Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir

Bakcell 200-dən artıq nöqtədə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir
Qadınlar.Co
10.09.2017 9
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil
İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərinin və Abşeron yarımadasının
200-dən artıq nöqtəsində öz abunəçilərinə
pulsuz Wi-Fi şəbəkəsi təqdim edir.

İstifadəyə verildiyi vaxtdan indiyə
kimi şirkətin təqdim etdiyi yüksək keyfiyyətli Wi-Fi internet xidmətindən 50 000-dən
artıq
Bakcell abunəçisi və eləcə də Bakcell şəbəkəsini seçərək rouminq xidmətindən
istifadə edən xarici qonaqlar yararlanıb.

2014-cü ildən başlayaraq Bakcell bütün abunəçiləri
və rouminqdə olan xarici qonaqlar üçün Bakı şəhərinin və Abşeron yarımadasının
bir çox yerlərində Wi-Fi şəbəkəsini genişləndirməkdədir. Hazırda abunəçilərimiz Milli
Park, H. Əliyev adına Beynəlxalq Hava Limanı, Tibb Universiteti, Qubernator
bağı, Elmlər Akademiyası parkı, Fəvvarələr meydanı, Sahil Parkı, Hüseyn Cavid
parkı, Rixard Zorge parkı, Malakan bağı, Qış bağı və bir çox digər mədəni-tarixi
və istirahət yerlərində quraşdırılmış nöqtələrdə Bakcell şirkətinin yüksəksürətli
pulsuz Wi-Fi şəbəkəsindən istifadə edirlər. Pulsuz Wi-Fi xidməti
keçən ilin yayından 189 taksi sifarişi xidmətinin nəqliyyat
vasitəslərində, 10 avtobus dayanacağında və 77 saylı Bakı avtobus marşrut xəttində
də mövcuddur.

"Yüksək keyfiyyətli 3G və 4G LTE xidmətləri ilə
Bakcell şirkəti Azərbaycanda ən geniş və ən keyfiyyətli mobil rabitə şəbəkəsini təmin
edir. Məqsədimiz odur ki, "Bakcell”in mobil internet xidmətindən hər
yerdə istifadə etmək mümkün olsun. Wi-Fi xidmətinin göstərilməsinə biz təxminən
2 il əvvəl başlamışıq, hazırda Bakcell Azərbaycanda ən geniş Wi-Fi şəbəkəsini təmin edir.
Bu gün mobil internet artıq sabit internet əlaqəsini üstələyir və bu tendensiya
davam etməkdədir. Bakcell ən son texnologiyalardan istifadə edərək Bakıda və
Abşeron yarımadasında bu günə ən yaxşı, ən sürətli və ən geniş Wi-Fi şəbəkəsi
qura bilib”, deyə Bakcell şirkətinin
baş
icraçı direktoru cənab Riçard Şirer bildirib.

Bu gün bazarda təklif olunan smartfon, planşet,
noutbuk və digər mobil cihazların böyük əksəriyyəti Wi-Fi texnologiyasını dəstəkləyir
və bu, sözügedən texnologiyanı gündəlik həyatımızda
internetə çıxış üçün istifadə etdiyimiz əsas alətlərdən birinə çevirir.
Wi-Fi bütün dünyada getdikcə hər yerdə mövcud olan və daha əlçatan bir vasitədir. Ev təhlükəsizlik
sistemləri, əyləncə sistemi, "ağıllı” televizorlar, müşahidə və nəzarət sistemləri,
daşına bilən cihazlar kimi bütün növ cihazların Əşyaların İnternetinə qoşulduğu
yeni bir dövrə qədəm qoyduqca, texnologiyaların inkişafını təqib etmək üçün simsiz
rabitənin əhəmiyyəti daha da artır.

Bakcell şirkətinin məqsədi öz abunəçilərinə
qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı yaratmaqdır. Şirkətin pulsuz
Wi-Fi şəbəkəsi abunəçilərimizə heç bir xərc çəkmədən internet
resurlslarından onlayn rejimdə faydalanmaq imkanı
verir. İstifadəçilərin rahatlığı üçün təhlükəsiz girişə nəzarət sistemi şifrənin
gün
ərzində təkrar istifadə olunmasını təmin edir.

Şəbəkə Azərbaycanın daha çox mədəni, tarixi, təhsil,
əyləncə və digər yerləri əhatə edərək genişlənməkdə
davam edir.

Bakcell 3G və 4G şəbəkələrinin əhatə dairəsini
genişləndirərək və Wi-Fi zonalarının sayını daha da artıraraq, abunəçilərini ən
mükəmməl şəbəkə təcrübəsi ilə təmin etmək üçün öz şəbəkəsinə sərmayə yatırmaqda
davam edir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur.
250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət
göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün
müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün
MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və
yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə,
Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv
məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!