Bakcell abunəçiləri Yeni İli limitsiz şəbəkədaxili danışıq imkanı ilə qarşılayacaqlar

Bakcell abunəçiləri Yeni İli limitsiz şəbəkədaxili danışıq imkanı ilə qarşılayacaqlar
Qadınlar.Co
10.09.2017 11
Azərbaycanın İlk Mobil Operatoru və
Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinə xüsusi qayğı ilə
yanaşmaq və göstərdiyi xidmətlərlə onları daim sevindirmək ənənəsinə sadiq
qalaraq, Yeni İl qabağı yeni kampaniyaya start verir. Daha çox dəyər və
rahatlıq yaradacaq bu yeni kampaniya çərçivəsində Bakcell abunəçiləri gündə cəmi
0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanına malik olacaqlar.

Kampaniya 3 dekabr
2015-ci ildən 31 yanvar 2016-cı ilədək davam edəcək. Bu Yeni İl kampaniyası çərçivəsində
bütün CIN və Klass abunəçiləri gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq əldə
etmək imkanına malik olacaqlar. Yeni il kampaniyasına qoşulmaq üçün Bakcell
abunəçiləri bu pulsuz USSD kodunu yığmalıdırlar– *552#YES.

Abunəçilər hər
gün cəmi 0.59 AZN ödəməklə gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq
tarifinə abunə ola bilərlər. Bu kampaniyaya qoşularkən, növbəti 3 günün gündəlik
abunə haqqı, yəni 1.77 AZN, nömrənin balansında olan vəsaitdən çıxılır. 4-cü
gündən etibarən isə kampaniyanın son gününədək gündəlik 0.59 AZN abunə haqqı
tutulur.

Kampaniyaya
qoşulmaq üçün sonuncu gün 27 yanvar 2016-cı il saat 23:59:59 radələrində bitir.
Yeni kampaniya haqqında ətraflı məlumat almaq üçün xahiş olunur, *555#YES yığıb
"Kampaniyalar” menyusuna daxil olun və Yeni İl kampaniyası planını aktivləşdirin.

Abunənin ilk
3 gününü ödəmək üçün balanslarında kifayət qədər vəsait olmayan Prepaid (əvvəlcədən
ödəmə) CIN və Klass abunəçiləri yeni plana qoşula bilməyəcəklər. Bu halda, abunəçilər
kampaniyadan faydalanmaq imkanına malik olmaq üçün balanslarına vəsait yükləməlidirlər.

Kampaniyada
iştirakı dayandırmaq istəyən abunəçilər *552*0#YES kodunu yığmaqla bunu edə bilərlər.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!