189 taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi xidməti

189 taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi  xidməti
Qadınlar.Co
10.09.2017 22
Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti,özünün ən böyük korporativ abunəçilərindən biri olan Bizim Taksi
MMC (189 taksi sifarişi xidməti) ilə birlikdə yeni layihəyə start verib. İndi
sözügedən taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq
"Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindənyararlana bilirlər.
BununüçünBakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində Bakcell Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz
nömrələrini daxil etməli
və SMS vasitəsilə aldıqlarıkodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan
etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu
xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə
qoşulan abunəçi yararlana bilər.
"189 taksi
xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz müştərilərimizin
tələblərini nəzərə alırıq və sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən
faydalanmaları üçün 189 taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq
onlar taksilərdə quraşdırdığımız yüksək sürətli Wi-Fi sayəsində şəbəkəmizin
yüksək sürətli internetindən faydalana biləcəklər. 189 xidməti eyni zamanda
Ulduzum loyallıq proqramının 1 milyon 400 mindən çox abunəçisinə 10% endirim təklif
etməklə onlar tərəfindən ən çox istifadə olunan xidmətlər sırasında liderdir.
Ümidvarıq ki, təqdim etdiyimiz Wi-Fi internet 189 taksi sifarişi xidmətindən
yararlanan sərnişinlərin səfərlərini daha da maraqlı edəcək”, deyə Bakcell şirkətinin satış üzrə
baş direktoru Fedja Hadzic bildirib.
Qeyd edək
ki, "Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan 189 taksi
sifarişi xidməti 2800-dən çox Bakcell nömrəsi ilə təmin olunub. Taksi sifarişi üçünmüştərilərin
zəng etdiyi məlumat mərkəzinin rabitə sistemi də bütünlüklə Bakcell tərəfindən
qurulub. Belə ki, məlumat mərkəzinə daxil olan sifariş Bakcell tərəfindən təqdim
olunan yüksək sürətli mobil internet vasitəsilə sürücünün smartfonuna yönləndirilir
və o, dərhal sifarişin yüksək səviyyədə icra olunmasına başlayır.
"Bakcell
şirkəti bizim ən böyük strateji partnyorumuzdur. Biz bir neçə
sahədə əməkaşlıq edirik və bu əməkdaşlıq nəticəsində 3 tərəf qazanmış olur: həm Bakcell,
həm 189 taksi sifarişi xidməti, xüsusilə isə bizim müştərilərimiz.
Hazırda Bakcell abunəçisi olan müştərilərimiz Ulduzum
loyallıq proqramı və Wi-Fi xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Gələcəkdə müştərilərimizə daha yaxşı və daha sərfəli
yeniliklər təqdim etməyə davam edəcəyik” , deyə Bizim Taksi MMC-nin Direkroru
Ağacan Abbasov bildirib.

***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!