Bakcell şəbəkəsinin üstünlüyü rəqəmlərdə əks olunur...

Bakcell şəbəkəsinin üstünlüyü rəqəmlərdə əks olunur...
Qadınlar.Co
10.09.2017 16
Bakcell şəbəkəsinin üstünlüyü rəqəmlərdə əks olunur: Məlumat
Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayı son bir il ərzində
61% azalıb


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti öz şəbəkəsini daha da təkmilləşdirmək və ölkənin ən
dayanıqlı mobil rabitə şəbəkəsinə çevirmək üçün son illər ərzində bir
sıra böyük layihəni uğurla həyata keçirib. Şəbəkənin yenilənməsi və
unifikasiyası layihəsi çərçivəsində həyata keçirilən genişmiqyaslı işlər
nəticəsində şirkət tərəfindən daha geniş əhatə dairəsi və daha yüksək
ötürmə qabiliyyətinə malik etibarlı şəbəkə qurub. Bununla yanaşı,
şəbəkədə mövcud olan çatışmazlıqların intellektual təhlili vasitəsilə
müştəri şikayətlərinin həlli zamanı proaktiv aşkarlama və xidmət
keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi
Sistemi vasitəsilə əməliyyatların effektivliyinin artırılmasına nail
olunub.

Bu isə öz növbəsində Bakcell abunəçilərini mükəmməl
mobil rabitə xidmətləri ilə təmin edilməsinə şərait yaratmış və müştəri
məmnuniyyətini xeyli artırmışdır 2014-2015-ci illər üzrə şirkətin
Məlumat Mərkəzinə daxil olan müraciətlərin təhlili göstərir ki, ötən il
ilə müqayisədə şəbəkə ilə bağlı müraciətlərin sayı 61%, İnternetlə bağlı
isə 72% azalmışdır.

"Məlumat Mərkəzinə şəbəkə ilə bağlı daxil
olan zənglərin ciddi şəkildə azalması bir daha Bakcell şirkətinin
qabaqcıl şəbəkəyə malik olmasını sübuta yetirir. Biz abunəçilərimizi
daha üstün müştəri təcrübəsi ilə təmin etmək üçün bütün səylərimizi
birləşdiririk. Bununla yanaşı, Müştəri Xidmətləri və Texnoloji
departamentlərinin əməkdaşları abunəçilərin şəbəkə ilə bağlı
müraciətlərini operativ şəkildə araşdırırlar və mümkün qədər qısa müddət
ərzində abunəçinin istəyini reallaşdırmaq üçün müvafiq tədbirlər
görürlər. Bundan sonra müraciət edən şəxslə əlaqə saxlanılır və nəticə
barədə məlumat verilir. Əminik ki, şirkətimizin şəbəkənin
təkmilləşdirilməsi istiqamətində apardığı işlər özünü mükəmməl müştəri
təcrübəsinin əldə edilməsi şəklində göstərəcək və növbəti il
abunəçilərimizin şəbəkə ilə bağlı müraciətlərinin sayında daha çox
azalma müşahidə edəcəyik”, deyə Bakcell şirkətinin müştəri xidmətləri
üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu bildirib.

Qeyd
etmək istəyirik ki, son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini
müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100%
artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72%
gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14%, ərazi üzrə
isə 27% genişləndirilib. Bakcell şirkəti üçün bölgələrdə əhatə
dairəsinin genişləndirilməsi olduqca vacib olduğundan şirkət tərəfindən
xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək,
penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək
üçün baza stansiyalarının sayı artırılıb. Yüksək keyfiyyətli son nəsil
data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini
dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət,
LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə
radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq
edilib.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!