Mənim toy günüm - guler19 (1)

Mənim toy günüm - guler19 (1)
Qadınlar.Co
10.09.2017 19
Ay mənim canlarım, saytımızın gözəlləri... :03:
necəsiz? arada vaxt tapıb sayta girə bilmirdim deyə sizlər üçün
çoxxxxxxxxxxx darıxmışdım... yəqin mənim üçün də darıxan var aranızda 
:09: elə ona görə də, həsrətimiz geridə qalsın deyə yeni bir layihə
hazırlamaq qərarına gəldim.... elə bir layihə ki, həm təkrar olmasın...
həm də qızlarımız haqqında bir az daha məlumat əldə biləcəyimiz bir
layihə olsun... çox düşünmədim  :122: çünki Eynşteynin evrikası kimi
qəfildən ağlıma gəldi bu fikir :122:  bilmirəm nə dərəcədə marağınıza
səbəb olacaq bu layihə, amma hazırlayıb hüzurlarınıza təqdim edirəm 
:22:

:alkis: deməli layihəmin adı belədi  :alkis: ...Mənim Toy Günüm... artıq ilk qonağım da var... ilk qonağım canım bacım, mənim canım , gözüm Gülərim olsun istədim.. yəni saytımızın guler19-u...

 

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl
hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir
yerdə bacımızın cavablarını oxuyaq...

 

Mənim toy günüm - guler19 (1)

 

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Salam canım bacişkom yeni layihən gözəldi uğurlu olsun.   :07:

Biz qohumuq Tanışlığımız

mənim üç yaşım olanda məktəbdə şənlik vardı Yoldaşımda uşaq idi məndə
ikimizin şəklin çəkmişdilər Əmim mənə ağ gəlinlik almışdı Mən ağ
gəlinlikdə yoldaşım isə qara qastumda bəy gəlin şəkli kimi. Sonra illər
keçdi böyüdük yoldaşım bir gün şəklə baxar bu qız kimdi deyə soruşar
anasıda başlayar yuxarıda yazdıqlarımı danışmağa. Bir gün də məni canlı
görer və ürəyinə atar belə tanış olmuşuq uzun hekayədi çox paylaşmışam
burda ona göre qısa yazdım.



2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

O vaxtlar belə şeylər yox idi. Evlənəndən sonra dedim heç sən mənə
evlənləm teklifi etmədin zarafat üçün demişdim. Birdə gördüm yoldaşım
bir üzük alıb birdə gül almışdı. Diz çökdü və mənə evlənmək təklifi
etdi. Evli olsaqda bu hərəkəti məni çox xoşbəxt etmişdi.



3. Neçə müddət nişanlı qaldınız?

Əslində nişanlananda böyüklərimiz dediki bunlar hələ uşaqdı toyu 1 2
ilə edək. Hamı razılaşdı. Ama yoldaşım gedib evdə neyləyibdə)) cəmi 3 4
ay nişanlı qaldım



4. Toy hazırlıqları necə irəlilədi?

Çox yaxşı Hamı çox həyacanlı idi həmdə çox xoşbəxt.



5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Nişandan sonra biz elə bildik ki toy gec olacaq. Rahat idik Ama toyun
vaxtın tez qoyanda valideynlərim hazırlıqlara başladı. Tələsiy olsada
hər şey yaxşı oldu çatdıra bildik yani.



6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Çox şey Yeni əşyalarımı çox bəyənmişdim Gəlinliyim yoldaşımla toy planlarımız və.s çoxdu.



7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox canım getməmişdik. O vaxtlar elə şeylər mod deyildi



8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Qaynatam seçmişdi toy məkanın gözəl idi hamı bəyənmişdi.



9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Gözəllik salonunun yanında bir gözəl yer var idi. Çox bəyənmişdim o
yeri mənzərəli idi. Yoldaşımın bir dostu var idi. O çəkmişdi şəkilləri. O
qədər şəkil çəkdirdikki axırda bizi az qala qovacaqlardı   :122:



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox canım etdirməmişdik



11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

İki gün çəkdi gəlinlik axtarışım. Axırda istədiyim gəlinliyi tapmışdım.
Həm özüm həm yoldaşım həmdə qohumlarımız çox bəyənmişdi gəlinliyimi.



12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

2 gün



13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Xeyr bildirməmişdi Zövqümə güvənirdi



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Hə seçmişdim canım



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Bəli olmuşdu.



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox canım biz tərəflikdə elə adət yoxdu. Qaynanam seçmişdi yoldaşımın kastumun



17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Əlbətdə unutmaram 8.09 2013.



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Çox olub.



19. Toy günü unutduğunuz bir şey oldumu?

Yox canım olmuyub



20 Toyunuzun ən gözəl anı nə idi?

Elə toyumuzun özü ən gözəl andı   :toy:



21. İlk rəqs parçanız hansı idi?

Mətanət isgərdərlinin gəl xoşbəxt olaq mahnısı



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Rəqsimiz çox romantik idi. Bidə tortu kəsmək anı və.s



23. Bir tərslik yaşandımı toy günü?

Qohumumuzun biri xəstə idi. Ona çox üzülmüşdük. Toya gələ bilməmişdi. Şükür indi yaxşıdı



24.Ən çox nə vaxt həyəcanlandınız?

Valideynlərimdən ayrılanda çox üzülmüşdüm o an həmdə çox həyacanlanmışdım



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Yoldaşım elə toy günü uşaqlıq şəklimizlə indiki toy şəklimizi böyütdürüb mənə supriz etmişdi.



26. Bal ayınızı harada keçirdiniz?

:09: Elə xüsusi bir yerə getmədik



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

3 ildi canım   :urek:




28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr arzu edərsiniz? 

Xoşbəxtlik arzu edirəm hər birinə.

 

Mənim toy günüm - guler19 (1)

 

Canım,
gözüm, şirinim... sənə sevdiyinlə, yoldaşınla hərrrrrrr zaman ancaq
xoşbəxt həyat yaşamağınızı arzu edirəm... Allah sevginizi və yuvanızı
qorusun... amin... sən xoşbəxrliyə layıqsən canım bacım...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!