Catwoman666 - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)

Catwoman666 - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)
Qadınlar.Co
10.09.2017 14
1. Adınız? Yaşınız? Təhsiliniz?

Ad: Nərmin. Yaş: 16)) hələki orta məktəbdə oxuyuram. 10-cu sinfə keçirəm. ( 1 il gec getməsəydim 11-ə keçərdim).



2. Təbiətən ferqlisiniz ya özünüzü fərqli göstərməyə çalışırsınız? (ell.nell)

Fərqli xarakterə sahib olan insan nəyə görə özünü fərqli göstərmək
istəsin ki?) onsuzda fərqlidir axı)) Yəni, özümü fərqli göstərməyə
çalışmıram. Zira onsuzda fərqliyəm



3. Həddindən artıq əsəbləşdiyiniz halda sakitliyi və rahatlığı necə tapırsınız? özünüzü necə ələ ala bilirsiniz? (meni_gozle)

Özümü ələ ala bilmirəm ki Çox əsəbi insanam. Hər an, hər dəqiqə əsəbi oluram



4. Səni həyatda ən çox nə sevindirir və nə hirsləndirir? Ailədə kimə
oxşayırsan yəni xasiyyətin? Mənim haqqımda nə düşünürsən ? (ayka)


1) hər kəsin xoşbəxt olma səbəbi müxtəlifdir. Hərdən ən adi şeyə görə də əsəbləşirik və ya xoşbəxt oluruq.

2) Heç kimə)) Düşüncə tərzim, xarakterim və s. hamısından fərqlidir))
Bir az qardaşımla ortaq cəhətim var. Kövrəklikdə də atama bənzəyirəm.

3) İndi mən yazacam, inciyəcəksiz)) Bu tip sualları sevmirəm  
Nəyə görə? Çünki müsahibə mənimdir) İndi mən sizin xarakteriniz və s.
haqda yazsam, hanı burda mənim haqda olan müsahibə?)) Amma madam ki,
əziyyət çəkib sual yazıbsız. Mən də cavabsız qoymayım)) Elə də çox
tanışlığım yoxdur sənlə. Sadecə bir bəyənmədiyim şey var. Sənin xəbərinə
kimsə xoş sözlər yazsa, çox sağolun yazırsan)) Bəyənmiyənə də  ""
- belə edirsən)) Hər kəs xəbərini bəyənmək məcburiyyətində deyil axı))
Nəticədə hər kəs şərh yazanda xəbərin müəllifinə görə yox, məzmununa
görə fikir bildirir.



5. Heç olubmu ki xasiyyətini dəyişməyə çalışasan? (teri meri)

Xasiyyətimi dəyişmək istəmirəm. Nolub mənə gül kimi xasiyyətim var Olduğum kimiyəm və belə olmaq mənim xoşuma gəlir! Səhvlərimlə və
düzümlə, müsbət və mənfilərimlə  mən buyam! Hər kəs də bunu belə qəbul
etməlidir



6. Hər hansısa gördüyünüz bir yuxu nə vaxtsa reallaşıb? (EreS Mia)

Nəsə yadıma gəlmir. Bəlkə də reallaşıb, amma elə olsa belə bu çoxdan baş vermiş olar. ona görə də xatırlamıram



7. Heç olubmu ki bir şeyin olmayacağını bilə-bilə onu arzulayasız? (Zehra666)

Kim zəmanət verə bilər ki, arzum reallaşmayacaq və ya reallaşacaq??
Bəlkə elə reallaşdı?? Ona görə də "mümkün olmayan arzu" anlayışını heç
qəbul etmirəm. Arzular sonsuzdur, tükənməzdir. Arzularımızı
xəyallarımızda canlandırırıq. Xəyallar isə gerçəkləşmək üçündür))



8. Bildiyim qədəriylə məktəblisən..neçənci sinifdə oxuyudan?dərslər necə gedir? hansı qrupu istəyirsən? (Ada dunyam)

1)Düzgün bilibsiz)) Məktəbliyəm, 10-a keçirəm.

2) Dərslər də gedir da öz-özünə)) Məcbur da olsa, əla oxuyuram dərslərimi amma əslində dərslərə nifrət edirəm.

3)3-cü qrup.



9. Niyə bu qədər çılğın və həyat dolusuz? Birdə geyim stilinizi merak ettim (Barbi)

1)Çılğın və həyat dolu? Çılğın olduğum düzgündür. əslində həm də həyat doluyam.amma öz həyatıma nifrət edirəm deyə həyatdan soyumuşam...

2) Əslində sevdiyim və tammmm mənə aid olan stil: rock, hip-hop və
gothic tarz. amma təəssüf ki, sevdiyim stildə olan geyimləri tapammıram Fərqli tərzdə olan geyimlər heç yerdə yoxdur heyif ki



10. Bilinməyən xasiyyətə maliksən. Əsasən xasiyyətin necədir? (Sona)

vaybe)) nə xasiyyətim varmış mənim də Bilinməyən xarakterə malikəm, düzdür. Bunun da səbəbi var: Dəyişkən
insanam. Hərdən mələk kimi, hərdən də tam olduğum kimi)) (yəni şeytan ). Hərdən çox yaxşı və xeyirxah oluram. Özdə çox yaxşı   bəzən də pis... Amma sadecə istədiyim qədər istədiyim qədər yaxşı, istədiyim qədər pis...



11. Həmişə həyat dolusan sevinclisən dəlisən,heç nə vaxta oturub
nəyəsə yada kiməsə görə hönkür-hönkür ağladığın olub?? (Asya
Müslümanova)


əslində həmişə həyat dolu, sevincli kimi görünsəm də, daxildə heç elə
deyil... Cümlənin özündə də qeyd olunur "həyat dolu görünürəm". Amma
əsas olan necə görünməyim yox, necə olmağımdır Keçək sualının cavabına: Əlbəttə çox olub... Bir insan var ki, çox xətrimə dəyib, ağladıb məni Amma onun kim olduğunu onsuzda heç biriniz bilmirsiz))



12. Ailədə neçə uşaqsız (Canavar sevgisi)

ümumi 2. 1 bacı və 1 qardaş.



13. Bildiyim qədərilə sən uşaqlara nifrət edirsən..bəs ailə qurandan sonra uşaq istəməyəcəksən? (vusu35)

bu haqda danışmaq hələ tezdir   Sadecə mənim əsəblərimlə oynayan uşaqlara nifrət edirəm. Həmin vaxt da əsəbimdən bütün uşaqlara nifrət etdiyimi deyirəm)



14. Sevdiyiniz varmı?Və xoşbəxtsinizmi? (Şirin balam)

1)Xeyr.

2) Deyiləm!



15. .Siz valideyninizlə belə şıltagcasına davranırsız? (saniyy)

"Belə" derkən?)) şıltaqlığımın şahidi olubsuz siz də?))) Təsəvvür edin
ki, məni tanımayanlar məndən bu qədər çəkirsə, valideynim nələr çəkir    



16. Sevdiyin serial və ya film ? (Azura)

uzun siyahı yazım indi?)))) Profilimdə yazılıb hamısı. amma sual
verdiyiniz üçün cavablayım. Film: catwoman, black swan, Dəmir adam vəəə
s. Serial: Muhteşem yüzyıl, Güneşin kızları vəəəəəəə s......



17. 1 fanatın həyatı neçə bölümdür sonda nə olur? birdə niyə 666? (Harunum)

1)Artıq final bölüm yayınlanıb)) Yayınlanmasa belə, o qədər "ağıllı"yam
ki  sonra nələr olduğunu yazım?)) Onda paylaşdığım hekayəni insanların
oxumasının nə mənası qalar?)

2) bu 666 niyə insanları bu qədər çox maraqlandırır ki?)) Tutaq ki
şeytan tərəfdarıyam. Sonra?)) mən heç 666-ya şeytan rəqəmi kimi
baxmıram. İnsanlar 666-nı şeytan rəqəmi kimi qəbul edirsə, bu mənim yox,
onların problemidir Ürəyim istəyib 666 yazmışam nikimə



19. İndacılsız diyəsən? (Vipbetul)

Deyəsən yox, elə eləyəm)) İnadkar özdə nə inadkar



20. Kilon? Birdə mənim haqqımda düşüncələrin? (Alessandra)

45 kg)) 16 yaş üçün 45 kg   Bu tip suallar haqda olan fikrimi yazmışam yuxarıda)) yaxından tanımadığım insan haqda düzgün düşüncələrə sahib ola bilmərəm.



21. Həyatda kimsə sizə xəyanət edib? (Modabaz)

Hansı ağıllı varlıq mənə xəyanət eləməyə cürət edə bilər ki?! Və ya
cürəti çatacaq qədər axmaq olar?! Heç kim xəyanət etməyib mənə. Həm  də
xəyanət edənlər ən yaxınlar olur. Mən isə hər kəsi yaxınıma buraxmıram  



22. Həyatınızda heç elə olubmu ki yalan danışaraq zirvəyə qalxasız?(guler 19)

yalan danışaraq zirvəyə qalxmaq mümkündür. Amma hələki ən zirvədə
deyiləm və yalan danışaraq yuxarıya qalxmamışam)) amma elə bir gün ola
bilər ki, yalan danışaraq zirvəyə qalxım. Yəni mənim kimi bir insandan
yalanın hər versiyasını gözləmək olar (amma ümümulikdə yalanı dilimə öyrəşdirməmişəm).



23. Mən haqda düşüncələrin (Vampir Hucci)

Sən haqda düşüncələrim?)) Müsahibə mənimdir sizlərin yox))



24. salam uşaqlıqdan bəri ən çox arzuladığınız arzu nədir? (Sevincka)

Arzularım sonsuz və tükənməzdir)) Amma uşaqlıqda arzuladığm bir iki arzunu yaza bilərəm. Prezident olmaq N hərfi formasında ölkə xəritəsi yaratmaq Müğənni, aktrisa olmaq və s.))



25. İlk parta yoldaşınız kim olub? Məktəb illərindən ən yaxın padruqanız kim olub? (hazal♡)

İlk parta yoldaşımın adı - Həsəndir. Ən yaxın podruqa deməzdim, amma
digərlərinə nisbətən ən yaxını Arifə adlı sinif yoldaşım olub.



27. Həyatda ən dəyər verdiyiniz şəxs kimdir ? (Kralicem)

Təbii ki, özüm



28. Niyə özünüzü çox tərifləyirsiniz ? (emis)

Neyniyim bəs pisləyim? Tərifə layiq qızı tərifləyərlər  
özümü hər kəsdən çox sevirəm, bəlkə də özümü çox tərifləyirəm, amma mən
beləyəm və belə olmaq mənim çox xoşuma gəlir! insanların xoşuna gəlməsə
də olar)) Həm də mənim özümü çox təriflədiyimi harda görübsüz ki?)



29. Ürəyində niyə və kimə bu qədər nifrət edirsənki yazırsan hər şeyə
nifrət edirəm? Bu yaşda səni hər şeyə nifrət etdirəcək nədir ? (acisko)


Nifrət kəliməsinin özünə belə nifrət edirəm...Hər şeyə nifrət etmək üçün
məhz bir insana nifrət etməyim lazım deyil. Belə durduq yerə hər şeyə
nifrət etmirəm. Daha çox əsəbləşəndə hər şeyə nifrət etdiyimi deyirəm!



30. Həyat gözəldir səncə necə? Hər nə çətinlik olsa şükr edərsən (tam
səmimi) ola bilsinki bu bir sınaqdı yoxsa çətinə düşəndə Allahı yada
salırsan? (14MsM)


1) Həyat əslində çox gözəldir. amma iş orasıdır ki, mənim həyatım gözəl deyil!!!...

2) Şükrdən çox naşükürlük edirəm, amma sonra fikirləşirəm ki, məndən
daha pis vəziyyətdə olanlar var bu dəqiqə. Ona görə də mənim hər aid
şeyə görə şikayətlənməyim həmin insanlara haqsızlıqdır! Mənim buna
haqqım yoxdur... Tək çətinə düşəndə yox, hər zaman Allahı yada salmaq
lazımdır.



31. Dəli qız necəsən?neynirsən? vəziyyət necədir ? (aziz-a)

Bu dəli qız sözü də hamının dilinə düşübee   Necəyəm? hmm.. yaxşı deyək, yola verək))



32. Özün haqda görünüşün haqda yzasaydın şad olardım. Və məni necə təsəvvür edirsiz?? (Fidan Nuriyeva)

Xarici görünüşüm: qara (əsmər) qızam, 16 yaş, gözlərim qəhvəyi,
ortaboylu insanam. Daha çox yazmayacam özüm haqda. Çünki özümü
tərifləmək istəmirəm     Sizin isə bir insan olduğunuzu təsəvvür edə bilirəm ancaq))))



33. Bu qədə pesimist olmağınızın səbəbi? (xeyalperest)

Bu ne arkadaş?   Biri həyat dolusan deyir, biri də pessimist Elə hər ikisiyəm onda))) Uje özüm özümdən şübhələnməyə başladım Pessimist olmağımın bir səbəbi var, yoxsa yox, heç onu belə bilmirəm



34. Səncə mən necə bir userəm? + tərəflərim çoxdu yoxsa - ? (Mira_Yaman)

Hər kəsin müsbət və mənfi tərəfləri var. Heç kimdə mənfi müsbətdən, və
ya müsbət mənfidən daha çox deyil, amma bərabər də deyil)) Necə bir user
olduğunuzu isə deyə bilmərəm. 265 və 6000dən çox şərhi olan usersiz
mənim üçün)))



35. Səni görmək istərdim,şəxsi mesajla şəklivi mənə ata bilərsən? (remse)

Nah ataram yaxşı üzr istəyirəm ifadəmə görə Şəklimi ata bilmərəm Şəxsi mesajla. Olmaaaaaz  



36. 1.Səncə mən necə biriyəm? (tam səmimi) 2.Həyatında elə bir anın
olubmu ki onu silmək istəmisən? 3.Ən sevdiyin aktyor(lar) və
aktrisa(lar) kimlərdir? (melek5)


1) bu tip sualları sevmirəm və cavablamıram. Normal insansınız da))
Tanımıram axı sizi. Ona görə də yazammaram sizin haqqınızda heç nə.

2) Bəli çox olub...

3) (sadecə bir ikisini yazacam)

Aktyor/aktrisa: Halle Berry, Burak özçivit, Aras Bulut İynemli, Tolga Sarıtaş vəəəəə s......



37. 1.Məndə səni görmək istəyirəm (remse kimi ) 2-hansı rəngi çox
sevirsən 3-Sevgiyede nifret edirsen insanlarada bunun sebebleri
nedir,səni insanların sevmədiyini deyirsən amma məncə(virtual
həyatda)heçdə elə deyil sənı burda sevənlər çoxdu (Alone angel)


1) Görmək istəyirsiz lap yaxşı)))

2) Qara! hər zaman demişəm: qara mənim sevimli rəngim!

3) Sözün düzü, insanların çoxu məni sevir, amma mən hər adamı sevmirəm))
Məni burda sevənlərin çox olması sevindirici hal olar mənim üçün))
Sənin də belə düşünməyin məni sevindirdi  



38. Xəyalımızdaki bal və ya ali təhsil ocağı haradır (Angela)

600-dən çox bal toplamaq niyyətindəyəm. Dillər Universitetinə daxil olmaq istəyirəm.



39. Özündən razı insanlara münasibətin? (zulya e-li)

Əla necə ola bilər ki? Hər kəs özündən razı olmağı bacarmalıdır. amma
narazı da ola bilərlər. Qısacası, öz fikirləridir)) Nə halleri varsa,
görsünlər Onları müzakirə edəcək deyiləm)) Sadecə özünü dartan insanları
sevmirəm. Mənim yanımda da heç kim özünü məndən daha yuxarı göstərə
bilməz. çünki ən yuxarıda mənəm)) (yox bu çox iddialı oldu, amma başqa
cümlə ağlıma gəlmədi axı   )



40. Nəyə görə şərhlərə həmişə 666 yazırsan? (meryem_)

Belə pis çıxmasın, amma ürəyim belə istəyir)) Bu mənim simvolumdur.



41. Ən çox bəyəndiyin sual kimin sualı oldu? və ən çox zəhlən gedən sual hansı oldu?(tek umidim sen)

1) Xüsusi olaraq bəyəndiyim bir sual olmadı. Daha doğrusu hamısı eyni dərəcə.

2) "Mən haqda düşüncələrin?", " Səncə mən necə insanam?", xarakterimi
yaz" və  bu tipli başqa suallar)) Nəyə görə bəyənmədiyimi də yazım ki,
heç kim inciməsin məndən)) Çünki müsahibə mənim müsahibəmdir. Başqasının
xarakteri, onlar haqda olan düşüncərimi yazsam, müsahibə mənə aid
olmaqdan çıxacaq)) İndi bilirəm bəzi userlər fikirləşəcək ki, bəs niyə
özünü tanıt layihəsinə sən də belə suallar verirsən? özünü tanıtda məni
heç tanımayan userlərə bu sualları vermirəm. versəm də, ya həmin user
məni tanıyır, ya da həmin haqda olan düşüncələri maraqlıdır. Həm də,
özünü tanıtla bu layihə fərqlənir. Bu müsahibə tiplidir.



...666...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!