Bu günün SƏBƏBKARI - canr

Bu günün SƏBƏBKARI - canr
Qadınlar.Co
10.09.2017 5
Salam gözəllər....
naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam...
yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi...
sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün
səbəbkarı saytımızın :zhappy%20birthday: canr
-dı.... :zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı
maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - canr 

 

1.       Salam canım.Əvvəlcə özünü təqdim elə
qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Aleykum salam canım bacım. Adım Afaqdı yəqin ki, bəzi qızlar
tanıyır.
 
2.       Bu gün səbəbkar sən olduğuna görə
doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

17.11.1984-cü il
 
3.Bir
yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü
bu yaşda?

Bu gün çox
kövrəlmişəm. Yaşım o qədər də çox olmasa yenə də
düşünürəm ki, qocalmağa doğru gedirəm.
 

4. İl ərzində
olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Çox gözəldir ona görə ki, hər kəsin diqqəti  səndə olur. Yəni bir günlük də olsa diqqət mərkəzində
olursan. Şahzadə  kimi.
 
5. Bu günə
qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin
danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu
bilirsənmi?

İnanırsan sən dedin yadıma düşdü. Heç vaxt soruşmamışam. Gərək mamadan soruşum.
 
6. Bəs bu
günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Hədiyyələrim çox olub. Amma yoldaşımın aldığı hədiyyə daha çox ürəyimə yatıb. Tək daş qızıl
üzük almışdı.
 

7. Elə
olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

 Hə  olub ki, bəyənməmişəm. Amma üzə  vurmamışam. Demişəm qəşəngdi.
 
8. Hədiyyə
ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə
olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?

İmkansızlıqdan
nişan üzüyümü satmışdım. Öz-özümə çox pis olurdum. Günlərin bir günü (yuxarıda
da qeyd etdiyim kimi) yoldaşım mənə gözəl bir üzük hədiyyə etdi.
 
9.
Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Hə heç unudaram? Bir gül buketi,bir  də  qəşəng  parfüm səbəti  bağlatdırmışdı.
 
10. Ailə həyatı
qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Yadımdadı. Yoldaşım mənə  çox gözəl ad günü keçirmişdi
 
11. Ana
üçün bu dünyada ən gözəl hədiyyə onun balaları ilə birgə keçirməsidir doğum
gününü. Bilirəm ki, şirin şəkər iki balan var. Onların sənə ilk etdikləri doğum
günü hədiyyəsi nə olmuşdur?

Şirinlərimin ilk hədiyyəsi gözəl bir rəsm idi. Özləri cızma qara edib çəkmişdilər. Amma bu mənim
üçün ən gözəl hədiyyə olmuşdu.
 
12. Hər
bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal
edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Yox heç  vaxt unutmayıblar sağ olsunlar
 
13. Bəs heç
gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Hə yoldaşım edib. Restorana apardı və gözəl bir ad günü keçirdik.
 
14. Bu
yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü
partisi ediblər sənə?

Hə  maraqlı
ad günü ediblər. Bütün dostlarım yığışıb gəlmişdilər (uşaq vaxtı).
 
15. Ən çox
sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Yox heç kim
unutmayıb. Unutsalar çox pis olaram
 
16. Bilirəm
ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi?
Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.

Hə heç xoşlamıram öz ad günümdə işləməyi. Sağ  olsun mama çox işimə əl atır.
 
17.
Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür.
Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Yox bu
üçüncü doğum günümdü gözəl saytımızda. Amma birinci də  təzə idim deyə heç kəslə əlaqəm yox idi.  Ona görə də məni təbrik edən olmamışdı.
 
18. Saytda
ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Hər kəsin təbriki mənə  əzizdir. Lakin ilk təbriki təbii ki, canım bacım səndən
gözləyirem.(yəni uman yerdən )
 
19. Bu
yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs
o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?

Ən maraqlı ailəmin təbrikləri, sürprizləri olub
20. Bu yeni
yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Tanrımdan
istəyirəm ki, yaxınlarımı, əzizlərimi, gözəl ailəmi mənə , məni də  onlara çox görməsin. Hər zaman köməyimiz olsun, bizi heç kimə möhtac etməsin. Amin.
 
Canım
bacım doğum günümü unutmadığın üçün sənə sonsuz təşəkkür edirəm. Məni çox
sevindirdin. Allah hər bir zaman köməyin olsun.
  
Bu günün SƏBƏBKARI - canr

 

Mənim
canım Afaqım, doğum gününü təbrik edirəm... Allahdan diləyim ailən və
sevdiklərinlə bütün ömrün boyu şad və firavan bir həyat yaşayasan...
Allah o gül balalarının gözəl və xoşbəxt günlərini görməyi nəsib etsin
sənə... sağlam və xoşbəxt yaşayasan bu həyatı inşallah... amin... öpürəm
çoxluuuuuuuuuuuuuu....

 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!