Mənim toy günüm - ask meleyi (7)

Mənim toy günüm - ask meleyi (7)
Qadınlar.Co
10.09.2017 23
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın ask meleyi-di..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..


 

Mənim toy günüm - ask meleyi (7)

 




ILK ÖNCƏ
SALAM. Bu MƏNIM IŞTIRAK ETDIYIM ILK LAYIHƏDIR. ONA GÖRƏ DƏ SƏNƏ TƏŞƏKKÜR
EDIRƏM.  :heart: :128:
 
  1.
Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Ərimlə mən
xala oğlu xalaqızıyıq. bizimkı uşaqlıq sevgisi sayılır. 8 il öncə onlar
Türkiyəyə getdi, mən isə Bakıya gəldim. 8 ildən sonra skaybda bir birimizi
gördük . o məni sevən zaman mən hələ 5 yaşında olmuşam. ona görə də necə biri
olduğunu bilmirdim. o məni görəndən məni yenidən sevməyə başladı. sonra isə mən
onu sevdim və biz sevgili olduq.



2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
o
Azərbaycana gəldiyi zaman təklif eləmək istəyirdi. amma mənə elçi düşdülər .
bizim fikrimizdə 2 3 ildən sonra evlənmək vardı. Elçi məsələsinə görə atası
gəldı bizə məni istədi . bizimkilər də razılaşdılar.



3. Neçə müddət nişanlı qaldınız?
1 ay nişanlı
qaldıq



4. Toy hazırlıqları necə irəlilədi?
çox pıs .
toyumun vaxtı demək olar ki, 3 dəfə ertələndi. xarici passport çıxarmalıydım .
bu da bir az zaman aldı. yəni məndən başqa hər şey hazır ıdı.  



5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

toyuma 2
həftə qalmış. hər şey həll olunduğu üçün çox zaman lazım olmadı



6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
təbi ki də
gəlinlik paltarını aldığım zaman



7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
yox vaxt
varıydı ki



8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
mən qərar
vermədim . qaynatamgil İstanbuldan birini seçdilər



9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
fotoqrafçıya



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
yox



11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs
ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

yox.
ağlımdakı gəlinliyi tapa bilmədim. amma xoşuma gələni oldu onu aldım




12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi
çoxxxxx çətindi...

çox davam
etmədi. bəlı çox çətinmiymiş



13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
xoşuna getdi



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
hə . amma
toy günü başqa cür yığdırdım



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
hə, bəzi
yerləri yox



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs
sizdə necə?

yox özləri
aldılar  



17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu
unutmarsınız...

unutmaq olar
ki... 13.09.15  



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
gəlinliyimin
ayaq hissəsi cırıldı



19. Toy günü unutduğunuz bir şey oldumu?
xatırlamıram



20 Toyunuzun ən gözəl anı nə idi?
men atamı 15 ildən sonra tapdım. arzum idi ki, onunla tans etmək. və oldu
da. Ferhat Köçerin qızım mahnısını tans etdık



21. İlk rəqs parçanız hansı idi?
 Kalbimin tek sahibine. amma biz bunu istəməmişdik



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Ən romantik anı. toyda gəlinliyim məni sıxırdı həm də ki yorğun idim, ona
görə də başımı ərimin çiyninə qoydum bu vaxtdı da video çəkən sən demə bizi
çəkirmiş, sonra çox utandım



23. Bir tərslik yaşandımı toy günü?
yox hər şey yolunda getdı



24.Ən çox nə vaxt həyəcanlandınız?
atamın mənım belimi bağladığı zaman. bir də ki toydan sonra



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
yox



26. Bal ayınızı harada keçirdiniz?
keçirə bilmədik ki, ərimin iş yerindən icazə vermədilər. toyun səhəri işə
getdi



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
2 ay yarımdı



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə
edərsiniz?

həyəcanlanmasınlar. hər zaman ümidli olsunlar. bir də ki xoşbəxt olsunlar.
məndən bu qədərrrr  
 
Mənim toy günüm - ask meleyi (7)

 

 

Canım
mənim, sevgi üzərində qurulan bu gənc ailənizin sevgi və xoşbəxtlik
içində uzunnnn bir yol keçməsini diləyirəm... Allah gələn il bu vaxtı
evinizi körpə səsi ilə şənləndirsin inşallah... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!