Gürcüstanın mineral suları: BORJOMİ

Gürcüstanın mineral suları: BORJOMİ
Qadınlar.Co
10.09.2017 19
Ən məşhur kurortlardan olan Borjomi müalicəvi mineral suları və möhtəşəm dağ havası ilə
məşhurdur. Borjomi - dəniz səviyyəsindən 900 metr yüksəklikdə Kür, Borjomi və Qucareti
çaylarının sahillərində yerləşən dərə ərazisindəki balneoloji və iqlim kurortudur. Kurortun ən
başlıca müalicəvi göstəricisi dərənin iynəyarpaq-yarpaqlı meşələrinin fitonsidlərilə zəngin
təmiz havasıdır. Dərəni əhatə edən dağ massivləri sayəsində kurortda kəskin temperatur
dəyişməsi olmur: bu, ürək, sinir xəstəliklərinin terapiyası üçün çox vacibdir. Lakin Borjomi
üçün müalicəvi kurort adını təmin edən əsas amil onun nadir mineral suyudur. Borjomi suları
təbii minerallaşmalı karbon qazlı hidrokrabonatlı-natriumlu sular növünə aiddir. Mənbədən
asılı olaraq karbon qazının miqdarı 0,5-1,5 q/l arasında fərqlənir (ən böyük qatılıq Mərkəzi
mənbədədir). Bundan başqa, Borjomi mineral suyunun tərkibinə bir çox mikroelementlər də
daxildir: xlor, yod, brom, litium, barium; suda həmçinin bor turşusu da var. Suyun bu cür
maraqlı tərkibi onun mənşəyilə bağlıdır: mütəxəssislər hesab edirlər ki, o, maqmadan gələn
ilkin suların buzlaqların əriməsi nəticəsində əmələ gəlmiş yeraltı suların qarışığıdır. Bu cür
kimyavi formula sayəsində o, antasid xüsusiyyətini (yəni turşuluğu azaltma imkanı) göstərən
təbii bufer məhluludur. Müxtəlif mənbələrdə çıxan suların müxtəlif istilik dərəcələri var – 15-38
dərəcə arasında. İstifadə rejimindən, temperaturdan, qazla zənginlikdən asılı olaraq su mədə və
bağırsağın işinə müxtəlif müsbət təsirlər göstərir: bəzi hallarda turşuluğu azaldır, bəzən isə
əksinə - onu stimullaşdırır. Məhz ona görə də Borjominin mineral suları ilə müalicə yalnız
həkimin nəzarəti altında keçirilməlidir. Borjomi suyu metabolik sindrom, piylənmə zamanı
həm də qida mübadiləsini bərpa etməyə yardım edir, bədəndəki şlak və toksinlərin
çıxarılmasına yardım edir, qaraciyəri təmizləyr. Sudan istifadə böyrəklərin işinə də müsbət təsir
göstərir: o, əla sidikqovucu vasitə kimi təsir göstərir; bununla belə kalsium itirilmir, çunki su
onun ionlarılə çox zəngindir. Müalicə zamanı suyun qəbulu sifət rəngini yaxşılaşdırır, dəri
təmiz və sağlam olur, və, ümumiyyətlə, bədənin gəncləşməsi prosesi başlanır.



Borjomi mineral suyunu həm içmək, həm də tənəffüs sistemi xəstəlikləri zamanı inhalyasiya,
suvarma və vannalar üçün istifadə etmək olar. Mineral vanna qəbul edərkən bədəndəki
mübadilə prosesləri aktivləşir, immuninet güclənir, intihab prosesləri azalır, bədən sanki
sakitləşir. Kurortun otel və sanatoriyalarında digər üsullar da təklif olunur: fiziomüalicə,palçıqla müalicə (yod-brom palçığı), müalicəvi bədən tərbiyəsi, pəhriz terapiyası və s. bu kimi
müasir spa-prosedurlar.



Biz köhnə qospitalın (Kürün yuxarı sahilindəki daş qala) bərpa edilmiş binasında yerləşən
Borjomi Palace Hotel&SPA 4*otelində yerləşdik. Pəncələri çaya çıxan otaqlardan əla mənzərə
açılır. Dağ çayının gurultusu insana qəribə bir təsir göstərir və hətta qısa müddətli yuxunu belə
istirahətə çevirir. Oteldə tibbi heyət də fəaliyyət göstərir. Prosedur kurslarını fizioterapevt
həkim təyin edir. Həkimlər ənənəvi sanatoriya müalicəsini əsas tutaraq və ona müasir
kosmetologiya və fizioterapevtik aparat üsullarını əlavə edərək hər kəs üçün fərdi proqram
tərtib etməyə çalışır. Otelin qonaqları dərəyə əla mənzərəsi olan açıq hovuzdan, fitnes zalından,
üzmə hovuzundan, hamam və saunadan, gözəllik salonundan, masaj və kosmetologiya
otağından bəhrələnə bilər. Otelin müalicə-sağlamlıq mərkəzi kompleks diaqnostikanı, terapevt,
qastroenteroloq, kardioloq və digər mütəxəssislərin konsultasiyalarını, klinik laboratoriya
tədqiqatlarını təklif edir. Həkimlərin tövsiyələrinə əsasən fərdi proqram hazırlanır: spakapsularda mineral vannalar, sualtı duş-masaj, elektropalçıq və parafin applikasiyalar,
inhalyasiyalar, Şarko duşu, sirkulyar və aralıq duşu, karbon qazlı və buxar-karbon qazlı
vannalar.



Oteldəki qida məhsulları da həkimlərin pəhriz yönümlü tövsiyələrinə əsaslanır; burada daim
yerli təzə məhsullar olur. Axşamlar isə lobbi-barın çaxır kartı gün ərzində yığılan yorğunluğu
çıxarmağa yardım edəcək.



Borjominin əsas parkının girişində kiçik bir bazar fəaliyyət göstərir ki, siz orada təbii bal, qozlu
çurçxela, meyvəli pastila və... qoza mürəbbəsi ala bilərsiniz. Qoza mürəbbəsi Borjominin vizit
kartına çevrilmişdir. Mineral sudan fərqli olaraq bu mürəbbəni siz yalnız burada ala bilərsiniz.
Parkda əsas su mənbəsi yerləşir: o, girişin yanına yaxın mərkəzi yerdədir. Parkın ərazisində
həmçinin gözəl şəlalə, dolaşıq gəzinti cığırları, kiçik köşklər və yeni uşaq meydançaları var.
Ekstrim sevənlər üçün burada baxış meydançasına asma kəndir yolu ilə qalxan retrovaqon var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!