Mənim toy günüm - canr (4)

Mənim toy günüm - canr (4)
Qadınlar.Co
10.09.2017 9
 :toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın canr-di..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..

 

Mənim toy günüm - canr (4)

 


1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Bizim iş yerlərimiz yan-yana idi. Elə orda tanış olmuşuq.
 
2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu? 
O vaxtlar yoldaşımın anası təzə rəhmətə getmişdi. Biraz qeyri-adi evlənmə
təklifi olsa da deyəcəm."Anamı itirdim, Allah qarşıma səni çıxardı. Mənə
yox demə.
 
 3. Neçə müddət nişanlı qaldınız?
10 ay nişanlı qaldıq.
 
 4. Toy hazırlıqları necə irəlilədi?
Yoldaşım yetim olduğu üçün heç kəs irəli durmurdu. Özümüz əl-ələ verib
hazırlıqlara başladıq.
 
 5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər
zamanınız var idimi?

Zamanımız çox idi deyə hər şey normal idi.
 
 6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Mənə ən çox kef verən o idi ki, sərbəst idik. Hər şeyi öz istəyimizlə
edirdik.
 
 7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox o vaxtı rəqsə getmək dəb deyildi. Amma oynamağımıza hamı heyran
qalmışdı.
 
 8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Toyumuzu edəcəyimiz restoranı da özümüz axtardıq tapdıq. Arzuladığımız
kimi oldu da.
 
 9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
 Restoranın öz fotoqrafıydı.
 
 10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox ay bacı. O vaxt belə deyildi axı.
 
11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı
gəlinliyə sahib ola bildinizmi? 

Hər şey
bir yana gəlinliyim lap ürəyimcən olmuşdu. Həm mənnən qabaq yoldaşım bəyənmışdi.
 
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx
çətindi... 

Hə bir az
axtardıq. Axır gəlib şəhərimizin məşhur univermağından tapdıq. Düzdü bir az baha
idi, amma puluna dəyərdi.
 
 13.
Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?


gəlinliyim demək olar ki onun seçimi idi.
 
 14.
Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Desəm
inanmazsız. Bir -iki saç düzümü fikrimdə tutmuşdum. Çox həyəcanlı idim toy
günü. Heç nə demədim ustam öz bildiyi kimi yığdı.
 
 15.
Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Belə də. O
qədər də bəyənməmişdim. Qəşəng idi, amma super deyildi.
 
 16.
Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə
necə?

Yox bizdə
elə adət yoxdur. Yazıq yetım özü almışdı.
 
 17.
Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu
unutmarsınız...

06.07.2005. Bu
tarixi unutmaq olar.
 
18. Toy günü
başınıza gələn komik bir hadisə oldumu? 


oldu. Bir ara mod idi axı. Tortu kəsəndə bir-birini aldadırdılar. Tortu kəsdik
gördüm ofisiant yoldaşımın qulağına nə isə pıçıldayır. Sən demə başını
bişirirmiş ki, gəlini aldat. O da sağ olsun tənbəllik eləmədi.
 
 19.
Toy günü unutduğunuz bir şey oldumu?

 Bəlkə də
olub, amma yadıma düşmədi.
 
 20.
Toyunuzun ən gözəl anı nə idi?

Biz çox
zülümlə bir araya gəldik deyə toyumuzun hər anı xoş xatirə, əvəzolunmaz bir
hadisə idi.
 
 21.
İlk rəqs parçanız hansı idi?

Dəqiq
yadımda qalmıyıb. Onu bilirəm ki, şen -ritmik mahnı idi.
 
 22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Yoldaşım
mənə sürpriz eləmişdi. Bir də gördüm ki, tamada dedi ki, bəyimizin sifarişi var
. Bəylə gəlin ikisi rəqs edəcəy. Bir də ikimiz də hind rəqslərini çox
sevirik. Yoldaşım mənə sürpriz edib rəqqasə gətizdirmişdi.
 
23. Bir
tərslik yaşandımı toy günü? 

Yox çox
şükür hər şey öz yolunda idi.
 
24.Ən çox nə
vaxt həyəcanlandınız? 

Təbii ki,
toy qurtardı. Gəlin maşınına qədər hər şey yaxşı idi. Maşına minəndə halım
dəyíşdi, həyəcan bürüdü.
 
25. Toy üçün
sizə xüsusi bir süpriz təşkil edilmişdimi? 

Yox
. Ancaq yoldaşımın sürprizi idi.
 
26. Bal
ayınızı harada keçirdiniz? 

Üçüncü
blok, beşinci mərtəbədə (yəni evdə)
 
 27.
Artıq nə qədər vaxtdır ki, evlisiniz?

Bu yay 10
illiyimizi qeyd etdik.
 
 28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə
edərsiniz?

Subay
qızlarımızın hamısına arzu edirəm ki: gözəl ailə, sizi sevən və sevdiyiniz həyat
yoldaşı, şirin körpələr, isti yuva. Allah bütün qızlarımıza ailə səadəti bəxş
etsin İnşallah.
 
Mənim toy günüm - canr (4)

 

Ay
canım, inşallah bidənənlə bir birinizə olan sevginiz hər keçən gün daha
da çoxalar...  çoxalar və varlığı ilə sizi çoxxxxxxxx xoşbəxt edər...
amin... hər zaman bir birinizi qoruyun, dəyər verin, hörmət edin və
mehriban olun... o isti yuvanız uşaqlarınız sizin xoşbəxtliyiniz ilə
daha da istiləşsin aminnnnnnnnn... 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!