Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb

Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb
Qadınlar.Co
10.09.2017 20
Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətində
"Smart Start” təcrübə proqramı çərçivəsində təcrübə keçən gənclər proqramı
uğurla başa vurublar.
Bakcell
şirkətinin 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi "Smart Start”
təcrübə proqramı çərçivəsində 32 nəfər gənc insan resursları, informasiya
texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat
və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları,
pərakənda satış və distribusiya şöbələrində təcrübə keçərək peşəkar iş
karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələniblər.
İki
aylıq proqram ərzində gənclər qeyri-neft sektorunun ən böyük investorlarından
olan Bakcell şirkətində çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. Təcrübə
proqramının başlanğıc mərhələsində iştirakçılar praktiki biliklərini və işə
hazırlıq bacarıqlarını artırmaq üçün təşkil olunan biznes etikasi, karyera
inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit,
vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin
gələcək peşəkar fəaliyyətlərində zəruri olan müxtəlif təynatlı təlimlərdə
iştirak ediblər.
"Iki
il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3000-ə yaxın
müraciət qəbul etdik və onlaramaksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il
22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını
inkişaf etdirmək üçün "Bakcell”i seçməsi bizi çox sevindirir. Milli operator
olaraq ölkə gəncliyinə dəstək verməyədavam edəcəyik. ”, deyə "Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
"Smart
Start” proqramın məzunları isə Bakcell haqqında fikirlərini bölüşüblər:
Elvin
Nürəddinli: "”Smart Start” proqramı mənim gələcək peşəkar karyera planlarımda
olduqca böyük rol oynadı. Mən gələcəkdə özümü inkişaf etdirəcəyim prioritet sahələri
müəyyənləşdirdim və əla dostlar qazandım”.
Simuzər
Mahmudova: "Uzun müddət nəzəri olaraq əldə etdiyim bilik və bacarıqları real iş
mühitində tətbiq etdiyimə görə olduqca şadam. Karyerada ilk addımlar üçün
"Smart Start” proqramı gənclər üçün əla şansdır.
İbrahim
Niftiyev: "Bu iki ay ərzində Bakcell ailəsinin bir hissəsi olduğuma görə çox
şadam. Təcrübə proqramı ərzində olduqca dəyərli bilik və bacarıqlar əldə
etdim”.
Leyla
İsayeva: "İxtisasca müəllimə olsam da, özümü iş həyatında sınamaqla dəyərli təcrübə
əldə etmiş oldum. Əminəm ki, əldə etdiyim bilik və bacarıqlar uğur qazanmağımda
müstəsna əhəmiyyət daşıyacaq”.
Smart
Start proqramında təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür.
Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay
müddətində "Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda
iştirak haqqında sənədlə təmin olunurlar.
Qeyd edək
ki, Smart Start proqramının bütün məzunları Bakcell şirkətində açılan iş yerlərinə
potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə
başa vuran gənclərdən 5 nəfər artıq Bakcell şirkəti tərəfindən işlə təmin
olunub. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması
gözlənilir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.





 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!