Bu günün SƏBƏBKARI - Secret Love

Bu günün SƏBƏBKARI -  Secret Love
Qadınlar.Co
10.09.2017 5
Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI
kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün
səbəbkarı saytımızın  canı, gözü
Bu günün SƏBƏBKARI -  Secret Love Secret Love -di.... Bu günün SƏBƏBKARI -  Secret Love buyurun bacımızın
doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza
çatdırın....

 
Bu günün SƏBƏBKARI -  Secret Love



1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim
olduğunu bilsin.


Salam canım. Qısaca Lalə



2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə,
doğum tarixin nə vaxtdı?


1998 təvəllüdəm



3. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Çox gözəl bir duyğudur..Ən əsası bu gün 1 dediyimi 2 etmirlər



4. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki,
evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə
olunduğunu bilirsənmi?


Ən birinci hədiyyəm qızıl qolbağ olub.. üzrlü səbəblərdən satılıbdı çox
istərdimki onu saxlıyıb gələcəkdə qızıma hədiyyə edim ama qismət..



5. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Hədiyyənin böyüyü kiçiyi bahalısı ucuzu belə şeylərin mənim üçün önəmi yoxdur..
ama ən gözəl hədiyyə atamın hədiyyəsi olub..ad günüm olan gün mənə istədiyim
kompu almışdı yuxudan duranda görəndə yuxu gördüyümü sanırdım



6. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Nə yalan deyib olub ama biruzə verməmişəm nədə olsa həmin insanın yadında
olmağım belə önəmlidir mənim üçün.. deməli onun üçün önəmliyəmki unutmuyub ad
günümü..birdə zövqlər müxtəlifdir mənimdə aldığım hədiyyəni kimsə bəyənməyə
bilər



7. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin
sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə
o hədiyyə sənə verilə?


Atam mənim canımdı o sanki həmişə ürəyimi oxuyur.. nəyinki ad günümdə hər zaman
nə istəyirəmsə çox keçmirki alıb gətirir hərdən şübhə edirəm atamın
düşüncələrimi oxumaq kimi bir zekasının varlığından



8. Sevdiyinlə keçirdiyin ilk doğum günün yadindadirmi?

Hə yadımdadır.. ama onda məni sevdiyini bilmirdim ama birlikdəydik hətda bir
evdə bizə gəlmişdi həmin gün hədiyyə və çoxlu şokolad almışdı.. Ama indi yoxdur
artıq həyatımda...



9. Bəs sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Xatırlıyıram gümüş boyunbağ almışdı (xırda qaşlarla ürək formalı klonla
birlikdə)..



10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə
keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?


Həmişə nənəm unudurdu (atamın anası).. ama əmim qızı dünyaya göz açdı 2 il
əvvəl oda nənəmgillə birlikdə qaldığı üçün artıq nənəmində yadında olur hər il
təbrik edir



11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Hə ediblər Sinifyoldaşım etmişdi.. bufeti şar və zərlərlə bəzətmişdi.. mamasıda
tort almışdı birlikdə super keçirmişdik ad günümü..



12. Bu yaşına qədər səni çox xoşbəxt edın, daha çox yadında qalan bir doğum
günü partisi ediblər sənə?


Parti deməyəkdə əmimin toy gününü mənim ad günüm olan günə salmışdılar.. həmin
gün həm toy keçirdiy həmdə ad günü ən yadda qalan ad günüm idi..



13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Nənəm qeyd etdiyim kimi unudurdu oda daha unutmur



14. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin üçüncü doğum günündür.
Hər il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?


 Çox gözəl bu saytda olmağıma sevinirəm.. mən bilən 3 doğum günümün 3-ünüdə sən
hazırlamısan (ikisini mən hazırlamışam, inşallah bundan sonra da bir yerdə neçə doğum günlərini qeyd edərik... amin) 

15. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Antikar var birinci etməlidi edəcəyinədə əminəm..həmişə ad günü və bayramlarda
birinci o edir.. canımdı o mənim..



16. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Mənə güc səbr bilik zehin açığlığı versin ki istədiyim sənətə sahib olmaq üçün
istədiyim təhsili ala bilim.. Canım mənim bu xəbəri mənim üçün hazırladığın
üçün sənə sonsuz təşəkkür edirəm Allah şirinlərimi qorusun inŞAllah Təbrik edən
qızlara da indidən təşəkkür..
 
Bu günün SƏBƏBKARI -  Secret Love

 

Canım
mənimmmm, səni təbrik edirəm...  dilərəm həyatda istədiyin və arzusunda
olduğun hər bir şeyi Tanrım nəsib etsin sənə... Bil və yadında saxla
ki, bu saytda hər bir kəs səni çox istəyir... sən bizim canımız,
bidənəmizsən... necə ki, bizlərin eləcə də inşallah hər zaman ətrafında
olan hər kəsin sevimlisi olarsan... amin...

 



 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!