunu yəqin baş adminimiz də bilir)) Saytı nə qədər ço...x sevdiyimi.



Mənim üçün əsas maddiyat deyil. Sayt üçün havayı belə işləyərəm))
Saytın tanınmasında kömək edərəm indiki adminlərə (daha necə kömək
edəcəm onu bilmirəm  ). 



Yəni admin olarsam, hər şey eliyərəm sayt üçün! Əsas da bayaq yxarıda
qeyd etdiyim kimi Baş adminin sağ əli (sağ qoldu, əldi nədi o  ) vəzifəsini yerinə yetirərəm. 



Hər xəbərə də şərh yazmaram. Sadecə hara lazımdırsa, ora yazacam.
ayda, ildə bir dəfə şərh yazdığım xəbər hansı userə aid olarsa, həmin
user çoxx sevinər ki, "aaaa adminimiz Catwoman666 mənim xəbərimə şərh
yazdı baxııııın qızlaar!   ). Necə ki, indi VC bəy şərh yazanda elə edirlər  (Narahat olmayın, tək deyilsiz, qızlar! Adminlər mənim də xəbərimə şərh yazanda sevinirəm  ). 



Bir də kimin hünəri var mənim yanımda özünü itirsin! Tez həddini
bildirərdim həmin userlərə. Görsünlər Catwoman-ın əsəblərini korlamaq
necə olur  Amma
yenə də userlərlər çox muhattab olmam (yəni özümü yuxarıdan
aparmarameee. Sadecə həmin vaxt işlərim başımdan aşacaq. Ona görə heç
nəyə vaxt olmayacaq deyə userlərlə də muhattab ola bilməyəcəm çox da ).



Ayy hər nəysə. mən yenə arzularımı tökdüm ortalığa  Yığışdırmaq sizə qalmış Neyniyimeee mən dedim axıra qədər oxuyun yazdıqlarımı?  



Alessandra-ya bir daha təşəkkür edirəm ki, bir anlıq belə olsa, özümü admin kimi hiss elətdirdi mənə bu layihəsi ilə)))



Belə qızlar)))

Türklər demiş Umarım Catwoman666 kızımızın yazdıklarını beyendiniz...  :122:

Layihəmdə iştirak etmək istəyənlər İsmaricla müraciət edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!