Müstəqil sınaqlar Bakcell şəbəkəsinin üstünlüyünü təsdiq edir

Müstəqil sınaqlar Bakcell şəbəkəsinin üstünlüyünü təsdiq edir
Qadınlar.Co
10.09.2017 9
Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə
ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini təqdim etmək məqsədilə şəbəkəsini
genişləndirməyə davam edir. Ölkədə ən üstün şəbəkəyə malik olan Bakcell
şirkətinin baza stansiyalarının sayı sürətlə artmaqdadır. Son bir aya yaxın
müddət ərzində şirkət ölkə ərazisində ən müasir və innovativ texnologiyaları
tətbiq etməklə 50-dən artıq yeni baza stansiyası quraşdırmağa nail olub.
Hazırda "Bakcell”in sahib olduğu stansiyaların sayı aşağıdakı cədvəldə
göstərilib:





Şəbəkə

Baza stansiyalarının sayı



2G

2961



3G

2018



4G

373



 
Baza
stansiyalarının sayındakı artım öz növbəsində şəbəkənin əhatə dairəsini,
həcmini və keyfiyyətini artıraraq daha yüksək keyfiyyətli mobil rabitə və internet
xidmətini təmin etməyə şərait yaradıb.
Bununla
yanaşı, 2015-ci ildə Azərbaycan Respublikası ərazisində müstəqil şəkildə
aparılan müxtəlif sınaq testlərinin nəticələrinə əsasən, Bakcell şirkəti
bazarda şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi sahəsindəki
üstünlüyünü qoruyub saxlayır. 2015-ci ilin ikinci rübündə aparılan mobil şəbəkələrin
müstəqil keyfiyyət monitorinqlərinin nəticələrinə görə, Bakcell yüksək keyfiyyətli
səs rabitəsi, sabit internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı
göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib. 3G şəbəkəsində 42 Mbit/s qədər
sürətə nail olmaqla şirkət DC-HSPA and HSPA+ texnologiyalarında ən yüksək penetrasiya
göstəriciləri nümayiş etdirir.
"Müstəqil
sınaq testlərində yüksək nəticə göstərməyimiz və mobil rabitə istifadəçilərinin
rəqiblərimizin xidmətindən imtina edərək bizim şəbəkəmizə qoşulması "Bakcell”in
təklif etdiyi yüksək keyfiyyətlə sərfəli qiymət arasındakı balansın nəticəsidir.
Biz yüksək qiymət müqabilində keyfiyyətsiz mobil rabitə xidməti təklif edən
operatorlardan fərqli olaraq, hər zaman daha sərfəli qiymətlərlə ən üstün mobil
rabitə xidməti təqdim edirik və göstərdiyimizin xidməti daha da təkmilləşdirmək
üçün ən üstün şəbəkə qurmağa davam edirik”, deyə Bakcell şirkətinin baş icraçı
direktoru Riçard Şirer bildirib.
Bakcell şirkətinin xüsusilə smartfon istifadəçiləri
üçün nəzərdə tutulmuş aparıcı 4G şəbəkəsinə qoşulan abunəçilərinin,
o cümlədən, rouminq istifadəçilərinin sayı günbəgün artmaqdadır. Bakcell ölkə daxilində
və ölkə xaricində 4G rouminq xidmətləri göstərən yeganə mobil operatordur.
Müştəri təcrübəsi Bakcell üçün ən önəmli
meyarlardandır, buna görə də Bakcell şəbəkənin inkişaf etdirilməsinə və şəbəkənin
məhsuldarlığının yüksəldilməsinə daim investisiyalar yatırır. Növbəri 6 ay ərzində
Bakcell şirkəti 4G baza stansiyalarının sayını 1000-ə çatdırmağı planlaşdırır.

***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!