Qadınlar.Biz'li xanımların sevimli şeiri - my_angel (3)

Qadınlar.Biz'li xanımların sevimli şeiri - my_angel (3)
Qadınlar.Co
10.09.2017 10
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. Xanımlarımız istədiyi şeiri yaza bilər və onun haqqında məlumat verə bilərsiz. Bu günkü ilk qonagım my_angel nikli usərimizdir. Buyurun:



"Salam,Qadınlar.Bizlilər :) Sizə ən sevimli eyni zamanda ən kədərli şeirim,müəllifi Bəxtiyar Vahabzadə olan "Anam öldümü?" şeirini təqdim edirəm. Bu şeiri hər dəfə oxuyanda çox təsirlənirəm. Şeir çox kubletli olduğu üçün bir hissəsini təqdim edirəm.Buyurun.

""Nə tez əllərini üzdün dünyadan,

Balanı tək qoyub hara getdin sən?

Necə yox olurmuş bir anda insan,

Elə bil dünyada heç yox imişsən.



Günəş qürub etdi… otaq qaraldı,

Bir anda yox oldun sən xəyal kimi.

İndi düşünürəm: Səndən nə qaldı,

Könlümdə xatirən qara xal kimi.



Məni boya-başa yetirdin, ana

Bizə borclu bildik hər zaman səni.

Sən məni dünyaya gətirdin, ana,

Mənsə yola saldım dünyadan səni.



Sən mənə beşikdə laylay çalmısan

Bu gün laylay çalım sənə məndəmi?

Sənin şirin-şirin laylalarmı

Mən sənə qaytarım cənazəndəmi?



"Yuxun şirin olsun” – deyərdin mənə,

"Yuxun şirin olsun” – deyimmi sənə?

Gərək mən başına dönəm-dolanım,

Məni həyat üçün yatıran anam,

Söylə ölümçün

Necə yatırım

Səni mən bu gün?



Bu necə dünyadır, anlamıram mən,

Cilvəsi cürbəcür, rəngi cürbəcür

Dünən nəfəsiylə səni isidən

Bu gün buza dönüb, daşa dönübdür.



Bu necə dünyadır,

İnsan oğlunun

Xəyalı göydədir, özü yerdədir,

Sağ ikən çiynində həyatın yükü,

Öləndə cəsədi çiyinlərdədir…

Bu necə dünyadır, bu necə dünya,

Ölümü həqiqət, həyatı röya.



Dərdimin, qəmimin səndin ortağı, .

Niyə üz döndərdin, bəs niyə məndən?

"Dərdin mənə gəlsin!” – deyərdin axı,

Niyə dərd caladın dərdimə bəs sən?..



Anam, heç kəs səni incitməmişdir,

Mən səni,

mən səni incidən qədər.

İndi kimə açım dərdimi bir-bir,

Kim mənim dərdimə yanar sən qədər?"




P.S.Lahiyəyə qatılmaq istəyən mənə müracət edə bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!