Qadınlar.Biz-lilərin sevgi hekayələri - Ayselina

Qadınlar.Biz-lilərin sevgi hekayələri - Ayselina
Qadınlar.Co
10.09.2017 7
Salam əziz qadınlar biz əhli...   :03: :01:   Novbəti layihəmiz "Qadınlar bizlilərin sevgi hekayələri olacaq”... 11Əslində ideya müəllifi naz_vefa nikli bacımızdı. Yəqinki layihə xoşunuza gələcək. Bu gün isə Ayselina bacımızın sevgi hekayəsi ilə tanış olacıq...  :heart: :128: :kisses:



İlk öncə bütün bacılarımızı salamlayıram və hər birinizə hər zaman sevib, sevilməyi arzu edirəm! Mənə bu gözəl layihədə yer verdiyinizə təşəkkür edirəm.  Məndə öz sevgi hekayəmi sizinlə paylaşmaq istədim. Bizim sevgi hekayəmiz universitet illerinde başlayıb. Men ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəlliməsiyəm..Bizim universitetdə, ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi.Biz dərnəkdə, əsərlərin müzakirəsini, müəyyən tədbirlər təşkil edirdik, şair və sənət adamlarını dəvət edirdik.Mən də ixtisasımla bağlı daha da, püxtələşmək üçün həmin dərnəyin reklam departamentində işləyirdim həm də, tədbirlərin aparıcısı kimi fəaliyyət göstərirdim. Bir gün bizim dərnəyin toplantısı olmalı idi. Mən də, bir az gecikmişdim.Toplantı otağının qapısını döyüb, içəri daxil oldum..Gördüm ki, bütün yerlər dolub, bir yer boşdur..Boş yerdə əyləşdim.Soradan yanımda bir oğlanın oturduğunun fərqinə vardım..Bizim dərnəyin mühasibi kimi fəaliyyət göstərirmiş, mən də bunu ilk dəfədir ki, görürdüm.Çünki, ilk dəfədir ki, toplantıya qatılırdı..İxtisasca Riyaziyyat müəllimi olduğu üçün mühasib kimi çalışırdı.Gözlərini məndən çəkmirdi, mən də utandığımdan başımı qaldıra bilmirdim. Nişanlım 3 ay mənim haqqımda araşdırma aparıb, ondan sonra mənə xəbər göndərib. Mən də çox qapalı bir mühitdə böyüdüyüm üçün çox çəkinirdim, aldadılmaqdan.Ona görə yox dedim.Həm də, söz göndərənlər çox idi deyə, doğru seçim etmək istəyirdim. Ailəsinə deyib mənim haqqımda, elçi göndərmək istəyirəm dedi.Ciddi olduğunu anladım.Onu da deyim ki, çox yaraşıqlı idi.Mən də, razılıq verdim.Ən əsası zövqümcə idi..Beləliklə telefonla danışıb birbirimizi daha yaxından tanıdım.5 ci ildir ki, birlikdəyik. 5 ci kursda nişanlandıq.Zaksda kəsdirdik.Toyumuzun vaxti melum idi deyə.Ama təəssüf ki, mezun olduğum gün atamı itirdim.Ona görə 1 il gözlədik.İndi qismət olsa dekabrda toyumuz olacaq.. Həyatımda, elə bir təmiz qəlbli, məni məndən çox sevən, bir dediyimi iki etməyən, ən əsası imanlı bir insan olduğuna görə çox xoşbəxtəm! Biz, hər ayın 29nu qeyd edirik.Çünki, 4 il bundan əvvəl mayın 29u mən ona "hə" cavabı vermişdim.Hər ayın 29u surpriz slaydlar hazırlayıb, hədiyyələr alıb bir birimizi sevindiririk.Bu arada zaksli olduğumuza görə, kağız üzərində evli olsaq da, evliliyimizin 1 ili tamam olduğuna görə xüsusi tentene ilə qeyd etdik.Mən onunla çox fəxr edirəm.əməkdar müəllimdir.Müəllimlik adını öz işi və bacarığı ilə daima zirvədə saxlayır.Biz birbirimizin işinə xüsusi diqqət ayirir və dəstək olmağa çalışırıq.Bir də onu qeyd edim ki, mən heç bir sosial şəbəkədə qeydiyyatda deyiləm.Təkcə qadınlar.biz.başqa.Buna həm vaxtım yoxdur, həm də nişanlım icazə vermir. Belə əziz bacılarım, ümidvaram ki, çox böyük yazdığıma görə məndən inciməyəcəksiziniz. Sonda hər birinizə sevgi dolu, gozel gunler arzu edirem!



Qatılmaq istiyənlər şəxsi ismarıcla mənə yaza bilərlər...



P.S. Sentyabırın 1-inə kimi. Onnan sonra dərslərlə əlaqədar olaraq sayta girə bilmiyəcəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!