Uşaqlığımdakı Yeni il - guler19 (1)

Uşaqlığımdakı Yeni il - guler19 (1)
Qadınlar.Co
10.09.2017 18
Həəəə mənim canlarım, ciyərlərimmmm... :heart:
necəsiz? Neçə vaxtdır düşünürəm ki, sizlərə yeni nə layihə hazırlayım
ki, maraqlı olsun... :salakpc: oxuyan zaman üzünüzdə gülüş yaradacaq,
sizi o illərə aparacaq bir layihə olsun.. :128: Dekabr da öz gəlişi ilə
mənə gözəl bir fikir verdi... :zquestion:

Dekabr gəldi, demək ki, hər kəs Yeni ilin gəlişinə
gün saymağa başlayır... :zded: bayram hazırlıqları görür... hər kəs bu
günü, Yeni ilin gəlişini gözəl dəqiqələrlə qarşılamaq istəyir... 
:zelka: indi düşünürsüz ki, niyə Yeni ildən yazıram sizə... və bəlkə
də, bəziləriniz başa düşdünüz, söhbəti hara gətirəcəyimi...  :bookiz:

 Başa düşənlər elə düz biliblər ki, o fikirləşdiyim yeni layihə məhz yeni il ilə bağlı olacaq... 

,,Uşaqlığımdakı Yeni İl,,   :zelka: :zded: :zelka: bu da qarşınıza çıxdığım yeni layihəmin
adı... ümid edirəm ki, sizlər üçün maraqla oxuyacağınız bir layihə
olacaq... Elə bu xəbərimdə ilk qonağımın uşaqlığındakı Yeni il ilə tanış
olmuş olacaqsınız... Buyurun , oxuyub ilk qonağımın kim olduğunu
bilin... 

 

 

Uşaqlığımdakı Yeni il - guler19 (1) guler19 Uşaqlığımdakı Yeni il - guler19 (1)

 

"Bütün Qadınlar.biz bacılarımı qarşıdan gələn Yeni
il bayramı münasibəti ilə təbrik edirəm. Arzum budur Yeni ildə bütün
qızların qüssə-qəmi yox olsun, sevgi dolu bir Yeni il qarşılayaq,
hamının çaydanı isti, süfrələri bol, qazanları isti olsun... Qoy bu qış
süfrənizi ruzu, qəlbimizi isə xoş hisslərlə doldursun. Sağlamlığımız
möhkəm, arzularımız sonsuz, umidlərimiz gərçək olsun!


 

 Uşaqlığımdakı Yeni il - guler19 (1)



Biz uşaqlıqda qaqamla həmişə zırpaket alırdıq. Dədə malı kimi elə
bölürdük ki :122: Bir gün nənəmlə maman uzun stul idi bularda
oturmuşdular zırpaketi yandırdım qoydum buların arasına partlayanda
bular necə qorxdularsa nənəmin teziqidə qalxmışdı. Nənəmin bir ağacı
vardı Şirin dilə saldı çağırdı məni yanına ağacla məni yaxşı döydü  
:122: Uşaq vaxtı nənəmin hasası ilə çox döyülmüşəm   :122: 


 

 Uşaqlığımdakı Yeni il - guler19 (1)




Birində də yenə uşaq idik. Atamla anam bayramlıq
almışdı. 2 gündən sonra yeni il gəlirdi. Qozdan kişmişdən bizə verdi.
Dedi əl vurmayın qalanında bayram günü yeyərsiz. Anamı pusdum bir yerə
gedən kimi getdim kişmişi bananı qozu şirniyyatları yeməli nə vardısa
hamısın bayramacan yedim :122: Bayram günü anam gətirdiki aş eləsin
gördüki nə kişmiş var nə xurma var hamısın yemişəm. Bayram günü təzədən
bayramlıq almağa getdilər.   :122: :122: :122:

 

Uşaqlığımdakı Yeni il - guler19 (1)

 

Birində də yoldaşımla yeni il günü şəhərə çıxdıq.
Şaxta babayla şəkil çəkdirmək istəyəndə bu dediki mən uşaqlarla
çəkdirirəm. Sabah da burda olacam sabah sizlə çəkdirərəm. Bizlə
çəkdirmədi. Sabahsı gün yoldaşım qohumlarımız oların uşaqlarıyla getdik
Yenə bu şaxta babanı gördüm ağlıma qəşəng bir fikir gəldi. Uşaqlarla
yığıldıq bunun yanına məndə də zırpaket vardı. Xəlvəti yandırıb atdım
bunun cibinə.  :122: Uşaqları araladım. Zırpaket partlayanda bu necə
tullandısa. Qəşəng söydü bizə  :122: Hamı da uşaqlardan şübhələndı.
Özümüz şəkil çəkdirdik bu qorxusundan qaçdı. :122: Uşaqları danlayanda
dedim mən eləmişəm.   :122: :122: :122:

 

 Uşaqlığımdakı Yeni il - guler19 (1)

 




Çox sevirəm yeni ili. Həmişə bayramları
sevdiklərimlə, ailəmlə keçirmişəm. Və buna da şükr edirəm.. Maraqlı olub
hər il mənim üçün. Və hər ilin gəlişi mənim üçün böyük bir sevincdi.

 

Uşaqlığımdakı Yeni il - guler19 (1)

 

Həəəəə,
qızlar... sizlər də uşalığınızdakı Yeni il xatirələrinizi bizimlə
bölüşmək istəsəniz azəri şrifti ilə yazıb şəxsi mesajla mənə göndərin...
qızlarla bölüşmək mənim boynuma...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!