Bakcell şirkəti Tesla və 189 Taksi xidməti ilə birlikdə ilk “ağıllı avtomobil” təqdim etdi

Bakcell şirkəti Tesla və 189 Taksi xidməti ilə birlikdə ilk “ağıllı avtomobil” təqdim etdi
Qadınlar.Co
10.09.2017 4
Bakcell şirkəti 189 Taksi xidməti ilə birlikdə "Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan "ağıllı avtomobil”inümayiş etdirir. Bakcell stendinin ziyarətçiləri "Ulduzum” proqramı vasitəsilə taksi xidməti üçün 20% endirim qazanır



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 189 Taksi xidməti ilə birlikdə "Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan "ağıllı avtomobil”i"Bakutel 2015” sərgisində nümayiş etdirir.



Bakcell stendində nəqliyyat vasitələrində Wi-Fi şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradlılıb. Stendin ziyarətçiləri ən son Tesla avtomobilini və avtomobil texnologiyasi ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görəcəklər.   



189 Taksi xidməti "Bakcell”in ən böyük korporativ müştərilərindən biri və "Ulduzum” sadiqlik porqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlərpulsuz olaraq "Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.



Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində "Bakcell”in Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.



"Bakutel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən Bakcell abunəçiləri "Ulduzum” kodu vasitəsilə 20% endirim əldə edirlər. "Ulduzum” guşəsinin ziyarətçiləri həmçinin monitorda 2D formatında "Rəqəmsal Caynalı Kran” (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərdə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə edir.



Bakcell şirkəti "Bakutel 2015” sərgisinə gələn bütünziyarətçiləriöz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdəən son texnologiyalardan istifadə edərək imkanı vəd edir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.





 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!