Asya - Haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)

Asya - Haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)
Qadınlar.Co
10.09.2017 10
1. Adınız?
Tomris

2. Soyadınız?
Müslümova


3. Ailəli nişanlı və ya subaysız?
Subayam  


4. Təhsiliniz?
Kiyev Avropa Universiteti 


5. Gələcəkdə özünüzü kim görürsünüz? Birdəki həyatınızdan məmnunsunuz? (GÜnəşimə_Aid)
Gələcəkdə ixtisasım üzrə çalışmağı çox arzulayıram,iqtisadçı bir qadın  Hər nə qədər çətin bir dönəmdə olsamda bəli çox məmnunam.


6. Sevgiliniz varmı? DEsem öldürərlər deməsəm ölərəm. Siz hansını
seçərdiz deyib öldürməyi yoxsa deməyib ölməyi? (Canavar sevgisi)

Bəli sevdiyim var! Haqsızlıq qarşısında susmaram.İstər mənə qarşı olsun
o haqsızlıq istər tanımadığım birinə.Əşi nəyimə lazımdı deyim
susmaram.Yəqinki cavabı anladız))


7. Ürəyinizdə tutub gerçəkləşmədiyiniz arzunuz var? İnsanlarda ən sevmədiyiniz xasiyyət? (Barbi)
Elə bir arzum yoxdu hələki amma gələcək üçün arzularım çoxdu Allahdan
diləyim ürəyimdə qoymasın..Keçək ikinci suala-Yaltaq insanlara sözün
əsil mənasında niffrət edirəm.Əgər yaltaqsansa deməli həm ikiüzlüsən həm
də yalançısan! 


8. SEvgiliniz yoxdusa cavab verə bilərsiniz. Sevgiliniz deyildə çox
yaxın dostunuz evlilik təklif etsə cavabınız nə olardı? (Lilit)

Oğlanla dostluq eləməyi sevmirəm düzü.Çünki dostum bildim amma sevdiyim oldu sonra  başımı bişirirmiş sən demə  Heç vaxt heç vaxt demək olmaz başıma elə bir iş gəlsəydi nə cavab verərdim konkret deyə bilmərəm))


9. Gələcəyinizi bir tabloda necə çəkərdiniz? (vipbetul)
Ailəm,2 uşaq yanımızda( bir qız bir oğlan)  


10. Əsil sən necəsən? necə birisən? (14 MsM)
Çox səmimi biriyəm,mehribanam,dəliyəm,sirr saxlayanam.bəəli)) özümnən
tez çıxıb,tez əsəbləşən. Çöldə,cəmiyyətdə ciddiyəm çox adam elə bilir
özümnən razıyam.Amma elə deyiləm


11. Əgər desələrdilər ki bir dünya var orda yalnız xoşbəxtçilik var və
yalnız 1 adam götürə bilərsən o insan kim olardı? (melek5)

Hər nə qədər məni anlamasada Anamı  heç düşünmədən onu alardım yanıma


12. Hansı ölkələri səyahət etmək istərdiz? (Laliçqaa)
İstanbul FSM asma körpüsnü görmək arzumdu!


13. Hər hansısa bir işdə işləmisen və yaxud işləyirsən ? (Aydan Habili)
Xeyir,hələ tələbəyəm inşAllah işləmək istiyirəm))


14. Səncə mən necə biriyəm? (_damla_)
Tanımadığım insan haqda heç bir fikir söyləyə bilmərəm.


15. Özünüzə nifrət etdiyiniz vaxt olub? (vip)
Həə olur kiminsə qəlbini heç nədən qıranda özümə nifrət edirəm.Amma belə xüsusi yadda qalan bir gün olmuyub))


16. Düzdür ki seviylə nifrət arasında bir addım məsafə var? Həyatda üç
möcüzə yaratmaq şansınız olsaydı nə yaratmaq istərdiniz ? (guler 19)

1.Sevdiyin insandan gözləmədiyin bir anda zərbə alanda həmin an affekt
halına düşürsən və ona nifrət etdiyini düşünürsən.Amma zaman keçdikcə
yumşalırsan.( özümdə elə vəziyyətə düşmüşəmee onnan bilirəm)  
2.Birinci növbədə uşaqlığıma dönərdim,İkinci möcüzə şansım olsaydı,Rəsm
çəkməq qabiliyyətim olsun istərdim.Birdə bütün dünyanı gəzərdim.(Ayy
nəsə mən bu suala ürəyim istiyiən kimi cavab tapa bilmədimee )


17. İnsanlarda sevmədiyin xüsusiyyət məndə var? Sənlə aramız yaxşı olduğu üçün soruşdum . (Mira_Yaman)
Sevmədiyim xüsusiyyətləri yuxarıda qeyd elədim.Tanıdığım qədərilə yoxdu))


18. Namaz qılırsız? (betul xedice)
Bu sula artıq ikinci layihədi ki mənə verilir və böyük utanc hissi ilə deyirəmki xeyir.


19. Asya haqqında məlumatlı olduğuma görə elədə sualım yoxdur sənə amma
bilmək maraqlı olardı seçim qarşısında qalsan kimi seçərdin ailəni ya
sevdiyin şəxsi? (fialka)

Ayy səni Firuzə)).Həə deməli belə birinci əlimnən gələni edərdimki
başqasına verməsinlər.Ona razılıq versinlər.Dizimi yerə qoyana kimi çaba
göstərərdim! Amma yox görsəmki evdəkilər dönmürlər fikirlərinnən o
zaman ailəmi atıb getməzdim onla.Ömrümün sonuna kimi ürəyimə daş basıb
onun həsrəti ilə yaşayardım,amma ailəmi atmazdım!


20. Bilmək istərdim sizi nə xoşbəxt edir?(remse)
Həyatım,bidənəm Ümidim! məni xala edən ;)


21. Əlinizdə olsa həyatınızdan nəyi silərdiz və ya nəyi dəyişmək istərdiz?ürcüstanda təhsilə neçənci ildə başlamısiz? (Angela)
1.İnsan nəyi silə bilər həyatından? ya pis günü yada etdiyi hər hansısa
bir səhvi.Çox şükürki bu günə kimi elə bir silinəcək səhvim olmuyub
amma pis günlərim çox olub onları silərdim.elə indidə məlum problemlərim
var! bu günümü silib özümün bir 3 il qabağa getməyimi istiyərdim!
2.2013 cü ildən


22. Bir dəfə demişdiz zabit xəyanətini bagışlamısam. Ozabit buna dəyir ya yox? Harda yaşayırsan? (Harunum)
Kimliyinnən asılı olmuyaraq,və sənə necə olmasınan( yəni
diqqətli,mehriban) o nəticə də bir xəyanətdi.Bəli
bağışlamışam.Bağışlamaqda deməzdim şans idi verdim özünü doğrultdu!
Fialkanın bir möhtəşəm sözü var "Xəyanət qadının qollarını
qırır.Bağışlasa da qucaqlaya bilmirsən!" Yəni ona dəysə də dəyməsə də
mən onun ruhunu dediyim sözdəki kimi qucaqlıya bilmirəm.Yəni unutmuram. 


23. Sevgiyə inanırsanmı? (mesi_pesi)
Əlbəttə.İndi çox adiləşib və uzuclaşıb amma həqiqi sevgilər azda olsa var.Sevgi əzab versədə sevirik))


24. Ötən günlərin üçün heç darıxırsan mı, ya ötən günlərin çox əzablı keçib, heç xatırlamaq istəməzdin? (isveç de)
Ən çox darıxdığım məktəb illərimdi  o günlər üçün darıxıram.Pis olan illərim üçün isə heç darıxmıram əksinə unutmaq istiyirəm.


25. Hansı dizilərə baxırsan? (hazal)

Seriallardan çox uzağam.Rastıma düşəndə Paramparçaya baxıram birdə Çilek kokusu-na baxıram.Oda rastlaşandaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!