Bakcell 10% bonuslu 3 AZN nominallı ödəmə kartlarını təqdim edir

Bakcell 10% bonuslu 3 AZN nominallı ödəmə kartlarını təqdim edir
Qadınlar.Co
10.09.2017 17
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti mövcud ödəmə kartları ilə yanaşı abunəçilərin istifadəsi üçün 3 AZN nominallı yeni ödəmə kartlarının satışına başlayıb.
Bakcell həmçinin yeni 3 AZN-lik ödəmə kartının istifadəyə verilməsi ilə yanaşı CIN abunəçiləri üçün yeni kampaniyaya start verib. Bu kampaniya çərçivəsində balansını yeni 3 AZN-lik ödəmə kartı ilə artıran CIN abunəçiləri yüklədikləri məbləğin 10%-i dəyərində bonus qacanacaqlar.
Abunəçilər əldə olunan bonusları şəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə edə bilərlər. 3 AZN nominallı ödəmə kartlarının istifadə müddəti 30 gün təşkil edir.
Beləliklə Bakcell şirkəti bundan sonra abunəçilərə bu nominallı kartlar təklif edəcək: 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN və 20 AZN.
Yeni kartla əlaqəli kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün abunəçinin balansından heç bir məbləğ tutulmur.
Yeni 3 AZN və digər nominallı ödəmə kartları barədə ətraflı məlumatı www.bakcell.com keçidindən istifadə edərək əldə etmək olar.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyası sayəsində "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!