Sabahiniz xeyir Qadinlar.biz ehli=)

Sabahiniz xeyir Qadinlar.biz ehli=)
Qadınlar.Co
10.09.2017 40
  
Bu peçenye çox asan və tez hazırlanır.
Lazım olan məhsullar:[/b]
- Xama - 100 qr
- Kərə yağı - 100 qr
- Yumurta - 1 dənə
- Şəkər tozu - 1 stəkan
- Limon - 1/2 dənə
- Soda - 1/2 çay qaşığı
- Un - 2,5 stəkan
Hazırlanması:[/b]
1.[/b] Yumşaq kərə yağı şəkərlə yaxşı qarışdırılır.
2.[/b] Xama və yumurta əlavə edilir və yenidən yaxşı qarışdırılır.
3.[/b] Limon qabığını sürtgəcin kiçik güzündən keçiririk və yağlı-xamalı kütləyə əlavə edirik.
4.[/b] Limon şirəsini sıxırıq. Şirəyə soda tökürük, qarışdırırıq (soda köpüklənməlidir) və kütləyə əlavə edib yaxşı qarışdırırıq.
5.[/b] Un əlavə edirik və xəmir yoğururuq (xəmir əllərə yapışmamalıdır). Unun xüsusiyyətlərindən asılı olaraq reseptdən göstərildiyindən daha az və ya daha çox un lazım ola bilər.
6.[/b] Xəmiri plyonkaya büküb soyuducuda 1 saat ərzində saxlayırıq.
7.[/b] Xəmiri yayırıq, xüsusi peçenye üçün olan formalarla fiqurlar kəsirik.
8.[/b] Tavaya perqament kağızı səririk, peçenyeni düzürük.
9.[/b] Peçenyeni əvvəlcədən 180 C kimi qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişiririk.
Nuş olsun![/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!