Antikvar - haqqında bilmək istədiklərimiz (SUALLARINIZIN CAVABLARI)

Antikvar - haqqında bilmək istədiklərimiz (SUALLARINIZIN CAVABLARI)
Qadınlar.Co
10.09.2017 13
1. Adınız?

Nigar(təbii ki,virtual adım))

 

2. Yaşınız?

24 yaş)

 

3. Hansı unidə oxuyursuz? İxtisasınız?

Orta
təhsilliyəm.Eyər oxumağa davam etsəydim həkimlik olardı ixtisasım.Amma
arzum ürəyimdə qalmasın deyə sənədlərimi burda kollecə verib mesistra
olmaq istəyirəm,uşaqlarımı birazda böyüdüm bu barədə irəlləmək fikrim
var)

 

4.Bir tək sualım var heç bu qədər erkən yaşda ailə qurduğunuza peşman olmusunuzmu? (BARBI)

Sualıva
yox desəm doğru sənədə saxta imza atmış kimi olacam)əsəbli olduğum
zaman çox işlətmişəm (kaşki)cümləsini.Hər ailədə söh-söhbət
olur,küskünlüklər olur,hirsli anlarında olur əsas oduki,söhbətlərin
sonunda (Allahım belə insanla birgə olduğum üçün şükürlər olsun)sənə
deməyi bilməyindi.Eyər insan beynində peşmançılıq fikri ilə yaşasa fərqi
yox istər ailədə istərsədə hər hangi bir işlərində heç zaman həyatda
xoşbəxt olmağı bacarmaz.Peşmançılıqdan insana fayda olmaz əsas odu dərs
çıxardıb və hər şeyi geridə qoyub irəlləməkdi.İndi mən sonda elə nöqtə
qoydum ki,peşman olduğumu bilərlər uşərlər,əsla şükür rəbbimə belə gözəl
ailəyə sahibəm.Bundan sonra üzərimə düşən vəzifə ailəmi qoruyub
övladlarımıda gələcəyin savadlı gəncləri kimi böyütməkdi)

 

5.Həyatınız özünüz barədə məlumat isdərdim azda olsa (vipbetul)

24 yaşım var, iki oğul anasıyam,ailəsini sevən,əsasda atasına bağlı olan qız)



6.Sizcə xoşbəxtlik vacibdi yoxsa pul? (Zenka) (məncə pulsuz xoşbəxlikdə bir yerə qədərdi)) bu suala böyük cvb gözlüyürəm antik)

Gözlə böyük cavab gəlir))

Hər
ikisi desəm?)Kim deyir sadəcə xoşbəxtlik mən elələrini ana ata
himayəsində böyüyən balaca uşaq adlandırıram)Həyatı tam anlayacaq qədər
böyümüyüb)İndi elə dövrdə yaşayırıq ki,pulsuz bir addım atmaq istəsən
imkan yaratmazlar.Eslində insanlar xoşbəxtliklə imkan-imkansızlığı səhf
salırlar.Ailədə olan gülüşlər, maraqlı anlar ,kiçik  xoş xatirələr belə
insanı bir neçə saniyə xoşbəxt etməyə yetərlidi.Bu xoş anlar ola
bilsinki hər gün yaşanmasın və yaxud yaşansın amma həyat bir bunlar
üzərində qurulmayıb,gülməklə nə qarın doyur nədə gələcəkdə istəklərin
üzərində addımlamağa imkan yaradır.Gəlin bir neçə misal gətirərək
fikrimi dahada aydınlaşdırım.Məsəl üçün uşağımız xəstədi(allah
eləməsin)dərmanları almağa həkimə aparmağa imkan yoxdu,onda evdə olan o
xoş gülüşlər yenidən pulsuzluğa görə isyan edir.sizcə indi hansı daha
vacibdi indiki həyatda?daha bir misal...yoldan gedən çox balaca uşaq
vitrində gördüyü paltara onun olmağı üçün diqqətlə baxır amma yenə
pulsuzluq buna imkan yaratmırki istədiyi geyim onun olsun,kənardan baxıb
insan bir fikrə gəlir (pulsuzluq)Amma o uşaq hələ balaca olduğundan
olmaz sözü ilə üz-üzədi əsas səbəb imkansızlıq olduğunu bilsə istəyini
qəlbində saxlamaq ilə yetinər amma valdeynlər belədi əsl səbəbi gizlədib
olmaz sözü ilı əvəzləyirlər.Sonda qısaca olaraq deyərdim İndiki dövrdə
pulun olnası vacibdi,çox olmasada ısas ailəni dolandırıb uşaqlarını
oxutduracaq qədər imkana sahib olmalısan.Allah hər kəsin ruzisini bol
eləsin inşallah.

 

7.Keşmiş günlərinizi gələcək günlərinizə qurban verərdinizmi? (kiraz mevsimci kiz)

Keçmişlə
yaşamağı heç sevmirəm.Keçmişlə yaşayan gələcəyə addimlaya
bilməz.Keçmişə sadəcə xoş xatirələri arada yada salıb gülümsəmək
yetərlidi.Keçmişi gələcəyə qurban vermək dəlilik olar,çünki hər saniyə,
dəqiqə,saat gələcəyə doğru gedir düşünüb başını  yormağa belə dəyməz))



8.Özünüzü 3 sözlə izah edə bilərsiz? (Aysu Tağızadə)

1)Dediyindən dönməyən(əlbəttdə doğru bildiklərindən)

2)Haqqlı insanların yanında olan(sevmədiyi şəxs belə olsa doğrudusa deyərəm doğrusan)

3)əsəbli (dəhşət dərəcədə,hirsim tutdusa bir neçə gün sakit olana qədər danışacam)))



9.Övladınız var? sevib evlənmisiz ən əsası da xoşbəxtsiz? (nura54)

Bəli
övladım var.Bəyənib evlənmişəm,sevgi hissi sonralar baş
qaldırdı))Xoşbəxtsiz sualına gəldikdə -şükür bu günümədə,əsas odu
bədbəxt deyiləm)



10.Xoşbəxt olmaq üçün insan nə etməlidir sizcə? (mesi_pisi)

Nədənsə
xoşbəxtlik barəsində sual çox oldu))Buda bunun göstəricisidi
ki,cəmiyyətimiz xoşbəxtlik axtarışındadılar))Zrft bir yana bu hal
insanın öz əlindədi,xarakterlərdə fərqli olduğu üçün hər insan
xoşbəxtliyi ayrı bir yerdə tapa bilərlər.Məsəl üçün:kimiləri
valdrynlərinə baxıb xoşbəxt olmağı bacarmalıdı(çünki düşünsün o qədər
yetim böyüyən uşaqlar varki,qayğısız,ana ata nəvazişindən uzaq)Daha
sonra ətrafa baxıb xoşbəxt olmaq olar(Çünki o qədər gözdən əlil olan
insanlar varki,Allahın yaratdığı gözəllikləri görməkdə çətinlik
çəkirlər)Başımızı örtəcək evimiz qarnımızı doyduracaq yeməklər(kimlərəsə
bu sonda qeyd etdiyim gülünc gələ bilər, amma bir düşünün evsiz
insanları və acından ölən uşaqları sizcə hər gün adət halına
gətirdiyimiz yeməkləru yemək üçün şükür edib xoşbəxt olmamalıyıqmı?Çünki
buna ehtiyacı olan o qədər insanlar varki, amma nədənsə buz insanlar
üçün bunlar adi hal kimi qəbul olunub naşükürlük edib xoşbəxtliyi başqa
yerlərdə axtarmaq istəyirik)Xoşbəxtlik uzaqlarda deyil əlimizin
altındadı əyər bunları görmək üçün güclü qamətə sahibdirlərsə.



11. 1.Ən böyük təsəlliniz?

2.Dünyanın
hər yerindən görünə bilən uca bir lövhəyə iki-üç kəliməlik nəsihət
yazmağı xahiş etsəydilər,siz nə yazardız!? (Asya Müslümova)


1.Ailəm və iki oğlum.

2.Dünyda
mənim nəsihətlərimi dinləyənmi olacaq?))Yaxşı yaxşı bir neçə cümlə
yazacam həqiqətən bədahətən gəlmiş sözlərdi))Ey Allahın bəndələri elə
danışınki-digərlərinin faydalanacağı sözlər olsun.Elə addım
atınki-digərləri sizin yolunuzla davam etdikdə gələcəyin qeyrətli
oğlanlar və namuslu qadınlar olsun,Elə övlad yetişdirinki-sizlərin
başını uca tutacaq addımlar atsın,ən əsas elə insanlarla unsiyyətdə
olunki-sizə insanlığınızı unutdurmasın.Hələki bu qədər nəsihətim bəsdi
qəbul edib davam etsinlər yenidən yenilərini qeyd edərəm)))



12.Həyatda öznüzdən başqa kimnçünsə yaşayrsız yoxsa məcbrsuZ? (Aysun 2014)

İlk
öncə deyimki heçnəyə məcbur deyiləm Allahın verdiyi candıki,onun
yaratdıqları üzərində həyatıma davam edirəm əyər yaşamaq üçün səbəbkar
olsada olmasada biz Allahın verdiyi canı onun düzgün bildikləri şəkildə
daşımalıyıq.Sadəcə ailəmə görə hər günlə mübarizə aparıram,qarşımda
məqsədlırim var məndə həmən məqsədlərə çatmağım üçün addımlarımı
çalışdığım qədər doğru şəkildə istifadə edirəm.



13.Deyirlər
qızlar ən çox atalarına bağlı olur , harda olsalar belə daim
valideynləriylə nəfəs alarlar siz necə qürbəttə olarkən darıxan zaman
təsəlliniz nə olur ki, deyirsiz yaxşı ki, var sizcə o yaxşı ki, var
olanlar həyatınızın hansı hissəsindədirlər? (fialka)


Atama çox
bağlıyam(Tək örnək götürdüyüm şəxs)Qürbətdə yaşamaq çox çətindi təbii
ilk dönəmlərdə bu dahada iki qat artır.Hardasa iki il olduqca pis anlar
keçiridim (mənəvi cəhətdən)Halbuki tez tez vətənimə olsamda.İlk övladım
olanda başım övladımı böyütməklə qarışdığı an günlər ötdükcə darıxmaq
hissi azalırdı.Daha sonra ikinci övladım və bütünlükdə ailəyə hərs
olundu vaxtım və yaxşıki onlar var vətənimə,valdeynlərimə  olan
darıxmaqı azda olsa azaldırlar)



14.Boyy mənim yerlim 123 Canım
mənim bilirəmki, iki oğul övladın var. Allah onları qorusun. Bilmək
istərdim qız övladı istərdinmi? (isveç.de)
(bu sualı verən isveçə demək
istəyərəm istemezmi?))

Yerlim Allah sənədə qismət eləsin inşallah)Heç
vaxt ay qızım olsun yox oölum olsun arzusu ilə yaşamamışam.Allah nə
veribsə şükür əsas odu canları sağlam olsun.Qismət yerlim deyərdim)



15.Xoşbəxtlik nədir? (Happy)

Yuxarıda o qədər xoşbəxtlik haqqda yazmışamki, oxuyarsız ordan))



16.Həyat
sizə nə bəxş edib ve nə bəxş etməsini istərdiniz? (Ayselina)
(o cür onu
sevən koca bəxş edib kocasıda ona balalarını oy oy özür dilerim antik
elim kaydı vallahı :09: )) sataşmadan dayanamıorum)

Elimə düşərsın lalə ))

Həyat
mənə gözəl ailə bəxş edib,gözəl valdeynlər bəxş edib,iki bala bəxş
edib.bundan sonra görmək istədiyim ali təhsilli iki gənc oğlan)



17.Ən böyük arzusu nədir?) (pozitiv)

Böyük balamın həkim olması,balacamında prokrur olmaqı))İnşallah hər birimizin arzu və istəyi həyata keçər)



18.Sənin
fikrincə sevginin ilk qurbanı kim olmalıdı:qadınlar yoxsa kişilər?
(melek_ayka)
(bir birini sevsinlərdə day niyə qurban gedirlərki? bu
sualda mənə çatmadı antik))

Çatdıraram sənə leyloş))

Eyər ortada
əsl sevgi varsa heç birini qurbanlıq etmək olmaz.Yox əyər qızı fırladıb
yalançı sevgi rolu oynayan oğlan varsa qurbanlıq qoyun etmək lazımdı
onu)))



19.Hansısa uni-ni bitirmisiz? (...AdaDunyam``)

ASX-yəni Ailəsini sevən xanım unisini))))



20.Ən yaxın rəfiqəniz tərəfindən aldadılsaydınız. Amma o gəlib sizdən üzr istəsə bagışlayardınız.? (rozafatalieva)

Heç
zaman ayağıma gələn insanı rədd etməmişəm etmərəmdə.Bağışlayaram birdə
ona güvənməmək və dost olmamaq fikri ilə...Bir dəfə zərbə vuran insandan
dost çıxmaz.



21.Yaşamaq üçün səbəbiniz var? Və nədi? (lilit)

Yuxarıda qeyd etmişəm, təkrar etməyim birdə.



22. Xüsusi bir hobbisi var? (Ela)

Musiqi dinləməyi çox sevirəm özdə nauşniklə)) Birdə tel vastədilə əsərlər oxuyuram vaxtim olduğu qədəri)



23. Salam facebook profiliniz var? (_damla_) (bu userin reytinqli sualıdı həmişə bunu verir :23)

Məndə
şahidi olmuşam hər kəsə bu sualı verir))Suala sualla cavab vermiş
olacam amma mənədə maraqlıdı fecim olmağını niyə soruşduz?))



24.Hansı vəziyətdə xəyanəti bağışlayarsız? (Aysu Tağızadə)

Xəyanətin
vəziyyəti əhvalı olmur) xəyanət xəyanitdir,yalandan
deyimki.bağışlamaram düzgün olmaz iki övladıma görə keçsəmdə bir şey
əksik olar oda əvvəlki ailə sevgisini görməz.Ağlı olan insanda ailəsini
öz qadınını heç bir pozğuna dəyişməz...



25.Sizi daha çox əks etdiran bir mahnıdan və ya şeirdən bir parça yaza bilərsənizmi? (my_angel)

Mahnı-Mehmed
Erdemin(acıyı sevmək olurmu)Məni əks etdirmi bu mahnı orda acıyı sevmək
olurmu cümləsini çox bəyənirəm,dərin məna var sözlərində...



Şeir isə öz qələmimdən yazan şeiri yazacam indi:

Anam mənim

Körpəlikdə ilk sözüm ana

Ana-ana dedim sığındım sana

Nə biləydin böyüdüb gedər uzaqlara

Sən demə qız bu imiş özgəyə qalar



Qalanda deyirsən qız böyük dərdi

Verəndə ağlayırsan görəsən xoşbəxtdi

Bilmirsən hansı düz hansı səhfdi

Yenədə allah bilən məsləhətdi

Bu sözlərdə həqiqət çoxdu.Çox sevirəm bu şeimi mən.sizlərlədə bölüşmək istədim.



26. Nə üçün niki antikvardır? (Grsu)

Antikvariski qız olduğum üçün)))Qardaşımın sahəsində bu niki seçmişəm)



27.Bildiyim
qədəriylə 2 oğul anasısınız, Allah saxlasın. Bəs oğlanlarınıza gəlin
seçmə vaxtı gələndə necə davranarsız, onlara buraxarsız, ya özünüz həll
etməyə çalışarsız? (Angela7)


Təşəkkür edirəm.Allah sizədə qismət
etsin.Elbəttdə özlərinim seçimi olacaq hər nə qədər ataları mən seçərəm
desədə))Mənim vəzifəm onları düzgün tərbiyələndirib gələcəkdə necə
birini seçmələri üçün yollar göstərməyimdi.İndi deyersiz yenə həmənki
hal olduda,rusiyada yaşayıram gərək elə tərbiyə verimki onlar
addımlarını burda yox öz vətənlərində atmaqlarını bilməlidirlər.



28.Necəsən?
Yenə məni yuxuda görürsən? :D (Glamurka Nemiska)(bıyy nərmini yuxuda
görürsən mənidə gör bu gün görməsən day özümü asacam)) mənim kankamın
yuxusunda başqa userlər gəzməsin birindən başqa o biridəki heçdə
nəysəəəə :23:


Yaxşı Nəmiş sən necəsən?)))Sən bir dəfə yuxuma girib 
yol yoldaşı olmuşuq daha nə istərim xatirələrimdəsən Nəmiş yuxu zad boş
şeydi)))



29.Asudə vaxtlarınızda nə edirsiniz? (NazlıCan) (Lalə qoyurki asudə vaxtı olsun? ))) hə nəysə buyur caniko) zrfta yazdım)

QADINLAR.BİZ-də şərh yazıram))



30.Əgər
sənə desəler ki yer kürəsində təkcə sən fərqli insansan və sən də
fərqli oldugun üçün yer kürəsində təkcə sən yaşayırsan və yər kürəsinə 3
nəfər insan gəlməlidi bunu da sənnən soruşurlar ki 3 nəfər kimi
gətirmək istəyərsən yer kürəsinə?


Hmm elə şey mümkündürmü görəsən
mələyim?))Qısaca deyim bu seçimi onlara buraxardım))Çünki məni
seçməklərindən anladımki, düzgün qərarı verməkdə doğru şəxslər
onlardı;))



31.Bilmək istərdimki hicab baglamaq istərsiz? Və ya
gələcəkdə (Allah saxlasın oqlanlarnızı)onları hicablı xanımla
evləndirərsiz? (GünƏşimƏ_AiD_)


Mən başımı bağlayıb hicab bağlamışam
reklamı ilə ortalığa atılmaram.Hicabı qəbul etmək nütünlükdə onun
qaydalarınıda qəbul etməlisən.Yalandan masklanmağa ehtiyac
duymuram.Başında hicab amma toyda naməhrəmlərim yanında disko
oynuyur,sonra üz gözündə bir kqram makyaj başıda tir qullə kimi
yuxarıda)Hicab bsğlayanlar getdiyi məkanı bilməlidirlər naməhrəm olan
yerlərdə olmamalıdırlar,içki məclisində olmamalıdırlar.Haçansa bunlara
hazır olsam əlbətt bağlayaram.

Övladlarıma gəldikdə isə bu onların öz
qərarıdı,seçimləri belədisə niyədə olmasın lsp yaxşı.Başlancığı kobud
başladım bunum sizlə əlaqəsi yoxdu yanlış anlamayın sadəcə indiki hicab
bağlayanları görürəm ətim ürpəşir)



32. 1. Çəkiniz, boyunuz?

2 .
Hər hansısa bir otaqdasız. Heç kim yoxdu qəfildən işıq sönür. Bir azdan
yanacaq .işıq yananda kimi görmek isdərdiz? (Canavar sevgisi)
(kocasını
:122:) oy sorry yenə əlim kaydı))

Çəkim-60 axrıncı dəfə elə göstərirdi))

Boyum -170

Maraqlı
sualdı.Yəqinki özümü, bəlkə cavab qəribə gələr amma maraqlıdı  mənə
kənardan necə görsənirəm xarici görünüş yox daxili görünüşüm
danışdıqda,hərəkətlərimdə nəyin düz səhf olduğunu görüb təhlil etmək
istərdim özümü)



33.Çoxdandır ki girmirəm sayta.Antikvar yadımda
dediyim-dedik deyən qız kimi qalıb.hələ də elədir,yoxsa vaxt onu dəyişə
bilib? (Yusifim)
(məndə antikdə dəyişənə dünya dəyişər buyur caniko))

İndidə
dediyimi deyən qızam) vaxtın üzərimdə işlədiyi anlar ancaq ətrafı
olduqca yaxşı tanımağa vadar etməsi oldu.Səncə belə insanları tanıdıqda
dediyindən dönməkmi olar əksinə bacardığın qədər mübarizə aparmaq
lazımdı.Amma qədərində abartmamaq şərtiylə.



34.Hicablı xanım olmağı fikirləşərsiz.? (Aysu Tağızadə)

Yuxarıda qeyd etmişəm haçan olmağa hazır olacam.Birdı təkrar etmiş olaram.



Belı
xanımlar ümidvaram verdiyiniz cavabları almaq istədiyin şəkildə
cavablamışam.Çalışdığım qədəriylə dürüst  cavabladım.Sizlərədə
təşəkürümü bildirirəm vaxt ayırıb oxuduğunuz üçün.Həmçinin lahiyə
rəhbəri olan bacımada ♥♥♥скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!