“Bakutel 2015” sərgisində 4G+ mobil internet şəbəkəsinin...

“Bakutel 2015” sərgisində 4G+ mobil internet şəbəkəsinin...
Qadınlar.Co
10.09.2017 19
"Bakutel 2015” sərgisində 4G+
mobil internet şəbəkəsinin imkanlarını nümayiş etdirən Bakcell şirkəti Azərbaycanda indiyə kimi görünməmiş 225 Mbit/saniyəyə qədər sürəti təqdim etdi


 

Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti hazırda
Azərbaycanda ən sürətli sayılan və operatora bir-birindən
maraqlı yeni xidmətlər təklif etmək imkanı verən
4G+ (LTE A) mobil internet şəbəkəsinin funksional imkanlarını
nümayiş etdirir. Bu və bir çox digər yenilik və nailiyyətləri  "Bakutel 2015” sərgisində Bakcell şirkətinin
stendində görmək və real həyatda sınaqdan keçirmək mümkündür.

 

Sərgiyə gələn
ziyarətçilər Bakcell şirkətinin təqdim etdiyi super yüksəksürətli 4G internetini
təcrübədən keçirmək və 4G limitini kəşf etmək üçün quraşdırılmış xüsusi
velosipeddən istifadə edərək onun imkanları ilə əyləncəli bir şəkildə tanış olacaqlar. Bakcell
stendinin qonaqları ilk olaraq ən son LTE texnologiyası – 4G+ və ya "LTE-Advanced” xidməti sayəsində 225 Mbit/saniyəyə qədər sürətlə mobil interneti təcrübədən
keçirmək imkanı
qazanırlar.  

"Bakcell özünün ən müasir 4+ (LTE Advanced)
şəbəkəsinin imkanlarını nümayiş etdirmək üçün ölkənin ən qabaqcıl informasiya texnologiyaları sərgisini - "Bakutel”i seçdi. LTE xidmətini istifadəyə verdikdən sonra bu
gün biz qürur hissi ilə deyə bilərik ki, abunəçilərimizin artan tələbatlarını qarşılamaq
üçün şirkətimiz ölkədə ən geniş mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet
tutumuna malikdir. Biz LTE şəbəkəmizin inkişafına sərmayə qoyulması
istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik və bu, Bakcell şirkətinin Azərbaycanda ən böyük 4G operatoru
kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdıracaq.
Abunəçilərimizin mobil internetə olan tələbatı durmadan artır, onlar internet xidmətinin daha sürətli, daha
keyfiyyətli və hər yerdə mümkün olmasını istəyir. Bu tələbatı qarşılamaq üçün Bakcell şirkəti 4G
şəbəkəsinin genişləndirilməsini və 4G+ xidmətinin istifadəyə verilməsini prioritet
məsələ kimi diqqət mərkəzində saxlayır”, deyə Bakcell
şirkətinin baş icraçi direktoru cənab Riçard Şirer bildirib.

Yeni təqdim etdiyi "Qoş və Coş”
platforması çərçivəsində Bakcell şirkəti video yayım xidməti daxil olmaqla bir çox
maraqlı xidmətlər təqdim edəcək. Bunlardan biri
rəqəmsal televiziya yayımı sahəsində Türkiyənin aparıcı
platforması olan "Digiturk” şirkəti ilə birgə
əməkdaşlıq çərçivəsində təqdim olunan və 100-ə yaxın
məşhur kanalı, o cümlədən, "Lig TV”ni canlı izləmək imkanı
verən yeni xidmətdir.

Azərbaycanın informasiya və kommunikasiya
texnologiyaları sektorunun inkişafında şirkətin əvəzolunmaz rolunun təsdiqi
olaraq, Bakcell "Bakutel 2015” sərgisinin
"telekommunikasiya partnyoru” seçilib.

 

Bakcell şirkəti "Bakutel 2015” sərgisinə
gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli
mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı
vəd edir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!