Xoşbəxtdir ona görə ki... - fialka (2)

Xoşbəxtdir ona görə ki... - fialka (2)
Qadınlar.Co
10.09.2017 5
Salam saytımızın gözəl qızları.  

Sizlər üçün yeni bir layihə hazırladım və layihəmin qonağı fialka nikidir  :03:

 

Mən xoşbəxtəm ona görə ki, ailəm yanımdadır ən əsası onlar sağlamdırlar ..



Mən həyatı sevirəm ona görə ki, Allahın mənə bir lütfüdür və onu öyrənərək yaşamalıyam.



Dinimi sevirəm ona görə ki, müsəlman olaraq bu mənim müqəddəs bir borcumdur



Sevgi gözəl hisdir ona görəki, doğma olmayan insanları doğmalaşdırır..



Anamla mübahisə edirəm bəzən ona görə ki, məni anlamaq istəmir ancaq ortaq bir nöqtədə dayanırıq sonda))



Bəzən məni başa düşmürlər ona görə ki, fikrimi ifadə edəndə o bəziləri nəzərə alınmır))..



İşlərimi çatıra bilmirəm ona görə ki, vaxt çatmır ))



Bəzi gecələr ağalayıram ona görə ki,
yaşanmış keçmiş yadıma düşür və hamsıda o lirik mahnıların günahıdır))



Bəzən hər şeydən yoruluram ona görə ki, eynilik bəzən bezdirici olur ..



Gözəllik qurban tələb edir ona görə ki, hər kəs baxımlı olub gözəl görünmək istəyir)



Darıxıram ona görə ki, uzaqda olan doğmalarım yanımda olsun istəyirəm..



Heyvanları və bitkiləri çox sevirəm ona görə ki, onlar Allahın yaratdığı varlıqlardır və sevməmək mümkün deyil..



Qısqancam ona görə ki, doğmalarımı bölüşməyi sevmirəm))



Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki, onlar mənasız həyatı mənalaşdıranlardırlar..



Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki, mənən yorulur insan ..



Məni nə sevindirir bilmirəm ona görə ki, heç nə istəmirəm sadəcə dinclik və sakitçiliy olsun bəsdi..



Arzularım, xəyallarım, ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki, Allahın qisməti nədirsə onuda yaşayırıq..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!