Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s qədər sürəti dəstəkləyəcək!

Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s qədər sürəti dəstəkləyəcək!
Qadınlar.Co
10.09.2017 11
Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi225
Mbit/s sürəti dəstəkləyəcək. Buna şəbəkəni LTE-nin təkmilləşdirilmiş
variantı olan "LTE-Advanced” tezlik daşıyıcılarının birləşməsi (Carrier
Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. Bakcell tezlik
daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edərək dünya üzrə
Kateqoriya 6 "LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə, 422
şəbəkədən) biri olması ilə qürur duyur.
Bakcell şirkətinin
2015-ci ilin may ayında istifadəyə verdiyi 1800 MHz tezlikdə işləyən və Kateqoriya 4 (150 Mbit/s-yə qədər)
olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi bütün Bakcell abunəçilərini
yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir.
İndi isə ən
qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə Bakcell
abunəçiləri 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə 50% daha sürətli mobil
internet təcrübəsindən faydalana biləcəklər.
Tezlik daşıyıcılarının birləşməsi texnologiyası nə
üçün vacibdir?

Tezlik daşıyıcılarının
birləşməsi texnologiyası çoxlu sayda radio kanalları (tezlik daşıyıcılarını) müxtəlif
və ya eyni tezlik diapazonlarında sanki eyni olan bir kanal kimi istifadə etməyə
imkan verir. Daha çox tezlik daşıyıcısı daha yüksək sürət və daha böyük tutum
deməkdir. Bu, sıx hərəkətli avtomobil yolunun zolaqlarını genişləndirərək çoxzolaqlı
avtobana çevrilməsinə oxşayır. Yolda zolaqların sayı nə qədər çox olarsa, onun
üzərində yüksək sürətlə hərəkət edə bilən avtomobillərinsayı
da bir o qədər çox ola bilər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyasınınKateqoriya 6 səviyyəsinin özü 40 MHz tezlik
diapazonuna malik olmaqla müəyyən və ya çoxdiapazonlu tezliklərdə 300 Mbit/s-yə qədər sürətə
nail olunmasına imkan verir.
Düzgün cihazın sahibi olmaq ən yaxşı təcrübəyə
malik olmaq deməkdir

1800MHz
tezlik diapazonunda (Band #3) işləyən Kateqoriya 6LTE
şəbəkəsini dəstəkləyən cihaz istifadəçiləri Bakcell şirkətinin ultra-sürətli "LTE-Advanced”
mobil şəbəkəsində maksimal sürətli internet təcrübəsindən tam faydalanmaq imkanına
malik olurlar.
2015-ci ilin
oktyabr ayından başlayaraq, Apple, Samsung, HTC, LG, Huawei, Sony və digər məşhur
istehsalçılar hazırda bazarda əldə oluna bilən 1800 MHz tezlik diapazonunda Kateqoriya 6
LTE şəbəkəsini dəstəkləyən 80-dən çox
cihaz satışa buraxıblar. Belə cihazların sayı sürətlə artmaqdadır.
Müştəri təcrübəsi dəyişəcək
Bakcell şirkəti
ən yaxşı müştəri təcrübəsinin təmin edilməsinə birinci dərəcəli prioritet məsələ
kimi yanaşır. Bu gün Bakcell abunəçiləri LTE şəbəkəsində mobil internet xidmətindən
orta hesabla saniyədə 20-30 Mbit sürətlə faydalanırlar ki, bu
da əsasən cihazlara və tətbiqetmələrin istifadəsin olan tələbatla bağlıdır.
"Biz
Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihazlarda məhsuldarlığın iki dəfə
artaraq orta hesabla 60 Mbit/s-yə çatacağını gözləyirik. Bu, Bakcell abunəçilərini maksimumkeyfiyyət
təcrübəsi ilə təmin edəcək. Yükləmə sürətinin iki dəfə artması nəticəsində məzmununyüklənməsində gecikmələrin azalması, mobil
cihazlarda real zaman rejimində oynanılan oyunların sürətlənməsi və cihazların
hərəkətdə olarkən ümumi məhsuldarlığınınartırılması vasitəsilə
Bakcell LTE şəbəkəsində rəqəmsal təcrübə təkmilləşdiriləcək. Bu inanılmaz yükləmə
sürəti ilə batareyanın həyat müddəti əvvəlkindən daha uzun sürəcək, çünki cihazın
radiotransiver və mərkəzi prosessorunun yüklənməsinə olan ehtiyacla birlikdə yükləmə
müddəti də azalacaq”, deyə Bakcell
şirkətinin Baş Texniki Direktoru cənab Yigit Berktaş bildirib.
Bakcell abunəçiləri
adi xidmətlərdən istifadə etdikləri zaman da ultra-sürətli genişzolaqlı mobil şəbəkədən
daha çox fayda əldə edə bilərlər:




[/b]

[b]6 dəqiqə ərzində
daha çox əldə etmək imkanı
!



Texnologiya

Nəzəri
maksimal sürət


Gözlənilən
orta sürət


Musiqi
faylları (4MB)


Videokliplər
(40MB)


Tətbiqetmələr/Oyunlar
(1GB)




LTE-A (20MHz)

150
Mbit/s

10-20
Mbit/s

225
trek

23
klip

1
Tətbiqetmə



LTE-A (30 MHz)

220
Mbit/s

30-60
Mbit/s

675
trek

68
klip

3
Tətbiqetmə



 
İstifadəçilər "LTE Advanced” texnologiyasından necə
faydalana bilərlər?

Ultra-sürətli
mobil genişzolaqlı rabitəyə tələbat artmaqdadır. Kateqoriya 6 LTE şəbəkəsi istifadəçilərə
yüksək keyfiyyətli 4K videolara baxmaq, canlı iştirakçısı olduqları idman fəaliyyətlərindən
və konsertlərdən real vaxt rejimində HD keyfiyyətli videolara çəkdikləri qiymətli
anları məşhur paylaşma portalları vasitəsilə bölüşmək, tibbi xidmətlər kimi böyük
həcmdə məlumatları məsafədən analiz etmək qabiliyyətinə malik olan daha çox
daşına bilən texnologiyalardan və getdikcə püxtələşdirilən gələcək nəsil mobil biznes
tətbiqetmələrindən istifadə etmək, bütün tətbiqetmələrin və cihazların "Əşyaların
İnterneti”nə qoşulduğu və bizi əsl "ağıllı” evlər erasına gətirəcək imkanları
yaradan yeni bir dünyanın qapılarını üzünə açaraq onların gündəlik həyatını dəyişəcək.
225 Mbit/s sürətin dəstəklənməsi
üçün üçün LTE şəbəkəsi ilk öncə Bakı şəhərində, bundan sonra isə qısa müddət ərzində
Abşeron yarımadası ərazisində təkmilləşdirilərək istifadəyə veriləcək.
Bakcell öz abunəçilərinin
rahatlığını təmin etmək üçün ən qabaqcıl texnologiyalara investisiyalar yatırmaqda
davam edəcək. 4G şəbəkəsi abunəçilərin cihazlarında batareyaların 2G şəbəkələri
ilə müqayisədə daha uzunömürlü olmasına, hətta əhatə dairəsinin ən zəif olduğu sahələrdə
daha yüksək keyfiyyət və sürətlə işləməsinə imkan verir. Telefonda siqnal
gücünün işarəsi hətta iki zolaq göstərəndə də 5-10 Mbit/s sürət
almaq mümkündür. Artıq Bakcell 4G şəbəkəsinin əhatə dairəsi Bakıda bəzi
operatorların 3G şəbəkəsindən daha genişdir.
Bakcell şirkətinin
ultra-sürətli genişzolaqlı mobil xidmətləri ilə ən müasir "LTE-Advance”
texnologiyasından və innovasiyalardan istifadə etmək imkanına malik olmaq üçün Bakcell
hamını imtiyazlı istifadəçilər klubuna qoşulmağa dəvət edir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!