Yaxşı ki doğuldun canım anam, yaxşı ki varsan!..

Yaxşı ki doğuldun canım anam, yaxşı ki varsan!..
Qadınlar.Co
10.09.2017 232
Canım anam yaxşı ki varsan!..

 Bu gün anamın doğum günündə oturdum anama məkub yazdım.... daha da
yazardım, uzunca izah edərdim amma yaza bilmədim, çox kefsizəm mən bu il
anama sarılmadığım üçün. ..Fərqlidi , evliyəm artıq, uzaqdayam,
şəhərlərimiz belə fərqlidi.., 
 






Anasının quzusundan anasına km-lər uzaqdan bir mesaj var dedim və yazıma başladım;

Sevmirəm boynuna atılıb qucaqlamadan təbrik etmələri... bilərsən anam,
uşaqkəndə sevməzdim telefonları... xüsusi günlər bir yerdə qeyd olunar,
sevgini gözlərinin içinə baxar elə söyləyərsən, sarılaraq təbrik
edərsən. Yaxşı ki öyrətmisən...



 Həkimim olub dərman saatlarımı atlamadığın, tibb bacısı olub başımda
sirkəli su etdiyin, ilk addımlarımda əlimi tutub güc verdiyin, uşaq olub
paxlaları mənimlə saydığın, müəllimim olub kitabımı götürüb imtahan
etdiyin, hər səhər məndən əvvəl qalxıb o xoş ətirli iy verən çörəklər
yoldaşlığındakı nahar süfrəsini hazırladığın, qarınıma ağrılar girdiyi
hər imtahan əvvəli mənə olan etibarını dilə gətirib ürəkləndirdiyin,
səhv etsəm də çiyinini əsirgəmədiyin, göz yaşıma qıya bilmədiyin, 31 il
boyunca hər səhər gülərüzünü paylaşdığın üçün sənə sonsuz
təşəkkürlər...

  




 

Canım anam, dostum, sirdaşım darıxıram sənin üçün... Uzaqda olmağa heç alışdırmadığından olsa gərək,

Ana ehtiyacı dünyaya ilk gəlişdən başlar həyat boyu bitməzmis məgər...
Anaların qiymətini bilin, üzməyin, çünki onlar quzucuqlarına heç qıya
bilməzlər, qoruyarlar və mənfəətsiz sevərlər. ..



Bəli, bu gün canım, hər şeyim, bi dənəm, biricik anamın ad günüdür!



Kədərli və sevincli anlarımda hər an yanımda olan və məni əsla bir an
olsun tək buraxmayan, körpəliyimdə xəstə olduğum zamanlarda sırf
yaxşılaşım deyə məni səhərlərə qədər gözləmiş olan mələyim...



Özümü bəlkə ən dəyərsiz hiss etdiyim anlarda belə mənə dəstək olub,
üzümə gülümsəyib o isti ürəyiylə onun üçün nə qədər qiymətli olduğumu
hiss etdirən mələyim...

 






Mövzu sən olunca sözlər o qədər kifayətsiz ki əslində...



Sənin ürəyimdə ki dəyərin əsla hesaba gəlməz! Mənim üçün o qədər qiymətlisən ki anam...



Sən mənim canımdan bir parçasan və sənin ürəyin elə böyük ki, o qədər gözəl ki...



Yaxşı ki doğuldun canım anam, yaxşı ki varsan!..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!