Abituriyent olmaq maraqlıdır: ciddi məsələyə yeni yanaşma

Abituriyent olmaq maraqlıdır: ciddi məsələyə yeni yanaşma
Qadınlar.Co
10.09.2017 23
Abituriyent olmaq maraqlıdır: ciddi mövzuya yeni yanaşma

Bakıda innovativ konsepsiyaya malik, effektiv Qərb metodikasına əsaslanan yeni hazırlıq kurslarının açılması gözlənilir.

Qəbul imtahanlarından söz düşəndə hər bir abituriyent bunun çox uzun və əzablı proses olduğunu düşünür. Amma hər birimiz gələcəyimizi qurmaq üçün bu mərhələni keçməyə məcburuq. Öz təcrübəmizdən də bilirik ki, imtahana hazırlıq prosesi həyatımızın xoş anları kimi yaddaşımızda qalmır. Saysız-hesabsız məlumat axını, sonsuz əzbərləmələr, kifayət qədər standart tədris strategiyası və bütün prosesin mexanikləşdirilməsi abituriyentləri yorur.

Xoşbəxtlikdən bu sahə də inkişafdan geri qalmır və bizim ölkədə də konservativ tədris metodların yenilərilə əvəz olunması sadəcə vaxt məsələsidir. Bu baxımdan, imtahanlara ənənəvi hazırlıq prosesinin şablon metodlarından çoxdandır imtina etmiş Qərbi Avropa və ABŞ nümunə kimi göstərilə bilər. Bu ölkələrdə "edutainment” metodu (ingiliscə "education” və "entertaiment” sözlərindən yaranıb) geniş yayılıb, yəni təhsillə əyləncənin vəhdəti. Bu yanaşma məşğələlərdə daha yaradıcı olmaq və interaktivliyi gücləndirmək məqsədi daşıyır. Metodika, eyni zamanda, nəticəyə hesablanmış taktiki və strateji məsələlərə də diqqət ayırır. Kursların məqsədi təkcə "fənlərin tədrisi” üzərində qurulmamalıdır. Kurslarda təlim metodikası həm də vaxtdan düzgün istifadə etməyə, faydalı iş əmsalını artırmağa xidmət etməlidir. Bundan başqa, hazırlıq müddətində və imtahan zamanı abituriyentin psixoloji hazırlığına və stresə davamlılığına xüsusi diqqət yetirilməlidir.  

Abituriyentlərin qəbul imtahanlarında göstərdikləri yüksək nəticələr və tədris metodikasının effektivliyi olmasaydı, mövcud metodikanın tərəfdarları onlara yad olan sistemi qəbul etməzdilər. Qeyd olunanların hər biri həmin metodikanın uğurlu tətbiqinə və bu növ kursların ölkəmizdə yaradılmasının vacibliyinə dəlalət edir.

Son vaxtlar bununla bağlı sevindirici xəbərlər eşidirik. Yayılan məlumatlara görə, artıq Bakıda da effektiv metodikaya əsaslanan hazırlıq kurslarının açılması gözlənilir. Ümid edirik, bu məlumat doğrudur və bundan sonra abituryentlər üçün qəbul imtahanlarına hazırlıq prosesi əziyyətli olmayacaq. Əksinə, yeni metod abituriyentlərdə hazırlıq prosesinə xüsusi həvəs yaradacaq və onlar hər bir məşğələdən zövq alacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!