Mənim toy günüm - Grsu (11)

Mənim toy günüm - Grsu (11)
Qadınlar.Co
10.09.2017 5
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Grsu-du..


bacıma bir xeyli suallar verdim həyatının ən gözəl
hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir
yerdə bacımızın cavablarını oxuyaq..

 

 Mənim toy günüm - Grsu (11)

1. Canım mənim,
ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Qarşılaşmağımız bazarda olub.. yağmurlu gün idi.
o,maşınını palçığa salmışdı, arxaya verəndə az qalırdı ki, maşınını əzsin, mən
ona dedim ki, ehtiyyatlı ol .. o da mənə baxdı və  gülümsədi.. sonra dəfələrlə orada qarşılaşdıq..
bir ilə yaxın.. səbr edirdi.. mənə yaxınlaşa bilmirdi deyə nömrəsini yazıb
anamın alış veriş çantasına atdi, mən də nömrəni götürüb uzun zaman sonra ona zəng
vurdum... və beləliklə tanış olduq...
 
2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

çox ani...
BDU-ya qəbul olmuşdum, dil ədəbiyyatı üzrə, o isə bundan xəbər tutmuşdu, və
oxumağımı istəmədiyi üçün mənə gecə zəng vurub, seçim qarşısında qoydu, ya o, ya
məktəb, mən də onu seçib onunla qaçdim...
 
3. Neçə
müddət nişanlı qaldınız?

Nişanlı
olmamışıq
 
4. Toy
hazırlıqları necə irəlilədi?

çox tez.
 [/b]
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

Bir həftə ərzində
toyumuz oldu.. yox, çünki  Ramazan ayı
girirdi..
 
6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Onunla və
ailəsi ilə keçirdiyim hər an mənə kef verirdi.
 
7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox.
 
8. Adını çəməmək
şərti ilə, toy məkanına necə qərar verdiniz?

Həyətimiz
genişdi.. ikimiz də toyumuzun həyətdə olmasını istədik...
 
9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

Operatorla
gələn fotoqrafa.. düzünü desəm heç adını da bilmirəm..
 
10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox.
 
[b]11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə
sahib ola bildinizmi?

Bəli..
şükürlər olsun.. ən gözəl gəlinliyi geyindim..
 
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Gəliliyimi
görməmişdim. Hər şeyi böyük baldızım Könülə həvalə etmişdim.. onun zövqünə  inanırdım
 
13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

O da mənim
kimi.
 
14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

Yox. hamısı
toy günü oldu.
 
15. Saçınız
və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Belə də,
saçımı hə, amma makyajımı yoldaşım bəyənmədi, çünki məni sadə sevmişdi, ilk dəfə
toy günü bəzənmişəm..
 
16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox, bizdə
də adət elədir.. amma barışmamışdıq deyə oğlan özü aldı..
 
17.  Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin
ki, ömür boyu unutmarsınız...

Təbii ki,
yox..
 
18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

Komik hadisə
həyətdə toy gedən zaman mənim gecə eyvanda sevincimdən rəqs etməyimdir...
19. Toy
günü unutduğunuz bir şey oldumu?

yox.
 
20
Toyunuzun ən gözəl anı nə idi?

Gəlin
maşınında sevdiyimlə əl ələ tutmağımız..
 
21. İlk rəqs
parçanız hansı idi?

Rəqs etməmişik...əvvəl
qıza, sonra oğlana mahnı çalınır. Bizdə dəb belədir
 
22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

ən romantik
an, təbii ki, üzüklərimizin taxılmağı idi....
 
23. Bir tərslik
yaşandımı toy günü?

Hə...
 
24.Ən çox nə
vaxt həyəcanlandınız?

Sevdiyimlə
baş başa qalanda...
 
25. Toy
üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Xeyr
 
26. Bal
ayınızı harada keçirdiniz?

Bal ayımız
olmadı
 
27. Artıq nə
qədər vaxtdır ki, evlisiniz?

7 ildir
 
28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Tövsiyəm, hər
nə olursa olsun, mənim kimi , sevdiklərinin əllərini buraxmasınlar, nə məktəbə
görə, nə ailəyə görə.... hər şeyin öz yeri var....
 
Mənim toy günüm - Grsu (11)

 

Canım
mənim, uğruna bəzi şeyləri qurban verdiyin sevdiyinlə qurduğunuz bu
ailəniz inşallah bir ömür sizi xoşbəxt edib üzünüzü güldürər... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!