“World Skills Final” yarışında Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı

“World Skills Final” yarışında Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı
Qadınlar.Co
10.09.2017 10
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası
"Mançester Yunayted” Futbol Məktəbinin təşkilatçılığı ilə "Bayıl Arena”
stadionunda baş tutan Bakı Bacarıqlar Yarışının nəticələrini böyük
məmnuniyyətlə elan edir.


Mançester şəhərinin "Old Trafford” stadionunda keçiriləcək "World
Skills Final” oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda
"Mançester Yunayted” Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42
nəfəri seçmə oyunlarında iştirak ediblər.
Seçim prosesi zamanı gənc futbolçular "Mançester Yunayted”
qəhrəmanlarından öyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol
bacarıqlarını nümayiş etdiriblər. Bu oyunlar elə təşkil olunub ki,
yaşından asılı olmayaraq bütün uşaqlar bərabər səviyyədə yarışa
bilirlər. Bacarıqları və texnikaları topa nəzarətdən tutmuş ötürmə
dəqiqliyinə kimi ölçülmüş oyunçulara xallar verilib.
Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün
dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar
yarışmasında Azərbaycanın "Mançester Yunayted” Futbol Məktəbini təmsil
edəcək.


"Məktəbimizin 2014-cü ilin oktyabr ayındakı açılışından bəri görülən
böyük işlərə və göstərdikləri səylərə görə bütün valideynlərə, uşaqlara
və Bakı "Mançester Yunayted” Futbol Məktəbinin işçi heyətinə təşəkkür
edirəm. Bakıdakı bu yarış bizim burada, bu məktəbdə nələr yaratmağa
çalışdığımızı, əyləncə, motivasiya, iştirak, müsbət öyrənmə mühitində
sağlam rəqabəti çox gözəl əks etdirən bir hadisədir. Yarışlarda qalib
gəlmiş Nicat Quliyevi təbrik edirik. Mançesterə səyahət edib "Arzular
Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək, "World
Skills Final”da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika
qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim
məktəbimizi və Azərbaycanı təmsil etmək onun üçün böyük bir həyat
təcrübəsi olacaq! Məktəbimizdə oxuduğu müddətdə həm meydançada, həm də
meydançadan kənarda var gücü ilə çalışmış və hamının hörmətini qazanmış
Nicat Bakı "Mançester Yunayted” Futbol Məktəbinin "elçisi” adına
həqiqətən layiqdir və bizim hamımız ona bu səfərində uğurlar
arzulayırıq. Bir daha hamıya, o cümlədən, göstərdikləri davamlı dəstəyə
görə Bakcell şirkətinə və AFFA-ya təşəkkürümüzü bildiririk. QOY UŞAQLAR
FUTBOL OYNASIN!”, deyə Bakıdakı "Mançester Yunayted” Futbol Məktəbinin
baş məşqçisi Mik Bennet (Mick Bennett) bildirib.


2015-ci ildən başlayaraq, Bakıdakı "Mançester Yunayted” Futbol
Məktəbində "World Skills Final” oyunlarına seçimlər müntəzəm əsasda
keçiriləcək. Bu məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər
seçilərək adıçəkilən oyunlarında iştirak etmək üçün Manşesterə gedəcək.

***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!