Bu günün SƏBƏBKARI efsane

Bu günün SƏBƏBKARI efsane
Qadınlar.Co
10.09.2017 21
 Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün
SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan
deyirəm.... bu günün səbəbkarı saytımızın :ponpon: efsane :ponpon:
-sidi.... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....

 

 Bu günün SƏBƏBKARI efsane

 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Aleykum Salam. Həsənova Əfsanə



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

avqust ayının 20 si

 

3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

insan özünü çox xoşbəxt hiss edir, gözəl duyğudu

 

4. Bu günə qədər
çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin
danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə
olunduğunu bilirsənminmi ?


bir yaşımda deyəsən paltar olub



5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Quran kitabı olub

 

6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

hədiyyənin pisi yoxdu, insan ona ürəyini qoyubsa təbii ki, gözəldi

 

7. Hədiyyə ilə
bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə
hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum
günündə o hədiyyə sənə verilə?


hə, bir dəfə olub, özüm almağa hazırlaşırdım, ad günümdə hədiyyə kimi gəldi



8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?

özü olmadığı üçün hədiyyəsi də yoxdu





9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

yox bu da olmayıb



10. Hər bir insan doğum günü
yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç
nə vaxtsa doğum gününü unudublar?


yox unudulmur



11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

hə, gözləmədən sürpriz ediblər



12. Bu yaşına qədər səni mox xoşbəxt edın, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

hə ediblər, universitetə qəbul olduğum il hədiyyə olaraq böyük qonaqlıq təşkil etdilər ad günümə

 

13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

yox, ən çox sevdiklərim ailəmdi, onlar da unutmurlar



14.Bildiyim qədər ilə bu qadinlar.
biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü
saytımızda keçirmək sənə hansı hissləri yaşadır?


gözəl hislərdi, bu sayt çox əziz və doğma olub, burda çox
maarifləndirici məqalələr oxumuşam, qızlar da çox yaxşıdı, şərhlərə tez
tez diqqət yetirirəm , fikirlərinə çox səmimidilər, nə yaxşı ki,
burdayam 



15. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

bilmirəm

 

16. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

bütün doğrulara sahib olmaq istəyirəm, Allahın buyurduğu bütün həddləri qoruyan bir insan olmaq istəyirəm


sizə də çox təşəkkürlər

 

Bu günün SƏBƏBKARI efsane

 

Ay
gözəl bacım bütün qızlar adından səni təbrik edirəm... Sənə həyatın
ən gözəl neməti olan can sağlığı, və xoşbəxt həyat diləyirəm. İnşallah
bu həyatda hər zaman üzün gülər... O gözəl gözlərindən sevinc,
dodağından təbəssüm əskik olmaz... amin...

 

 Bu günün SƏBƏBKARI efsane

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!