Mənim toy günüm - lale12 (3)

Mənim toy günüm - lale12 (3)
Qadınlar.Co
10.09.2017 8
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın lale12-di..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq.. 

 

 Mənim toy günüm - lale12 (3)

 

 

 1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

ilk öncə salamlar. ilk tanişlığımız toyda olub.

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

hərəkətlərindən anlamışdım.

 

3. Neçə müddət nişanlı qaldınız? 

1il.

 

 4. Toy hazırlıqları necə irəlilədi?

danışığa gələndən sonra başladı.

 

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi? 

böyüdüyüm andan hazırlıqlara başlanmışdır, heç nə olmasa da kifayət qədər vaxt var idi.

 

 6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

qonşularımızın hər gün bizə yun didməyə gəlmələri, maraqlı söhbətləri 

 

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz? 

yox yoldaşım heç də belə şeyləri xoşlamırdı.

 

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz? 

....

 

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz? 

restoran özü  şəkil çəkən göndərmişdi.

 

 

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz? 

yox etməmişdik.

 

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi? 

hər şey haqda xəyal etsəm də gəlinlik haqda heç fikirləşməmişdim.

 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi... 

bir necə gün qabaqdan gedib seçim etmişdim deyə asand oldu.

 

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi? 

yox əsas özü seçimim idi, nə xoşlasam oo.

 

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz? 

qız toyunu özüm seçmişdim, çox gözəl də çıxmışdı .

 

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi? 

oğlan toyunu özüm seçmədim deyə heç bəyənmədim.

 

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə? 

ay baji o sizdədi, bizdə bütün şeylərini özləri alır.

 

 17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız... 

heç vaxt unudulası gün deyil ki. amma bu səfər unutmuşdum hətta sən deyəndən sonra yadıma düşüb :122: .

 

 18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

elə maraqlı bir şey olmayıb.

 

19. Toy günü unutduğunuz bir şey oldumu? 

olar ki, həyacandan irəli gələ bilər. :122:

 

 20 Toyunuzun ən gözəl anı nə idi?

........

 

21. İlk rəqs parçanız hansı idi? 

unutmuşam, kasetə baxsam yadıma düşər.

 

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz. 

romantik bizdən uzaqdı  

 

23. Bir tərslik yaşandımı toy günü? 

bəəli, qız vaxdı taxdığım qızıllarımı məni aparmağa gələn vaxtı oğurladılar, atamın nənəmin mənə olan yadigarlarını.

 

24.Ən çox nə vaxt həyəcanlandınız? 

hava qaralana yaxın.   :06:

 

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi? 

toy günü bizə 2 bilet verilmişdi .

 

26. Bal ayınızı harada keçirdiniz? 

türkiyədə, onu deyim ki, qonaq getmişdik. 1 ay sonra.

 

 27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

3il bitib..

 

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz? 

seçimlərini düzgün etsinlər. indiki xanımlarımızın
əksəriyyəti fikirləşmədən gedirlər gedər getməz de problemlərlə
üzləşirlər. onun üçün də qızlar yüz ölçüb bir biçin.

 

 Mənim toy günüm - lale12 (3)

 

 

dildə
demək nə qədər asan olsa da, bu həyatı bərabər yaşamaq sevdiyinlə və
sevəninlə, çoxxxxx böyük xoşbəxtlikdi... Neçə xoşbəxt illəri bərabər
keçirmənizi diləyirəm, balalrınızla, sevdiklərinizlə.. amin....
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!