«Dərs evi» — qəbul imtahanlarına unikal hazırlıq sistemi

«Dərs evi» — qəbul imtahanlarına unikal hazırlıq sistemi
Qadınlar.Co
10.09.2017 20
Noyabrın 24-də Bakıda effektiv və innovativ metodikalarla işləyən
qəbul imtahanlarına hazırlıq kurslarının açılış mərasimi oldu.


Bir
müddətdir ki, mətbuatda standart metodikalardan köklü şəkildə fərqlənən
hazırlıq kurslarının açılacağı barədə məlumatlar dolaşır. Bu konsepsiya
artıq uzun illərdir bir çox Qərb ölkələrində böyük uğurla tətbiq olunur
və abituriyentlərin əldə etdiyi yüksək nəticələr onun effektivliyindən
xəbər verir.

Sevindiricidir ki, bu xəbərlər doğru çıxdı. Noyabrın
24-də qəbul imtahanlarına hazırlıq kurslarının — "Dərs evi”nin açılış
mərasimi oldu. Təhsil sahəsində böyük təcrübəyə malik olan mərkəzin
direktoru Pavel Belorusski öz çıxışında vurğuladı ki, "Dərs evi”ndə
abituriyentləri bütün dünyada öz effektivliyini sübut etmiş yeni
metodikaya əsasən hazırlaşdırmağa can atan istedadlı, işini bilən və məqsədyönlü müəllimlər çalışır.

Ölkəmizdə ilk dəfə tətbiq olunan
unikal sistem "edutainment” adlanır (ingiliscə "education” və
"entertainment” sözlərindən alınıb). Edutainment məşğələlərə yaradıcı
yanaşma və interaktivlik tələb edir, abituryentin psixoloji vəziyyətinə,
stressə davamlılığına xüsusi diqqət göstərməyi nəzərdə tutur. "Dərs
Evi” həm də abituriyenti artıq informasiya ilə yükləmədən lazımi
biliklərin tədris edilməsinin tərəfdarıdır.

Mərkəzin özü isə
texniki avadanlığı və öz sahəsində mütəxəssis olan ekspertlər komandası
ilə yaxşı mənada təəccübləndirdi. "Dərs evi”ndə əmindirlər ki, mexaniki
əzbərləmə effektsizdir. Abituriyenti həvəsləndirmək, tədris prosesinə
maraq yaratmaq olduqca vacibdir. Yalnız bu cür yanaşma onun ali məktəbə
daxil olmasının rəhni ola bilər. "Dərs Evi” tədris mərkəzinin bu
istiqamətdə gördüyü işləri nəzərə alaraq qeyd edilən innovativ
konsepsiyanın Azərbaycanda da uğurla həyata keçiriləcəyinə əmin olmaq
olar.

2016-cı ilin yanvar ayından etibarən "Dərs evi”ndə intensiv
kurslar başlayacaq. Qeydiyyatdan 2015-ci ilin dekabr ayının sonunadək
keçmək mümkündür. Daha ətraflı məlumat üçün (012) 310 08 18 nömrəsinə
zəng edin.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!