Qadınlar.Biz'li xanımların sevimli şeiri - Asya Müslümova (9)

Qadınlar.Biz'li xanımların sevimli şeiri - Asya Müslümova (9)
Qadınlar.Co
10.09.2017 44
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. Xanımlarımız istədiyi şeiri yaza bilər və onun haqqında məlumat verə bilərsiz. Bu günkü qonagım Asya Müslümova nikli usərimizdir. Buyurun:



Hər kəsə salam)) Çox uzatmadan sevdiyim şeiri sizinlə paylaşmaq istiyirəm.Unutmamış isə Dənizimm xanıma təşəkkürümü bildirirəm!

 

Qoy polislər eşitməsin,

Qorxulu bir sirr deyirəm:

Çoxdandır ki, bir arzum var,

Oğru olmaq istəyirəm!…

İnsanların arasından

Əqidəsiz adamları,

Vicdanını pula satan

nadanları

Oğurlamaq istəyirəm!



Bu torpağın gündən-günə

Niyə artır dərdi-səri…

Dövlətlərin arasından sərhədləri

Oğurlamaq istəyirəm!

Axı, nə iş görmüşəm ki,

Oğurluq da işdi barı.

Mən anamın sifətinə

Vaxtsız düşmüş qırışları

Oğurlamaq istəyirəm!…

Birisini yıxmaq üçün

İkisinin ülfətini,

İnsanların ürəyindən

Hər kinini, nifrətini,

Yalanını bundan ona,

Ondan buna satanları,

İki sevən arasından

O üçüncü adamları

Oğurlamaq istəyirəm!

Araz axır…

O taydan da insan baxır,

Bu taydan da insan baxır,

Necə milyon gözüyaşlı əzizimi,

O həsrətli Təbrizimi

Oğurlamaq istəyirəm!

İndi necə dövlətlərdən

Məzlumların ah-zarinı,

Yad torpaqda yatıb qalan,

Əsrlərin arxasından

Qollarını çatıb qalan

Kərbəladan Füzulinin,

Hələbdənsə Nəsiminin məzarını

Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hami

Tonqal çatıb yandırırlar

bu cahanı.

Qəlbim deyir:

"Bir azəri məsəlini yadına sal:

"Oğrudan-oğruya halal…”

Prometey oğurlayib

İnsanlara verən odu

Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə

Yerin mənə, göyün mənə

Nə deyirsiz, deyin mənə


 

P.S.Lahiyəyə qatılmaq istəyən mənə müracət edə bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!