Mənim toy günüm - 14MsM (2)

Mənim toy günüm - 14MsM (2)
Qadınlar.Co
10.09.2017 20
:toy:  ...Mənim Toy Günüm...  :toy: layihəmin ikinci qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın 14MsM-di..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq...

 

 Mənim toy günüm - 14MsM (2)

1. Canım
mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

salam canım
mənim, lahiyəndə yer verdiyin üçün təşəkkür edirəm sənə . Hə deməli belə, ikl
tanışlığımız onun bizə gəldiyi gündən başlayıb, yəni qardaşımla dostdular, bizə
gəlmişdilər, belə görüb bəyənibmiş məni
 
2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Sevdiyim
evlənmə təklifini gözlömödiyim bir vaxtda deyib, mən də hə demişəm. cünki biz
ailəli olsaq da hər şey bir kənara, yaxın bir dostluğumuz var, hər şeyimi
onunla bölüşürüm . çox şükür ki, o var
 
3. Neçə
müddət nişanlı qaldınız?

2 ay
 
4. Toy
hazırlıqları necə irəlilədi?

Toy
hazırlıqları tez oldu, atamın vəziyyəti pis idi, nişanlılığımız da, o üzdən az
bir müddət davam etdi
 
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız?Kifayət qədər zamanınız var idimi?

Canım mən
tək qızam, atam mənim toyumu görsün deyə hazırlıqlar ona görə tez oldu 
 
6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Hazirlıq
deyən dəki, bilirdim sevdiyim insanla ailə qururam, bu sevindirir, xoşbəxt
edirdi məni. kef verən bu idi . Bir yandan atam məni üzürdü, valdeyinlərim
mənim yaralı yerimdi, atam əməliyyata (ürək) hazırlaşırdı, bu da məni üzürdü,
gəldi oldu, inan ata sözünü eşidəndə dəli oluram, yenə de şükür məni həyata
bağlayan ailəm və anam qardaşlarım var.
 
7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

yox canım
 
8. Adını
çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

 Qərarı
böyüklər verdi, mənim üçün toyun harda olmas önəmli deyildi. önəmli olan ailə
qurmağın məsuliyyətini dərk etmək və onu başacan davam etdirməkdir.
 
9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

bilmirəm,
restoran özü təşkil etdirmişdi 
 
10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

bəli maraqlı
bir fotosessiya etdirmişdik, bunu mən istəmişdim həyatim da razı oldu,
 
11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı
gəlinliyə sahib ola bildinizmi?

Xəyalımda
həmişə balıq ətəkli güpurlu bir gəlinlik olub, o da oldu qismət. arzusunda
olanlara qismət.
 
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

canım
bilirsən ki, ürəyincə olan gəlinliyi tapmaq bir az zaman alır, amma mənim
gəlinlik axtarışım elə də uzun sürmədi.
 
13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Öz fikirini
deyəndə ki, canim yox, yəni o bilirdi ki, mən açıq gəlinlik seçən deyiləm, həm
də o xoşlamadığı şeyi mən etmərəm yəni o deməsə də mən onun ürəyincə olan
gəlinliyi bilirdim ki, açıq gəlinlikdən başqa hər şey ona xoşdu


 14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Bəli sadə saç düzümü və
makiyaj xoşlayıram və elə də oldu.



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
bəli 



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs
sizdə necə?


 yox, bizdə elə adət yoxdu, almadıq da.


 
17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu
unutmarsınız...

heç vaaxxxt- 22.11.2012


18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

 yox, olubsa da yadımda deyil  :128:
 

19. Toy günü unutduğunuz bir şey oldumu?
yox canım


20 Toyunuzun ən gözəl anı nə idi?
zaks və tortumuzu kəsdiyimiz ani unutmuram.


21. İlk rəqs parçanız hansı idi?
Mətanət İsgəndərlinin .,Gəl Xoşbəxt olaq,,



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.



23. Bir tərslik yaşandımı toy günü?

 yox çox şükür .


24.Ən çox nə vaxt həyəcanlandınız?
toyun axırlarında  :agla: 



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
süpriz deyəndə ki, toydan
əvvəl etdirdiyimiz fotosesiyaların toy günü monitorda görüntülənməsi oldu



26. Bal ayınızı harada keçirdiniz?
bal ayım olmayıb, bəzi səbəblərdən, amma
yoldaşım söz verib, Allah nəsib etsə yayda gedəcik planımız var, yəqin ki, Praqa
(Çexiya) olar, orda olmaq istəyirəm



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
3il gələn ay tamam olacaq Inşallah



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə
edərsiniz?


 qadinlar. Bizin evli qızlarına onu demək istəyirəm ki, canlarım ailenizin qədrini
bilin, ərinizə itaət edin, ən əsası da xırda bir şey üstə problem yaradıb onu
problemə çevirməyin . nişanlı qızlara da sözüm odur ki, nişanli olmaq o demək
deyil ki, nişanlınız qismətinizdir, yəni neçə il nişanlı olub bir birinə qismət
olmayanları da var, elə bir hərəkət edin ki, qismətiniz olmasa belə keçmişə baxanda
etdiyiz əməldən utanıb peşman olmayasız 
 
Mənim toy günüm - 14MsM (2)

  

ay canım,
inşallah bir biriniz daim sevib dəyər verəsiz... kəm gözlərdən uzaq
xoşbəxt, sevgi dolu bir həyat yaşayasınız... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!