Gürcüstanın mineral suları: TBİLİSİ

Gürcüstanın mineral suları: TBİLİSİ
Qadınlar.Co
10.09.2017 36
Tbilisi hər kəsin marağına səbəb ola biləcək çox gözəl bir şəhərdir. Bəzi insanlar üçün Tbilisi -
çox müasir paytaxt meqapolisidir, digərləri üçün isə balneoloji kurort. Son onillikdə Tbilisinin
haqsız unudulmuş kükürd mənbələrinin şöhrəti geri dönməkdədir. Qeyd edək ki, Tbilisinin
müalicəvi sularının adı hələ I əsrin salnamələrində qeyd edilir. SSRİ dövründə minlərlə insanlar
buraya dəri xəstəliklərinin, revmatizm poliartridinin və bir çox digər xəstəliklərin müalicəsi
üçün gəlirdi. Balneoloji kurort kompleksi 1938-ci ildə Abanotubani rayonunda inşa edilmişdi.
Lakin hazırda kompleksin bütün infrastrukturu köhnəlmiş və turistlərə xidmət göstərmir. Buna
baxmayaraq kompleks fizioterapiyası, reabilitasiya və terapevtik prosedurlar təklif edən özəl
müalicəxanalar və spa-mərkəzləri həmin müalicəvi mənbələrdən fəal şəkildə istifadə edir.
Sulfid suları bir çox dəri xəstəliklərini, nevroz və allergiya simptomlarını aradan qaldırır.



Spa-prosedurı qəbul etmək üçün biz də öz növbəmizdə bu yaxınlarda açılmış "SamRaan Spa &
Wellness Centre" mərkəzinə yollandıq. Burada altı prosedur otağı (otaqların hər birində buxar
vannası var), hamam, sarınma üçün su yatağı, Ölü Dənizin mineralları ilə dolu hovuz, isidilən
çöl hovuzu, iki sauna, müxtəlif duş növləri, Himalay duzu ilə duz mağarası, gözəllik salonu və
fitnes-mərkəzi. Burada ondan çox masaj növü təklif edilir: tandem-masaj, ayurvedik yağlı
masaj, şirovasti, ot kisəciklərilə masaj, isti daşlarla masaj, aromamasaj, detoksikasiya effektli
selülitə qarşı fito-aromatik masaj, İsveç masajı, aşiatsu, dinamik tsiqun və ənənəvi Tay masajı.
Sözsüz, burada şərab terapiyası da geniş çeşiddə təmsil olunur: sarınma, əla orqanoleptik
xüsusiyyətləri olan saperavi üzümü ilə masajlar və maskalar. Prosedur zamanı yalnız tər üzüm,
üzüm çəyirdəyi yağı, çaxır mayası, üzüm şirəsi və sıxmaları istifadə olunur. Çaxır terapevtik
kosmetoloji prosedurlar dəri möhkəmliyinin və elastikliyinin artmasına, qırışların və qocalıq
ləkələrinin profilaktikasına yardım edir, və kapilyarların zəifliyinin qarşısını alır.



Stres, artıq çəki və dərinin solması ilə mübarizə aparmaq məqsədilə spa-mərkəzinin
müştərilərinə qırmızı çaxırlı vannalar, çaxırla sarınmalar, çaxır liftinqi və güclü çaxır duşu təklif
olunur. Adı çəkilən bütün proqramlar talassoterapiya və ya balneologiya prinsiplərini yalnız bir
fərqlə tətbiq edir - onlar yeni üzüm məhsullarının istifadəsinə əsaslanır. Spa-mərkəzinin fəxr
etdiyi bir şey daha var - yalnız "canlı" çaxırlar və yalnız emal olunmamış orqanik cəhətdən
təmiz üzüm.



Elə buradakı çaxırları da yaddan çıxarmaq olmaz. Çaxırların adları belə musiqi kimi səslənir:
"Saperavi", "Rkatsiteli", "Kindzmarauli", "Mukuzani", "Kraxuna", "Mtsvane", "Usaxelauri"...
Bəlkə də onların bir-bir öyrənilməsinə bir neçə axşam həsr edib stresi atmaq, əhval-ruhiyyəni
qaldırmaq və dincəlmək olar. Gürcü mətbəxinə aid dadlı və ləzziz yeməklərin sayından isə heç
danışmayaq...



Səfərinizi tamamilə öz sağlamlıq və gözəlliyinizə həsr etmək istəyirsinizsə Holiday İnn kimi
maksimum rahatlıq təklif edən bir otel seçin.



Tbilisiyə hətta bir-iki günlük səfər etsəniz belə Botanika bağına gedib ordakı gül və ağacların
xoş ətirlərini qoxulamaq, David dağının təpəsində yerləşən Mtasminda parkındakı nəhəng
"şeytan" çarxına minmək, Qədim şəhərin küçələrində gəzmək və yeni abidələrə (müasir dünya
arxitekturasının nümunələri) nəzər yetirmək imkanını əldən verməyin. Bunlar hamısı sizin
uzun müddət üçün güc, sağlamlıq və yaxşı əhval-ruhiyyə mənbənizə çevriləcək.



Əgər siz sağlamlıq məsələlərindən başqa həm də gözəl və parlaq təəssüratlar, əla xidmət,
mədəni proqram və vəhşi təbiətin heyranedici gözəlliyini axtarırsınızsa, o zaman mütləq
Gürcüstana getmək haqqında düşününскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!