Qadınlar.Biz-lilərin uşaqlıq istəkləri - Catwoman666 (8)

Qadınlar.Biz-lilərin uşaqlıq istəkləri - Catwoman666 (8)
Qadınlar.Co
10.09.2017 9
Salam Qadınlar.Bizin gözəl, əxlaqlı, tərbiyəli, şirin, dürüst, səmimi, dəli-dolu, şıltağ xanımları day nə qaldı? nəysə keçəy mətləbə yeni layihəmdə userlər uşağkən nələr
istəyirdilər?misal üçün uşağkən nəyin olmağını, haralara getməy
istədiyvizi, hansı oyuncağı daha çox istədiyvizi, ümumi uşağkən nəyin
həyata keçməsin, nəyin olmasın istəmisizsə onu yaza bilərsiz bu gün
qatılmaq istəyən layihəma qonağım Catwoman666dir buyrun oxuyağ

 

Salam olsun, Qadınlar.biz saytının daimi istifadəçilərinə Layihəsində iştirakıma şərait yaratdığı üçün Meleknur nikinə təşəkkür edirəm.

Mənim
uşaqlıqdan indiyə kimi ço..x arzularım olub. Bu gün sadecə bir neçəsini
yazacam. Deməli, mən uşaqlıqda prezident olmaq istəyirdim istəyirdim ki, öz dövlətim olsun, mən də onu idarə edim Sonra müğənni, aktrisa olmaq istəyirdim. Dünyaca məşhur olmaq istəyirdim. Rəssam olmaq, müxtəlif rəsmlər çəkməyi arzulayırdım Bir də bir az qəribə çıxacaq, amma fikirləşirdim ki, əgər toyum olsa, 5-10 dəfə toyum olsun (yanlış anlamayın haa hamısı eyni adamla ) Qoy səbəbini də izah edim. Sevdiyim gəlinlik modelləri çoxuydu. Mən
də fikirləşirdim ki, bəyəndiyim gəlinliklərin hamısını geyinmək üçün
5-10 dəfə toyum olmalıdır Amma təbii ki, bu uşaqlıqdır)) Sonra dünyanın əəən varlı insanı olmaq istəyirdim Hər zaman elə fikirləşirdim ki, sehirli güclərim var Uçmaq, qanadlı feya olmağı çoooooox istəyirdim

ehh nəysə Uşaqlıq arzularımı yazsam, səbr edib oxuya bilməzsiz yazdıqlarımı Oxuğunuz üçün hər birinizə təşəkkür. Şərh yazan əlləriniz də yorulmasın


 

P.S layihəyə qatılmaq istəyən userlər şəxsi mesajla mənə yarışmayla bağlı istəklərin yazıb göndərə bilərlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!