Fialka - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)

Fialka - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)
Qadınlar.Co
10.09.2017 9
1. Adınız?
Firuzə

2. Yaşınız?
28.05.1991

3. Ailəlisiz?
Xeyr.

4. Təhsiliniz?
Odlar Yurdu Universiteti - Menecment fakültəsi

5. Yaşayış yeriniz?
Şəmkir

6. Çətin vaxtlarda təsəllin nə olur? necə birisən? (Betulxedice)
Ruhən
nikbin insanam çalışıram bədbinliyə qapılmayım ancaq çətin vaxtlarda
sadəcə təsəllim Allahıma olan dualarımdır. Ondan başqa heç kəs yaxın ola
bilməz mənə..

7. Salam necəsiniz bu dəqiqə? bura sayta daxil olmağa yoldaşınız icazə verirmi? (Aydan Habili)
Salam bu dəqiqə normal yəni yaxşı demək olar sağolun)) sualınıza gəlincə yuxarıda da qeyd etmişəm evli birisi deyiləm.

8. Həyatda ən böyük arzun nədir? (yarpaq33)
O
qədər arzuları olur ki, insanın biri real olur digər yeni arzu yaranır
mənimdə arzum olub amma elə alınır ki, mümkün olan mümkünsüzə çevrilir .
Ancaq nə olsada pis olmuram demək ki, belə olmalı idi. Sadəcə haqqımda
Allahdan arzum özümlə bağlı o olar ki, ən yaxşısını deyil xeyirlisini
nəsibim etsin hər nə olur və olacaqsa təbii ki,..

9. Həyatda heç geri qayıtmaq istəmədiyiniz qədər pis bir gün olubmu? (BArbi)
Geri
qayıtmaq istəmədiyim 2008 -ci il dekabr ayıdır hansı ki, bir də heç
vaxt o anları o günləri yaşamaq istəməzdim nə olduğunu qeyd etməyim amma
mənə heç də asan olmadı o günlər..

10. Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz ən əhəmiyyətli üç xüsusiyyətiniz nədir? (ulduz)
Özümdə
bəyənmədiyim xüsusiyyətlərdən biri odur ki, kin və nifrət hissi mənə
yaddı amma onun yerinə daha betəri laqeydlik var sanki o insan var amma
yox kimi bir şey olur . Qısası gözdən əbədi düşür, deyirəm kaş kinim
nifrətim olardı ən azından keçərdi kində nifrətdə nə zamansa amma
laqeydlik keçmir gözdən bir dəfə düşürsə bəs edir artıq. Qalan elə bir
bəyənmədiyim xüsusiyyətim yoxdur bəlkədə var amma mənə görə budur
sadəcə) Bəyəndiyim xüsusiyyətim haqda qeyd etmirəm özümü tərifləməyi
sevmirəm amma təbii hamı kimi yaxşı olan tərəflərimdə var ən azı))

11.
Ucqar kəntdə yaşasaydın dolanışığını nə ilə çıxarardın?. Ən çox nə
zaman utanırsan?. Fürsət olsaydı ölüm qabağı nə vəsiət edərdin? (Allah
gecinnən eləsin) (Asya Müslümova)
1.Ucqar
bir kənddə nə edərdim əvvəlcə onu deyim ki, düşdüyüm mühitə yəni hara
gedimsə ora tez bir zamanda adaptasya olmağı bacarıram. İlk öncə
ixtisasıma uyğun iş baxardım əgər mümkün olmazsa hamı kənddə necə edirsə
ən çox yəqin məndə də o cür olardı çox güman ))
2.
Ən çox tərif eşidəndə utanıram qəribə olsada çalışıram düşdüyüm
situasyanı dəyişim çünki narahat oluram . Birdə olur bəzən ətrafda elə
hərəkətlər edənlər olur ki, onların yerinə utanıram təəssüf ki,..
3.Fürsət
olsaydı vəsiət edərddimmi bilmirəm baxır o anda mən hansı mühitdəyəm
indidən nəyisə demək çox çətindir həm bilmək olmaz o fürsət nəsib olacaq
ya yox))

12. Ən xoşbəxt gününüz? (Sara035)
Ən
xoşbəxt günüm yox günlərim olub hansı ki, unudulması mümkünsüz olan )
Sadəcə o günlərdən birini qeyd edim bu qardaşım dünyaya gələn gündür
hətta o qədər xoşbəxt idim ki, sevincdən xəsarətdə aldım amma buda mane
olmadı həmin günkü sevincimə))

13. Dünyaya ikinci dəfə gəlmək istərdinizmi? (vusu35)
Xeyr
istəməzdim çünki hər şeyin bir dəfə olmasından yanayam ikinci söhbəti
ola bilməz)) Təki Allahın verdiyi bu ömrü onun əməli saleh bir bəndəsi
kimi başa vurum onun izniylə təbii ki,)

14. Bildiyim qədərilə Odlar Yurdunun tələbəsisiz neçə balla girmişdiz?(ADa dunyam)
Bircə onu deyə bilərəm ki, 700 balla qəbul olmasamda kifayət edəcək qədər idi))

15. Sizcə 5 günlük dünyanın 5-i də qaradır? yoxsa rəngarəngdir?(canr)
Düzdü
beş günlük dünya deyirlər amma o beş günlük dünyanı sən istəsən qarada
edərsən rəngarəngdə. İnsanın özündən onun ağlından əzmindən çox şey
asılıdır. Nəticədə insan nə edərsə özünə edər həm bu dünyada həmdə əbədi
olan o dünyada . 

16. Ölümünüzə 1 saat qalsaydı nə etmək istərdiz? (denizim)
Deyəsən
bu ölümlə bağlı olan ikinci sual oldu əvvəlki vəsiət bu da belə)) amma
yenə deyirəm bu həmin şəraitdən asılı olardı həmdə heç kəs bilə bilməz
ölümü nə vaxtdı və ya neçə dəqiqədən sonra öləcək ) 

17.
Mütaliə etdiyin elə bir kitab olubmu ki oradakı obrazın həyatı sənə
təsir etsin və sən ən böyük idealın bilmisən? Mümkünsə adını?( Ayselina)
Sözsüz
ki, oxuduğun hər bir kitabın öz təsiri olur özünə məxsus şəkildə ancaq
elələri olur ki, təsirindən çıxmaq çətin olur əlbəttə amma ideal kimi
heç bir obrazı görməmişəm özümə ümumiyyətlə o sözün var olması müşküldür
birazmənə görə.. Ancaq ən çox təsirləndiyim kitabları deyə bilərəm
bunlardan biri Zəfər tağı olub .Ravikin söylədiyi fikirlər , sonra Jojo
Moyes - До встречи с тобой, Ovod, Sonda ölən ümidlərdir, Səfillər dəki
heç bütün dünyanı ağladıb) və s.

18. Fb hesabın var? varsa mənə ismarıcla göndərində (_damla_)
Bəli var.

19. XArici görünüşünüz? bəyəndiyiniz userlər? (vampir-68723)
1.Xarici
görünüşüm haqqında bircə onu deyə bilərəm ki, hamı kimi normal
birisiyəm)) əksik vəya artıq yada belə deyək məni narahat edəcək
vəziyyətlər yoxdu))
2.İstər
münasibətim olsun və ya olmasın bəyəndiyim userlər var hansı ki,
söylədiyi fikiri əsaslandıra bilirlər şərh artırmaq xatirinə deyil
həqiqətən istədikləri üçün yazırlar bunları onların şərhlərindən də
anlamaq olar. İndi bir - bir adlarını qeyd etməyəcəm arada Allah
göstərməsin birinin adı yaddan çıxar sonrasını təsəvür edə bilmirəm  

20. Xoşbəxtlik və kədər eyni rəngin çalarıdır cümləsini necə başa düşürsüz? (Günəş)
Xoşbəxtlikdə
kədərdə həyatın yaşama motivasyasıdır belə deyərdim çünki ən azından
mənə görə elədir əgər kədəri yaşamasaq xoşbəxtlik bu qədər şirin olmazdı
heç kəs onu arzulamazdı ..Təki hansı halda olursa olaq sonda idarəni
itirməyək ..

21. Həyatdan və yaşamaqdan zövq alırsız? tam səmimi (Meleknur)
Baxmayaraqki
çox kiçik şeylərdən belə zövq ala bilərəm amma əgər nələrsə yarımçıq
qalıbsa və ya o cür hiss edirsənsə bu tam zövq almaq demək deyildir.
Yenədə şükr edirəm hər şeyə görə həmişə ..

22.
Belə bir deyim var ən əsasda yaşlı nəsil nümayəndəsində indiki
nəsillərə baxdıqda çox istifadə olunur(Dünya çox qəribədi)Dünyada qəribə
olan nədi?insanlarmı yoxsa hər il ötdükcə Cəmiyətin ətrafa yansımladığı
xarakterlərmi? (Antikvar)
Bu
haqda çox danışmaq olar amma çox təəssüf ki, nə qəribə olan insanlar
nədə vaxt zaman dəyişdikcə cəmiyyətin xarakterləri dəyişən deyil. Bircə
onu deyə bilərəm ki, insanlar qəribədir amma cəmiyyətin ətrafa
yamsıladığı bir çox şeylər həmçinin xarakterlərdə saxtalaşma ,
mənfəətkarlıq çoxalıb o dərəcə ki, hətta vicdan sözü unudulur ... heyif

23. Hisslərinizlə hərəkət edirsiz daha çox yoxsa ağlınızla? (Ayla_hemidova)
Daima
ağıla üstünlük vermişəm doğru olanıda budur çünki sən ağlını seçirsənsə
əgər səhv etmirsən deməkdir yox əgər hisslərini seçirsənsə bilki
seçdiyin yolun sonu bəlli deyil sən səhv də edə bilərsən yəni səhvlərin
çox ola bilər neçəki hisslərinlə hərəkət edirsən. Əsas odur ki, etdiyin
düz yada səhv hərəkət olsun arxasında durmağı bacar və o səhv hərəkəti
təkrar etməyib doğru olanı seç.

24. Sevib ac qalmaq yoxsa sevməyib yaxşı yaşamaq? pul səninçün bu həyatda nəyi həll edir?(Harunum)
1.
Sevmək bu sözü ilk öncə qoyuram bir kənara çünki insana dəyəri onun
maddi durumuna görə dəyər verərək seçənlərdən deyiləm nə də madiyyata
görə seçilməyi heç kəsə icazə verməmişəm vermərəmdə kimliyindən asılı
olmayaraq. İlk öncə insanın əxlaqi dünya görüşü insaniyyatlığı önəmlidir
nəzərə alsaq indi insanlıq çətin vəzifədir çoxları üçün hamı madiyyatı
seçir vicdan olmasada, təbii bunu hər kəsə şamil etmirəm istisnalar az
da olsa var şükür))..
2.Pul
çox şeyi həll edir nəticədə öz xoşbəxtliyinidə gətirir əlbəttə amma onu
da demək lazımdır ki, pul hər şeyi həll etmir mənim üçün həll etmədi
çox təəssüf ki, bunu gec anladım amma anlasam da yenə heç nəyi dəyişə
bilmiyəcəkdi, insanın cahilliyini qədər qismət deyib keçirəm sadəcə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!