Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir

Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir
Qadınlar.Co
10.09.2017 9
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirməkdədir.



Bakcell şirkəti Azərbaycana səfər edən qonaqlara 4G LTE rouminq xidmətlərini təklif edənilk və yeganə ölkə mobil operatorudur. Eyni zamanda, Bakcell şirkətiölkədə yeganə mobil operatordur ki, 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanıyaradır.



2015-ci ilin may ayında 4G xidmətinin istifadəyə verilməsindən qısa müddət sonra, Bakcell dünyanın 14 ölkəsində LTE rouminq xidmətini təqdim etməyə başladı. Bakcell şirkətinin ölkə xaricindərouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi Şirkətin abunəçiləri dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinəqoşmaqlaroumunqxidmətindən dəyərlənə bilirlər.



Bakcell 4G rouminq xidmətinin aktiv olduğu ölkələrin və operatorların siyahısı aşağıda təqdim olunub:

4G rouminq xidməti vasitəsilə Azərbaycana səfər edən xarici qonaqlar Bakcell şəbəkəsini seçməklə LTE texnologiyasının təmin etdiyi yüksək keyfiyyətlivə daha sərfəli qiymətli rouminq xidmətlərindən faydalanmaq imkanını əldəedirlərr. Şirkətin ölkə daxilində LTE rouminq xidmətləri göstərən tərəfdaşlarının sayı artıq 32-yə çatıb.

Bakcell şirkətinin LTE rouminqxidməti həmfərdi, həm də korporativ müştərilərə eyni şərtlərlə təqdim olunur.



"Şəbəkəmizininkişaf etdirilməsi,o cümlədən,4G şəbəkəsinin genişləndirilməsiistiqamətindəhəyata keçirilmiş böyük investisiyalarçərçivəsində, Bakcell şirkəti Azərbaycana gələnxarici qonaqlaravə əlbəttə,xarici ölkələrə tez-tez səfər edənabunəçilərinə 4G LTE xidmətini təklif etməkdənməmnunluq duyur. Şəbəkəmizdə ənson texnologiyalardan və ən yaxşı mobil İnternet təcrübəsindən istifadə etmək istəyən, xüsusilə,biznes fəaliyyəti ilə məşğul olan və xarici ölkələrə səfərlərizamanıistədiyi vaxt rabitə əlaqəsi qurmaq istəyən xeyli abunəçimiz var. Həmçinin, Azərbaycana gələn istifadəçilər 4G mobil rabitə operatoru kimi yalnız Bakcell şəbəkəsini seçirlər və 4G şəbəkəsindən asanlıqla istifadə edərək özlərini evlərindəki kimi hiss edirlər. Biz öz rouminq tərəfdaşlarımızın siyahısını genişləndirilməsi istiqamətində işləri davam etdiririk”,deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.



Gündəlik olaraq 1000-ə yaxın qonaq məlumat axtarmaq, e-poçt vasitəsilə əlaqə saxlamaqvə İnternetdən istifadə etməküçün gündə orta hesabla 17MB sərf edərək Bakcell şəbəkəsinin təqdim etdiyi ən sürətli LTE xidmətindən faydalanır. Bakcell LTE şəbəkəsindənən çox istifadə edənqonaqların aid olduğu ilk beşliyədaxil olan ölkələrin siyahısı:

Qeyd: Türkiyədə LTE xidmətləri təklif olunmadığına görə hazırda bu ölkədə LTE rouminq xidmətinin istifadəçiləri yoxdur.



Bakcell abunəçiləri üçün LTE rouminq xidmətinin qiyməti 2G və 3G şəbəkələrində rouminq xidmətinin qiymətləri ilə eynidir.



Ziyarət olunan ölkədə fəaliyyət göstərən operator şəbəkəsinin şərtlərindən asılı olaraq,Bakcell orta hesabla 30 Mb/sanhəcmində yükləmə və ötürmə sürəti ilə4G LTE rouminq xidmətlərini təqdim edir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət
göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün
müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün
MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və
yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə,
Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv
məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!