Ginekoloji baxımdan qadın seksual disfunksiyaları

Ginekoloji baxımdan qadın seksual disfunksiyaları
Qadınlar.Co
10.09.2017 14
Ginekoloji baxımdan qadın seksual disfunksiyaları

Qadınlar arasında seksual disfunksiya geniş yayılıb və yaş artdıqca 40-45%-ə çatır. Qadının seksual funksiyasının pozulması bir çox halda müxtəlif xəstəliklərlə bağlı olur. Seksual disfunksiyaların təsnifatında 5 əsas kateqoriya ayırd edilir.

- Seksual istəyin (Libida) pozulması (Frigidlik)

- Seksual aktivliyin (Oyanma) pozulması

- Orqazmik pozuntular (Anorqazmiya)

- Seksual ağrı pozğunluqları (Dispareuniya, Vaginizm)

- Təsnif edilməyən seksual pozuntular.



1) Seksual istəyin, marağın pozulması - 18-59 yaş arasında qadınların 32%-də müşahidə edilir. Bu zaman istənilən növ seksual kontakta qarşı istəksizlik, ikrah hissi, nifrət meydana çıxır. Əsasən də anamnesdə fiziki, seksual zorakılıq və ya travmalar durur.



2) Seksual aktivliyin (oyanma) pozulması – 33% ailə cütlüklərində rast gəlinir. Oyanmanın fizeoloji əlamətləri:

• Qadında istigəlmə

• Dəridə qızarma – hiperemiya

• Gilələrin gərginləşməsi.



Seksual aktivlik, yəni oyanma 4 cürə pozula bilir:

a) Subyektiv oyanmanın pozulması – istənilən növ cinsi əlaqə zamanı seksual həzz və oyanmanın olmaması, fizioloji cəhətdən oyanmanın əlamətlərində vaginal sulanma qalır.

b) Genital oyanmanın pozulması – istənilən növ seksual qıcığa genital bölgədə həssasiyyatın azalması – vaginal quruluq.

c) Kombinə olunmuş oyanmanın pozulması – həm emosional, həm də genital oqran tərəfdən oyanmanın olması,

d) Davamlı seksual oyanıq vəziyyəti qəflətən əmələ gəlir, qeyri-iradi genital bölgədə vaginal sulanmanın olması, seksual maraq olmadan belə, bu hal hətta 1 neçə saatdan 1 neçə günə kimi davam edə bilər.



3) Orqazmik pozuntular (Anorqazmiya)

4) Cinsi kontakt zamanı əmələ gələn ağrı – dispareuniya və vaginizm kimi özünü göstərir.

Dispareuniya - a) endometrioz ilə əlaqəli əmələ gələn ağrı sindromu; b) vaginal ağrı sindromu; c) vulvar ağrı sindromu (hər siyimə aktı ilə güclənir). Dispareuniya səthi - əsasən vulvovaginit, bartolinit, kondilomalar, hipertrofik, geniş kiçik cinsiyyət dodağının olması, qızlıq pərdəsi qalıqları, uretrann divertikulu, keçirilmiş travma və operasiyalardan sonra əmələ gələn deformasiyalar və "Dərin Dispareuniya" - adenomioz, endometrioz, bitişmə prosesi, servisit, uşaqlığın fibroması, uşaqlıq və yumurtalıq şişləri, uşaqlığın əyriliyi kimi özünü biruzə verir.



Vaginizm - qadında seksual istək (libido) olsa belə genital bölgəyə, hətta cüzi toxunma kəskin qaşıq-buzdum əzələlərində spastik yığılmaya səbəb ola bilər və nəticədə cinsi akt mümkünsüz olur. Vaginizm 1-cili (primer) və 2-cili (seconder) olur.



Vaginizmi əmələ gətirən səbəblər:

a) Sırf fiziki səbəb - xarici cinsiyyət orqanlarının müxtəlif travmalar (doğuş, deflorasiya, herpes, ekzema) - bu zaman qadın cinsi aktın özündən qorxur, o cinsi sürtünmə nəticəsində meydana gələn ağrı hissindən qorxur.

b) Psixiki travma səbəbli - ilk cinsi həyatın uğursuz olması, kobud alınması, istənmədən zorlanması ilə meydana gəlir.

c) Frigidlik - uyğun olmayan şərait səbəbindən əmələ gəlir.



MÜƏLLİF: NAİBƏ HƏSƏNOVA (mama-ginekoloq cərrah)



Əgər siz də bu problemlərdən şikayətlənirsinizsə, doktor Naibə Həsənova (mama-ginekoloq cərrah) qəbuluna yazıla bilərsiniz.

Tel.: (+994 50) 634-30-03
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!