Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb

Bakcell Ordubadda yeni Satış və Xidmət Mərkəzi açıb
Qadınlar.Co
10.09.2017 14
Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz
xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə regionlarda
satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə davam edir.
Şirkət
Naxçıvan Muxtar RespublikasınınOrdubad şəhərində yeni konsept və dizaynda olanSatış və Xidmət Mərkəzinin açılışını edib. Ordubad
şəhəri, Heydər Əliyev küçəsi 35 ünvanında yerləşən yeni məntəqəqə abunəçilərə
müxtəlif çeşiddə xidmətlər təqdim olunur.
"İndi
Ordubad sakinləri Bakcell şirkətinin təqdim etdiyi məhsul və xidmətlərdən daha
asanlıqla faydalana biləcəklər. Azərbaycanda ən geniş əhatə dairəsi olan və ən
etibarlı şəbəkəyə malik Bakcell şirkəti öz xidmətlərinin abunəçilərə daha
əlçatan olması üçün satış və xidmət mərkəzlərinin şəbəkəsini genişləndirməyə
davam edəcək”, deyə Bakcell şirkətinin pərakəndə satış və distribyusiya
departamentinin rəhbəri Paşa Paşayev bildirib.Bakcell
şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə
fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün
müştəri xidməti göstərir. Bakcell Müştəri Xidmətləri Mərkəzləri haqqında
məlumat almaq üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət
göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün
müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün
MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və
yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə,
Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv
məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!