Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün...

Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün...
Qadınlar.Co
10.09.2017 6
Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində
bütün Bakcell abunəçiləri üçün LIG TV canlı yayımları

Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması
olan Digiturk şirkəti ilə yeni tərəfdaşlığa başladığını elan edir. Digiturk ilə
uzunmüddətli tərəfdaşlıq çərçivəsində Bakcell İP və mobil əsaslı xidmətlər üzrə
Digiturk şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün Bakcell müştəriləri
üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün LİG TV kanalını
təqdim edəcək.
Bu
tərəfdaşlığın bir hissəsi kimi, Bakcell "Qoş və Coş” xidməti
çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. "Digiturk”lə
tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə
ilə tanış olacaqlar. İndi Bakcell abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə
Digiturk şirkətinin təqdim etdiyi 100-dən
çox
populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.
"Bakcell hazırda
Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə
təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli
LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal
platforması olan "Digiturk”lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri
sayəsində Bakcell öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır
və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq
ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin
Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə
yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LİG TV
kimi premium idman kanallarını izləmək abunəçilərimizə Bakcell xidmətlərindən
daha çox yararlanmaq şansı verəcək”, deyə Bakcell şirkətinin baş icraçı
direktoru cənab Riçard Şirer bildirib.
Digiturk şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super
Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə
bilməyən Bakcell abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli
qiymətlərlə izləmək imkanına malik olacaq.
Digiturk şirkətinin baş icraçı direktoru Ertan
Özerdem: "Digiturk olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə
malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə,
biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan Bakcell şirkəti ilə
müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol
Liqası oyunlarının və "Digiturk”ün 100-dən çox müxtəlif kanallarının Bakcell abunəçiləri
üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz "Digiturk”ün innovativ IP və
mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid
edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal
yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatını
daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik
və bu istiqamətdə Bakcell ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.
Digiturk
Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən
Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, aşağıda təqdim olunan link vasitəsi
ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən
izləyə bilərlər: http://www.digiturkplay.com/
Aktivasiya
kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.
***
Digiturk
Kanallarını mobil cihazlarda və masaüstü kompüterlərdə izləmək üçün Bakcell xüsusi
mobil paketini təqdim edəcək. "Digiturk”ün mobil xidmət paketlərini seçərək,
Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan
eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV
kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com
[email protected] paketlərindən
birini alan bütün Bakcell abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə
yazıla biləcəklər. Paketi aldıqdan sonra, abunəçilər hesabı onlayn aktivləşdirmək
üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7
gün ərzində qüvvədə olacaq.
Bakcell öz abunəçilərinə
data kartlar və planşetlər üçün 4 tarif təklif edir: [/b]


Yuxarıda göstərilən paketlərdən
hər hansı birini almaqla, Bakcell abunəçiləri mobil cihazlarında (smartfon, planşet)
internetdən istifadə etmək və Digiturk kanallarını izləmək, eləcə də pulsuz
Digiturk SPORT TV paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər.
***
Bu
yeni xidmət Bakcell abunəçilərinə sevdikləri Digiturk kanallarını mobil
telefonlarında zövqlə izləmək imkan verəcək.



***



[b]Bakcell haqqında


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət
göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün
müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün
MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və
yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə,
Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv
məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.





 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!