Mənim toy günüm - Brilliantam (15)

Mənim toy günüm - Brilliantam (15)
Qadınlar.Co
10.09.2017 4

:toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Brilliantam-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..

 

 Mənim toy günüm - Brilliantam (15)

 

 

1. Canım mənim,
ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Salam mənim əzizlərim, Türkan sənə  təşəkkür edirəm ki, mənə də bu gözəl layihəndə yer verdiyin üçün gözəl bacım. Keçə k cavablara:
Toyda təsadüfən
görüb,sevib məni,  belə tanış olmuşuq.
 
2. Sevdiyinin
evlənmə təklifi necə olmuşdu?

1 il gizli
görüşüb, danışdıqdan sonra dedi ki, gələn ay elçi gəlirik sizə.
 
3. Neçə
müddət nişanlı qaldınız?

6 ay.
 
4. Toy
hazırlıqları necə irəlilədi?

öz axarıyla yavaş yavaş.
 
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

Nişandan sonra toy hazırlıqları başlandı.
 
6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Hamı nazımı çəkirdi onda, hər dediyim qanun idi))) bu xoşuma gəlirdi.
 
7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox canım, o vaxtlar rəqs kursuna getmək təzə dəbə düşürdü, ona görə yoldaşım utandı getmədik.
 
8. Adını çəməmək
şərti ilə, toy məkanına necə qərar verdiniz?

Bizim 2
toyumuz olub canım, qız toyu və oğlan toyu. Oğlan toyunda oğlan evi seçmişdi toy məkanını, qız toyunda da atamla mən
seçmişdik toy məkanını.
 
9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

Şadlıq sarayının öz fotoqrafları çəkirdilər durmadan şəkillərimizi.
 
10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox canım.
 
11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə
sahib ola bildinizmi?

Bəli 1 ay gəzib seçdikdən sonra öz arzu etdiyim gəlinliyi tapdım.
 
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

29 gün.
 
13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Bircə demişdi ki, bilirsən də necə gəlinlik götürəcəksən. Bu söz hər şeyi
aydın edir məncə.
 
14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli canım özüm düşünmüşdüm.
 
15. Saçınız
və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Bəli canım çox gözəl, qeyri adi saç düzümü  və makiyaj fikirləşmişdim və sağ olsunlar saç ustam və vizajistim öhdəsindən çox gözəl, istədiyim kimi gəlmişdilər. Toydan sonra 1 ay hamı mənim saç düzümümün, makiyajımın, gəlinliyimin gözəlliyindən
danışırdılar.
 
16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bəli biz tərəfdə də belədir canım.
 
17.  Gələk o
məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Bəli canım - 18.11.2008
 
18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

Yadıma gəlmir indi,  bəlkə də olub.
 
19. Toy
günü unutduğunuz bir şey oldumu?

Yox olmadı canım.
 
20
Toyunuzun ən gözəl anı nə idi?

Hər ani gözəl idi.
 
21. İlk rəqs
parçanız hansı idi?

Toyu Rüfət Axundov aparırdı onun oxuduğu Cənnət mahnısı.
 
22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Romantik
deməzdim, bir az qəmli anını deyərdim. toyda rəqs edərkən qardaşımla qucaqlaşıb ağlamağım çoxunu ağlatmışdı.
 
23. Bir tərslik
yaşandımı toy günü?

Yox şükür heç bir elə böyük tərslik yaşanmamamışdı.
 
24.Ən çox nə
vaxt həyəcanlandınız?

Evdən çıxarkən atamla anamla görüşüb ağlayarkən, bir də toyun sonunda yaxınlarımla sağollaşarkən özümü  saxlaya bilmirdim ağlayırdım.
 
25. Toy
üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

çox sürprizlər var idi, yoldaşım, atam, qardaşım tərəfdən.
 
26. Bal
ayınızı harada keçirdiniz?

3 ildən sonra Rusiyada.
 
27. Artıq nə
qədər vaxtdır ki, evlisiniz?

7 ildir.
 
28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

Sevib ailə qursunlar, ailə quararkən çox düşünsünlər, kimlə ailə qurduqlarını bilib, anlayıb, tanıyıb sonra ailə qursunlar. Bütün subaylarımıza xoşbəxtlik arzu edirəm. Təşəkkür edirəm oxuyan hər
kəsə.
 
 Mənim toy günüm - Brilliantam (15)
 
Canım
mənim, Bir həyat boyu bir-birinizi sevməniz və həmişə sevinc içində,
xoşbəxt bir həyat sürməniz diləyirəm... Allahın rəhməti və bərəkəti hər
daim evliliyinizin üstündə olsun... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!