Mənim toy günüm - KRALİCEM (12)

Mənim toy günüm - KRALİCEM (12)
Qadınlar.Co
10.09.2017 10
:toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın KRALİCEM-di..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..

 

 Mənim toy günüm - KRALİCEM (12)

 

1. Canım
mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Qardaşımın
toyunda görüb məni,  uşaq vaxtı görübdü də, böyüdüyümdən xəbəri yoxuymuş
2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Elçilikdə
bildim
3. Neçə
müddət nişanlı qaldınız?

Nişanlı  olmadıq
4. Toy
hazırlıqları necə irəlilədi?

Çoxxx gözəl
və  hamıda olduğu kimi həyəcanlı
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

Hə, bacı
coxuydu, biz 1 ay əvvəldən başladıq
6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Əlbəttdəki
qızıl almaqla gəlinlik
7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

xeyr
8. Adını
çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Palatqa
toyu oldu bizdə
9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

Foto çəkənə
10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

Xeyr
11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında
bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Hə,  birici birini geyindim bəyənmədi,  dedi açıqdı,  sonra birini
geyindim dedi olmaz, dedim olmazsa mən də şalvarla köynəkdə  oturacam.  1 dəfə  geyinəcəm də  gündə  geyinmiyəcəm ki,  o da razılaşdı dediyimi geyindim
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Həəə, çox çətindi 3-4 gün
13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Bəli
14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli
15. Saçınız
və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Saçımın rəngi salonda xoşum gəlmədi,  gəldim evdə rəng qoydum bir
ton tündləşdirdim,  gəlinliyimə yaraşmırdı açıq rəng
16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Xeyr,  bizdə  yoxdu, özləri aldı
17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin
ki, ömür boyu unutmarsınız...

Bəəllii- 07.01.2013
18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

Xeyr,  olmadı
19. Toy
günü unutduğunuz bir şey oldumu?

Xeyr
20
Toyunuzun ən gözəl anı nə idi?

VAĞZALI... hər kəsə  qismət
21. İlk rəqs
parçanız hansı idi?

Gəl xoşbəxt  olaq
22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Elə də  bir şey olmadı,  elə  gül ləçəkləri  töküləndə  rəqs edərkən
23. Bir tərslik
yaşandımı toy günü?

xeyr
24.Ən çox nə
vaxt həyəcanlandınız?

Toy axşamı《şaka》
25. Toy
üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

xeyr
26. Bal
ayınızı harada keçirdiniz?

15 ulduzlu oteldə,  yəni ki,  evdə
27. Artıq nə
qədər vaxtdır ki, evlisiniz?

2 il
28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Həyatda xoşbəxt  olmaq isdəyirsinzə sevdiyinizdən başqasına  getməyin,  xoşbəxt olun,  şükür hər bir şeyime, Rəbbim hər kəsə  toy nişan qismət eləsin, bir də hər şeyin bəhrəsi olan ZEYNƏB baladan hər kəsə qismət  olsun............tsk TÜRKANIM
  
Mənim toy günüm - KRALİCEM (12)

 

Canım
mənim, Həyat boyu bir-birinizi daim sevməniz və hər zaman mehriban bir
həyat sürmənizi diləyirəm... Əlləriniz bir-birindən heç
ayrılmasın...amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!