Gürcüstanın mineral suları: SAIRME

Gürcüstanın mineral suları: SAIRME
Qadınlar.Co
10.09.2017 10
Zurab Abaşidzenin rəhbərliyi altında fəaliyyət göstərən "Sairme" kurortu unudulmaz istirahət
və müalicə təklif edir. Sairmenin təbii karbon qazılə zəngin mineral suları yerin
dərinliklərindən çıxır. Nadir kimyavi tərkibli (kalsium, natrium, dəmir, maqnium ilə zəngin)
Sairme suyunun aşağı dərəcəli minerallaşma və bioloji fəal elementləri var. Bütün bunlar həmin
suyu qaraciyər, mədə-bağırsaq traktı (qastrit, xora), böyrək, öd kisəsi, böyrək iltihabı və sistitin
müalicəsi üçün istifadə etməyə imkan verir.







Sairme mineral suyun istifadəsi bədənin immun
sistemini və əqli fəallığı artırır, qida mübadiləsinə yardım edir (diabet, podaqra, piylənmə),
skleroz proseslərinin inkişaf riskini azaldır, bədənin həzm sisteminə, damar və beyin inkişafına
da müsbət təsir edir.
Sairme müalicəvi suyun iki növü var. 1 və 3 saylı mənbələrdən çıxan birinci qrup suyu kimyəvi
tərkibinə görə karbon qazlı hidrokarbonatlı-natriumlu-kalsiumlu mineral sular növünə aiddir, 4
və 5 saylı mənbələrdən çıxan ikinci qrup suyu isə karbon qazlı hidrokarbonatlı-natriumlu sular
növünə aiddir.







1 saylı mənbənin suyu böyrək xəstəlikləri üçün istifadə edilir. O, həmçinin öddə səfranın əmələ
gəlməsini sürətləndirir və öd kanallarındaki intihab proseslərinin səngiməsinə yardım edir. 3
saylı mənbənin suyu ilə birlikdə onu sidik orqanlarının və öd kisəsi xəstəliklərinin müalicəsində
istifadə edirlər. Sairme suyu daşları parçalayır, bədəndə daşların formalaşmasına səbəb olan
duzları çıxarır. Bu su həmçinin daş və duzun hərəkət etməsindən irəli gələn intihab proseslərini
də yavaşladır. Daşların cərrahi əməliyyatla çıxarıldıqdan sonra Sairme sularını profilaktika
tədbirləri məqsədilə də istifadə edirlər.
1 və 3 saylı mənbələrin suyu sidik kisəsi və sidik kanallarının xəstəlikləri zamanı istifadə edilir.
Su ilə yuyulmalar da əla nəticə verir.
2 və 4 saylı mənbələrin ilıq suları ilə yuyunma nəticəsində öd kisəsi və onun kanalları daş və
şlaklardan azad olunur.
3 saylı mənbənin suyu ilə xronik qastrit, xroniki kolit, onikibarmaq bağırsağın xorası müalicə
olunur.
Həzm orqanlarının xəstəlikləri zamanı 3, 4 və 2 saylı mənbələrin suyu istifadə olunur. 3 və 4
saylı mənbələrin suyu xronik xolesistitin müalicəsi üçün tövsiyə olunur. Sağlamlığa faydalı
olmaq yanaşı Sairme suları əla dad keyfiyyətləri ilə də seçilirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!