Bu günün SƏBƏBKARI - kespixo

Bu günün SƏBƏBKARI - kespixo
Qadınlar.Co
10.09.2017 7
 Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,,
layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla
oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi
dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: kespixo -du   :zhappy%20birthday: .... buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....

 

Bu günün SƏBƏBKARI - kespixo

 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Salam canim. K.Aytəkin

 

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

1994.. 24oktyabr

 

3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?


Düzdü bir yaş da gəlir yaşımın üstünə. amma özümü hələ də 17 yaşında hiss edirəm. Elə bil o illərimdə ilişib qalmışam:)))

 

4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?


Vallah adi bir duyğudur mənim üçün.

 

5. Bu günə qədər
çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin
danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə
olunduğunu bilirsənmi?



Yox heç xəbərim yoxdu. yaxşi yadıma saldın gərək soruşum)))

 

6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?


Ən gözəl hədiyyəm həyat yoldaşımla keçirdiyim romantik bir gün olub.

 

7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

 Bir iki dəfə olub



8. Hədiyyə ilə bağlı bir sual da
verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını
istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?


Olub istəmişəm. amma hələ də onu mənə hədiyyə etmiyiblər. heç kimə deməmişəm də.


 

9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Əlbət də. Ətir bir buket gül


 

10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Əlbət də yadımdadır heç vaxt unutmaram.

 

11. Ana üçün bu
dünyada ən gözəl hədiyyə onun balaları ilə birgə keçirməsidir doğum
gününü. Bilirəm ki, şirin şəkər iki balan var. Onlarla birgə qeyd etmək
ən gözəl gününü, hansı hissləri yaşadır sənə??


Onlarla keçirdiyim bu ad günüm ən gözəl hədiyyədir mənə. Allahıma şükür
edirəm ki, mənə iki gözəl pay verib. nə hisslər yaşadığımı da dillə
demək mümkün deyil, məncə onu yaşamaq lazımdır


 

12. Hər bir
insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini
xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Hə, çox təəsüf ki, bir dəfə yoldaşım unutmuşdu. çoox pis olmuşdum onda:)))

 

13. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?


Hələ ki, yox. Gələcəkdə etsələr pis olmaz:))

 

14. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?


Həmişə doğum günümü qeyd etmişik. amma həmişəki kimi
olub. fərqli daha çox yadda qalanı olmuyub.(yadımda qalanı yoldaşımın
unutduğu doğum günümdü :122:

 

15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Bəli, yuxarıda yazmışam..

 

16. Bilirəm ki,
bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək
necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün
olur.


Düzdü işləyəcəm. amma nə də olmasa öz ad günümdü də, mənə görə o qədər əziyyət çəkirlərseə mən də bir az kömək eləməliyəm də.


 

17. Bildiyim
qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür.
Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Çox gözəl hissdi. çox sağ ol ki, canım məni unutmadın


 

18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Açığı desəm, elə sənin yada salmağın, bu xəbəri
hazırlamağın mənim üçün ən gözəl təbrikdi. və ünsiyyətdə olduğum
bacişkolarımdan almaq istərdim ilk təbriklərimi.

 

19. Bu yaşına
qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs
o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı
olub?



Vallah yadımda deyil, maraqlı təəcüblü hansı olub.

 

20. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Bu yeni yaşımda ən çox istədiyim evimizin olmağıdı.
yəqin ki, bildin canım səbəbini. Ən əsas da Tanrıdan istədiyim
balalarımı, ailəmi mənə çox görməsin.

 

Bu günün SƏBƏBKARI - kespixo

 

Mənim
canım, səni ürəkdən təbrik edirəm... bütün qəbimlə özünün də
arzuladığın arzularının tezliklə həyata keçməsini, yenidən içində
xoşbəxt günlər yaşayacağınız evinizin olmasını diləyirəm... Gözəl bacım,
Tanrı o iki gül balanı gözü dolusu böyütməyi nəsib etsin... bir ana
üçün ən böyük xoşbəxtlik balalarının gözəl günlərini görməkdi...
inşallah Tanrı balalarını başına tac, gözünə nur edər... bəxtləri,
taleləri gözəl olsun... amin...

 

 Bu günün SƏBƏBKARI - kespixo
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!